Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
CƏMİYYƏT
25.10.2021, 00:06
Qoç - Gün başgicəlləndirici uğurlar vəd etməsə də, yetərincə əlverişli və rəvandır. Sizə əziz insanlarla ünsiyyət xoş təəssüratlar yaradacaq. İndiyədək sizi çətinliklə anlayan insanlarla ümumi dil tapa biləcəksiniz.
Qəfil etiraflar və gözlənilməz açıqlamalar eşidə bilərsiniz.
Xırdalıqlara sevinin, ən kiçik səbəbdən yararlanaraq nikbin olmağa çalışın. Bəxtəvərliyin nə olduğunu anlayacaqsınız.
Alış-veriş üçün əlverişli zamandır.
Yaxınlarınıza xoş sürprizlər edin.
Buğa - Bu günü məhsuldar adlandırmaq çətindir. Süst və bədgüman olmayın, işlərə aktiv başlayıb onları başa vurmağa çalışın. Nəticələr ürəkaçan olmasa da, bədbinliyə qapılmayın. Tənbəlliyi üstələyərək çoxdan bəri yarımçıq qalan işləri bitirin, problemləri həll edin.
Yeni çətinliklərlə üzləşəndə geri çəkilməyin.
Ailə üzvlərindən biri ilə mübahisələr istisna deyil. Davranış və qərarlarınızdan hamı razı deyil. Lakin münaqişələrə yol verməmək və harmonik münasibətləri qorumaq üçün səy göstərin.
Əkizlər - Çoxdan bəri planlaşdırdığınız işi yetərli səviyyədə sonuclandırmaq üçün əlverişli gündür. Planlarınız və ideyalarınız barədə etibar etdiyiniz insanı qismən də olsa, məlumatlandıra bilərsiniz.
Rəğbət bəslədiyiniz insanın qəlbinə yol tapa bilərsiniz.
Qəfil hədiyyə sizi sevindirəcək.
Günün ikinci yarısında intizam, soyuqqanlı davranış və təmkin tələb olunur. Əks təqdirdə diqqətinizi tələb edən işlərin öhdəsindən gələ bilməyəcəksiniz.
Peşəkar fəaliyyətiniz, işinizin inkişafı və biznesinizin stabilləşməsi ilə bağlı yeni ideyalar yaranacaq.
Xərçəng - Mühüm məsələlərin həlli üçün uğurlu gündür. Uzunmüddətli planlar qurmaq, onların həyata keçirilməsinə başlamaq olar. Məhsuldar və effektiv çalışın. Liderlik məziyyətlərinizi nümayiş etdirərək başqalarını da işdə aktiv çalışmağa sövq edin.
Günün ikinci yarısında maliyyə çətinlikləri yaranacaq. Lakin narahat olmayın: problemlər müvəqqətidir. Situasiya az sonra stabilləşəcək.
Axşam saatları normal istirahət edin.
Şir - Çətin gündür. Qarışıq, mürəkkəb situasiyadır, birmənalı olmayan qərarlar verilir. Bütün bunlara rəğmən, problemlərin həllini inandığınız insanlar və qohumlarla, habelə dostlarla bölüşərək irəliləyə bilərsiniz. Sadə həllər əksər hallarda ən uğurlu çözüm variantıdır. İzafi baş sındırmağa ehtiyac yoxdur.
Şəxsi münasibətlərdə başqasının fikrini və ya mövqeyini qulaqardına vuraraq yalnız öz bildiyinizi etməyin.
Yaxınlarınızın bəzi məsləhətlərinə qulaq asın. Belədə bəzi səhvlər və anlaşılmazlıqlardan qurtula bilərsiniz.
Qız - Yaxşı tanımadığınız insanlarla ünsiyyət üçün yaxşı gün deyil. Əvvəllər münasibətləriniz rəvan olmadığı insanlarla təmaslar qurmağa dəyməz. Ailədəki münaqişə və mübahisələrin qarşısını alın. Güzəştə gedin, həssas və qayğıkeş olun.
Yaxın ətrafınızdakı insanların problemlərindən hali olmağa çalışın.
Bu gün başlanan əlaqələr və tanışlıqlar az sonra yaşamınızda önəmli rol oynaya bilər. Yaşam potensialının səviyyəsi bir qədər aşağıdır.
Axşam saatlarında sakit istirahətə üstünlük verin.
Tərəzi - Şəxsi həyatınızda ciddi dəyişikliklər və yeniliklər ərəfəsindəsiniz. Taleyinizdə önəmli mərhələ rolunu oynaya biləcək görüş baş tuta bilər.
Orqanizminiz indi infeksiyalar və xəstəliklər qarşısında xüsusilə həssasdır. Onun "möhkəmlik sınağı"na çəkməyin.
Zərərli vərdişlərdən əl çəkin, sağlam həyat tərzini seçin.
Axşam saatlarında ailə ilə birlikdə istirahət edin.
Əqrəb - Şəxsi münasibətlər baxımından uğurlu gün deyil. Ehtiyatlı olun, yaxın saydığınız insanlarla münaqişə etməyin. Səhvlərə yol verməməyə çalışın.
Planlaşdırılmamış səfər və ya səyahət məsləhət deyil. Belə "macəra" çox vaxt alacaq, xoş təəssürat verməyəcək.
İstirahət etmək, məzuniyyətə çıxmaq, dincəlmək istəyirsiniz.
Axşam saatlarında təşkilati məsələlərlə məşğul olun.
Oxatan - İşlər çox, yaşam potensialının səviyyəsi isə aşağıdır. Heç bir işi təxirə salmayın, sabaha saxlamayın. Tər içində çalışsanız da, ruhdan düşməyin.
Günün ortalarında yorğunluq hiss edəcəksiniz.
Bir qədər istirahət edin. Qüvvələriniz bərpa olunsun.
Bütün işləri təkbaşına görməyə lüzum yoxdur. Yardım çağırışı ilə müraciət edə biləcəyiniz insanlar yanınızdadırlar.
Maraqlı tanışlıqlar olacaq və qarşınızdakı insanın kimliyini elə ilk dəqiqələrdən anlayacaqsınız.
Günün ikinci yarısında alış-veriş və maliyyə məsələlərinin həlli məsləhət deyil.
Oğlaq - Günün ilk yarısı uğurludur. Başladığınız işlərdə irəliləyişlərə nail olaraq yaxın ətrafınızdakı insanları sevindirə bilərsiniz.
Ailə üzvlərinizdən biri ilə bağlı xəbər sizi sevindirəcək.
Qəfil aldığınız dəvətdən imtina etməyin.
Şəxsi həyatınızda yeniliklər istəyirsiniz. Dəyişikliklər arzusu məntiq və reallıq həddini keçməsin.
Həssas və qayğıkeş olun.
Dolça - Sizi çoxdan maraqlandıran suallara cavab və dəyərli məlumatlar alacaqsınız. Rəğbət bəslədiyiniz insanın sizə münasibətini öyrənəcəksiniz. Günün axarı rəvandır, problemlər yaratmır. Yeni tanışlıqlar əlverişli təmaslar və perspektivlər vəd edir.
Sizinlə eyni sahədə işləyən insanlarla əlaqələri intensivləşdirin. Qeyri-formal şəraitdə söhbət yeni əməkdaşlığın əsasını qoya bilər.
Səhhətinizə fikir verin, iştahınızı nəzarətdə saxlayın.
Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - Günün ilk yarısı həyəcan və təşviş, narahatlıq zamanıdır. Xoşagəlməz situasiyalar yarana bilər. Özünüzdə nəyisə dəyişmək, ətrafınızdakı insanlarla münasibətlərdə yeni aksentləri müəyyənləşdirmək gərəkdir. Bütün bunları gerçəkləşdirməyin yollarını arayın.
Günün ikinci yarısına yaxın emosional fon stabilləşir, əhvalınız yaxşılaşır. Həyat yenidən xoş və rahat təsir bağışlayır.
Mürəkkəb və mühüm işləri planlaşdırmayın.
Bir qədər dincəlin, istirahət edin. Yaxın günlərdə gümrah və aktiv olmalısınız.
Milli.Az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bugün, 00:01 CƏMİYYƏT
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
18.09.2026, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
18.09.2026, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
18.09.2026, 19:21 GÜNDƏM
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
18.09.2026, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
18.09.2026, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
18.09.2026, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
18.09.2026, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
18.09.2026, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
18.09.2026, 17:16 İQTİSADİYYAT
-
RUSİYA XİN BAŞÇISINDAN ŞOK İDDİA: "Qərb bizə qarşı güclü hücuma hazırlıq görürür"
18.09.2026, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
18.09.2026, 17:00 İQTİSADİYYAT
-
Avstraliyada çimərlikdə faciə: köpəkbalığı bir nəfəri parçaladı
18.09.2026, 16:45 DÜNYA
-
Rusiya Yaponiya qarşısına elə tələb qoydu ki...
18.09.2026, 16:37 DÜNYA
-
Alim Qasımovla Üzeyir Mehdizadə duet oxuyub - VİDEO
18.09.2026, 16:30 MƏDƏNİYYƏT
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
18.09.2026, 16:16 GÜNDƏM
-
"Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
18.09.2026, 16:05 CƏMİYYƏT
-
Diplomatların Qarabağa səfəri ilə bağlı ermənilərin kampaniyası... - QHT-lər birgə bəyanat yaydı
18.09.2026, 15:52 SİYASƏT
-
"TikTok"un qurucusu Asiyanın ən varlı insanı oldu
18.09.2026, 15:31 PRESS
-
Deputat: "Qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır, əgər bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır?"
18.09.2026, 15:12 CƏMİYYƏT
-
İngiltərə yığmasının heyəti açıqlandı - Kimlər çağırıldı?
18.09.2026, 14:58 İDMAN
-
"Fənərbaxça"nın qapıçısı yğıma komanda ilə vidalaşdı
18.09.2026, 14:44 İDMAN
-
Bakı Mühəndislik Universiteti iki şirkətlə sövdələşib - 775 minlik hansl işlər görüləcək?
18.09.2026, 14:42 İQTİSADİYYAT
-
Bloger narkotikdən test verəcək
18.09.2026, 14:06 PRESS
-
Azərbaycan Kuboku: püşk atıldı
18.09.2026, 14:02 İDMAN
-
Pakistanda məscid yaxınlığında arda iki terror aktı - Ən azı 15 ölü, 50-dən çox yaralı var
18.09.2026, 13:56 DÜNYA
-
İran Hörmüz boğazında neft tankerini vurub: "Bizim icazə olmadan..."
18.09.2026, 13:49 GÜNDƏM
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
18.09.2026, 13:16 KRİMİNAL
-
"Kurtlar Vadisi"nin savcısı "Leyla" ilərə meydan oxuyur - FOTOLAR
18.09.2026, 12:54 ŞOU-BİZNES
-
Göy üzü ikiyə bölünəcək: 5 bürc problemlə üzləşəcək
18.09.2026, 12:54 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
18.09.2026, 12:44 CƏMİYYƏT
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
18.09.2026, 12:30 İQTİSADİYYAT
-
Azərbaycanda toylarla bağlı qayda dəyişəcək? - 120 nəfər qonaq, 2 saat müddət...
18.09.2026, 12:19 MƏDƏNİYYƏT
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
18.09.2026, 12:04 GÜNDƏM