Sahibə Qafarova Yunanıstanda: moldovalı spikerlə görüşdə nələr müzakirə olunub?
22-10-2021 [12:16]
Yunanıstanın paytaxtı Afinada işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 21-də səfər çərçivəsində Moldova Respublikası Parlamentinin sədri İqor Qrosu ilə görüşüb.
Mia.az xəbər verir ki, görüşdə S.Qafarova Azərbaycanla Moldova arasında diplomatik əlaqələrin qurulmasından, hökumətlərarası birgə komissiyanın yaradılmasından, siyasi və iqtisadi münasibətlərin inkişafından söz açıb.
O, ölkələrimiz və xalqlarımız arasında əlaqələrin dərinləşməsində dövlət başçıları və hökumət rəsmilərinin qarşılıqlı səfərlərinin, aparılan müzakirələrin və tərəflər arasında imzalanan sənədlərin əhəmiyyətini qeyd edib.
Görüş zamanı Milli Məclisin sədri Azərbaycanla Moldovanın qanunverici orqanları arasında mövcud əməkdaşlıq əlaqələri və bu əlaqələrin inkişaf perspektivləri barədə fikirlərini bölüşüb.
Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərdiyini qeyd edib.
S.Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin birinci ildönümü ərəfəsində olduğumuzu vurğulayıb, 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatdan sonra bölgədə yaranmış yeni reallıqlardan söz açıb. Milli Məclisin sədri həmkarının diqqətinə çatdırıb ki, bir il öncə öz gücü hesabına Ermənistanın 30 illik işğalına son qoyan və ərazi bütövlüyünü bərpa edən Azərbaycan BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalmış 4 qətnaməsinin icrasını da təmin edib.
Spiker işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa və quruculuq işləri barədə də məlumat verib. Qeyd edib ki, münaqişə artıq tarixə qovuşub. İndi ölkəmiz bölgədə uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlıdır və bu istiqamətdə lazımi addımlar atır. Ermənistan isə hələ də təxribatçı əməllərini davam etdirir, minalanmış ərazilərin xəritələrini vermir və təqdim etməkdən imtina edir.
Görüşdə İ.Qrosu ölkəsinin Azərbaycanla çoxtərəfli əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. O, ölkələrimiz arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, ikitərəfli səfərlərin intensivləşməsinin vacibliyini qeyd edib. Ölkəsində məskunlaşmış azərbaycanlıların ictimai-siyasi həyatda yaxından və fəal iştirak etdiklərini qeyd edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.
Sabahın hava proqnozu açıqlanıb
Baş prokuror yanında fəaliyyət göstərən Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib
İran İsrailə roket hücumu başladıb
İran: Əli Laricani İsrailin hücumu nəticəsində öldürülüb
İsrail Livana qarşı yeni hücumlara başlayıb
Luis Holl Avropa nəhənglərinin transfer siyahısına daxil olub
Afrika Kuboku: Kubok Seneqaldan alınıb Mərakeşə veriləcək
Bakı metrosu bayramlarda gücləndirilmiş iş rejimində çalışacaq
Domenico Tedesco: "Ümid edirəm ki, sabit sistemimizə qayıdacağıq"
Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA
"Barselona" Andreas Kristensenlə yeni müqavilə imzalayacaq
Azərbaycan nefti 108 dollara satılır - 1 dollar ucuzlaşdı
"Fənərbağça" "Monako"nun gənc ulduzunu transfer etmək istəyir
Xəzər dənizində zəlzələ olub
Filip Kostic mövsüm sonu "Yuventus"dan ayrılacaq
"Milan" Rafael Leaonu bu yay satacaq - 70 milyon avro...
Eşli Koul "Çezena" klubunun baş məşqçisi kimi təyin olunub
"Qalatasaray" "Liverpul" matçının hazırlıqlarını başa çatdırdı
Gürcüstanda matəm elan edilib
"Fənərbağça" evində "Qaziantepspor"u darmadağın etdi
KİV: Hörmüz boğazı 18 gündür bağlıdır
DTX Prezidentin ailəsini şantaj edən şəxsi saxlayıb
Donald Tramp: Makron tezliklə vəzifəsini tərk edəcək
İsrailin Livana hücumunda ölənlərin sayı 912-yə çatıb
İsrail aviasiyası Tehranda "Bəsic" bölmələrinə zərbələr endirib
Netanyahu: Bu müharibədə İranı hələ çox sürpriz gözləyir
Ağdam şəhərində Novruz yarmarkası fəaliyyətə başlayıb
Ceyhun Bayramov və Sikorski Cənubi Qafqazdakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər
İran raketləri Tel-Əvivə zərbə endirib - Ölən və ya yaralanan yoxdur
Cəlilabadda avtomobillər toqquşub - Ölən və xəsarət alanlar var
Zelenski Böyük Britaniyada səfərdədir