Gürcüstanda COVID-19 pasportu mütləq tətbiq olunacaq

img

20-10-2021 [12:38]


“Gürcüstanda COVID-19 pasportu mütləq tətbiq olunacaq”.

Bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, sənədin qüvvəyə minəcəyi dəqiq tarix hələ məlum deyil: ““Yaşıl pasport”la bağlı müxtəlif yanaşmalar var. Gürcüstanın bu yanaşmalardan hansının üzərində dayanacağı barədə qərarı Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edəcək”.

Gürcüstanın səhiyyə nazirinin müavini Tamar Qabuniya öz növbəsində bildirib ki, COVID-19 pasportunun tətbiqi məsələsi üzərində mütəxəssislərlə birgə iş aparılır: “Koordinasiya Şurasınin bugünkü iclasından sonra bütün risklər nəzərə alınacaq və ictimaiyyət sənədin tətbiqi barədə məlumatlandırılacaq”.

Qeyd edək ki, “yaşıl pasport” koronavirus əleyhinə vaksinasiyanı təsdiqləyən sənəddir və insanların qapalı məkanlara daxil olması üçün bir sıra ölkələrdə tələb edilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR