"Hava Qüvvələri düşmən təxribatının qarşısını almağa hər an hazır vəziyyətdədir" - General
 

img

22-10-2021 [11:05]


"Ümumiyyətlə, ordunun döyüş imkanları daim yüksək olmalıdır. Bütün qoşun növlərində döyüş hazırlığının yüksək səviyyədə olması vacibdir".

Bunu müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələrin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov deyib.

Hərbi Hava Qüvvələrinin hazırkı döyüş imkanlarından danışan komandan bildirib: "Hərbi Hava Qüvvələri gündəlik döyüş növbətçiliyi aparır və ölkəmizin hava məkanını qoruyur. Qüvvələr hər hansısa bir düşmən tərəfindən təxribatın və fəaliyyətin qarşısının alınması üçün hər an hazır vəziyyətdədir. Bu həm təyyarələrimizə, həm də Hava Hücumundan Müdafiə Qoşunlarımıza aiddir".

Nazir müavini qeyd edib ki, döyüş hazırlığı planına əsasən, HHQ-də hər gün tədbirlər keçirilir.

R.Tahirov döyüş hazırlıqlarının davam etdirildiyini vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR