Rusiyada kütləvi tətil elan olunur - Koronavirusa görə

img

19-10-2021 [17:40]


Rusiya Baş nazirinin müavini Tatyana Qolikova koronavirus pandemiyası ilə əlaqədər oktyabrın 30-dan noyabrın 7-dək ölkədə tətil günləri elan edildiyini bildirib.

Rusiya KİV-ləri xəbər verir ki, o, işəgötürənlərə işçilərin peyvəndlənməsi üçün iki günlük istirahət vermələrini təklif edib.

Eyni zamanda noyabrdan sonra obyektlərin ancaq QR kodla açılması təklif olunub.

Bildirilib ki, bəzi bölgələrdə vətəndaşlar oktyabrın 23-dən tətilə göndərilə bilərlər.

T.Qolikova müvafiq təşəbbüslə Baş nazir Mixail Muşistinə müraciət edib və təklif dəstəklənib.

Sabah Prezident Vladimir Putinin məsələ ilə bağlı hökumətin iclasını keçirəcəyi gözlənilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR