Çexiya prezidenti səlahiyyətlərindən məhrum edilir - Nə baş verir?

img

19-10-2021 [13:16]


Xəstəxanaya yerləşdirilən Çex Respublikasının Prezidenti Miloş Zemanın sağlıq durumu açıqlanıb.

“RİA Novosti” xəbər verir ki, onun dövlət başçısı kimi vəzifələrini icra edə bilməyəcəyi bildirilib.

Vurğulanıb ki, M.Zemanın sağlamlıq vəziyyətinə görə prezident səlahiyyətlərindən məhrum edilməsi və həmin səlahiyyətlərin ölkə parlamentinin spikerinə verilməsi istiqamətində prosedur başlayıb.

Çexiya Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq, M.Zemanın prezident səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı son qərar parlamentin yuxarı və aşağı palatalarının iclaslarında səs çoxluğu ilə qəbul oluna bilər.

Polşa Senatının növbəti iclası oktyabrın 26-da keçiriləcək/Report.

***

Çex Respublikasının polisi Prezident Miloş Zemanın xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırmaya başlayıb.

TASS xəbər verir ki, dövlətə qarşı mümkün ola biləcək qanunsuz hərəkətlər araşdırılır.

Qeyd edək ki, M.Zemanın sağlıq durumunun dövlət başçısı kimi səlahiyyətlərinin icrasına imkan vermədiyi açıqlanıb. Bu baxımdan onun prezident səlahiyyətlərindən məhrum edilməsi və ölkə parlamentinin spikerinə ötürülməsi istiqamətində prosedur başlayıb.

Çexiya Konstitusiyasının 66-cı maddəsinə uyğun olaraq, M.Zemanın prezident səlahiyyətlərindən məhrum edilməsi ilə bağlı son qərar parlamentin yuxarı və aşağı palatalarının iclaslarında səs çoxluğu ilə qəbul oluna bilər.

Polşa Senatının növbəti iclası oktyabrın 26-da keçiriləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR