17-02-2014 [12:08]
Seçkidən sonra müxalifət düşərgəsində baş verən gərginlik səngisə də, hakimiyyət əleyhdarlarının toparlanması bir o qədər də asan görünmür. Əsas güc mərkəzlərinin arasında baş verən qarşılıqlı ittihamlar müxalifətin yeni birliyinin yaranmasının yaxın gələcəkdə mümkün olmadığını deməyə əsas verir. Ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı müsahibə verən Azad Demokratlar Partiyasının Təşkilat Komitəsinin sədri, Milli Şuranın üzvü Sülhəddin Əkbər də müxalifətdaxili münasibətlərin yaxşı olmadığını, amma qısa müddətdə bu umuküsüləri kənara qoyub birləşməyin vacibliyini önə çəkir:
- İndiki mərhələdə müxalifət qruplaşmış mərhələdədir. Buna görə də bütövlükdə dağınıq və zəif görünür. Nəzərə alsaq ki, ölkədə yenə də anti-demokratik şərait hökm sürür, qarşıdan bələdiyyə və parlament seçkiləri gəlir, yenə də ölkədə demokratik şəraitin yaranması, xüsusilə də seçkiöncəsi demokratik mühitin formalaşması ən aktual məsələdir. Amma bütün bunlar birləşdirici məsələdir. Doğrudan da ölkədə azad və ədalətli seçkilər istəyən hər kəs, Azərbaycanda siyasi hakimiyyətdə təmsil olunmaq iddiasında olan hər bir qüvvə ilk növbədə maraqlı olmalıdır ki, ölkədə demokratik şərait yaransın. Əgər ölkədə demokratik şərait olmayacaqsa, azad və ədalətli seçki də keçirilməyəcək. Belə bir seçki olmayacaq-sa, həmin qüvvələrin həm bələdiyyələrdə, həm də parlamentdə təmsilçiliyi imkan xaricində olacaq.
Yəni, vəziyyət dəyişməyib. 2013-cü il prezident seçkilərindən öncə ölkədə demokratikləşmə əsas məsələ idisə, yenə də bu məsələ aktuallığını qoruyub saxlayır. Bu da səylərin bir araya gətirilməsinin vacibliyini ortaya qoyur. Yəni, ölkədə demokratiyanın bərqərar olmasını istəyən qüvvələrin hamısı - ziyalılar, gənclər təşkilatları, siyasi partiyalar bir araya gəlməli və bu məsələ ətrafında vahid mövqedən çıxış etməlidir. Mənə elə gəlir ki, müəyyən müddətdən sonra sadaladığım qüvvələr bu ehtiyacı hiss edəcəklər.
- Sülhəddin bəy, 2013-cü il prezident seçkilərində hətta bu günə kimi bir yerdə olmayan qüvvələr də Milli Şurada bir araya gəldilər və böyük birlik alındı. Ancaq böyük birlik baş tutsa da, seçkidə uğur qaza-nılmadı. Sizcə, "dəyişikliklərə yol ancaq birlikdən keçir",- iddiası nə qədər güclüdür?
- Məsələ burasındadır ki, qarşıya qoyulan vəzifə çox ağırdır və bunun öhdəsindən gəlmək üçün uzunmüddətli fəaliyyətə ehtiyac var. Bu gün Azərbaycanda müxalifət bir araya gəldisə, bir neçə ayın içərisində ölkədə demokratiyanın bərqərar olacağı düşünmək sadəlövhlükdür. Ölkədə gerçəkdən demokrati-ya istəyən bütün qüvvələrin səmimi və uzunmüddətli birliyi yaranmayınca, davamlı, məqsədyönlü iş qurulmayınca, bu məsələləri həll etmək mümkün olmayacaq. Bu məsələnin həlli yolu da xalqın bu prosesə dəstək verməyindən keçir. Xalq da bu qüvvələrə o zaman dəstək verə bilər ki, bütün ictimai-siyasi qüvvələr, ziyalılar, gənclərin səmimi, sabit birliyi yaransın. Bu qüvvələrin səmimi birliyi yaranmayınca, məqsədyönlü, ardıcıl iş aparmayınca, xalqı öz mübarizələrinin səmimiliyinə inandırmayınca, onun dəstəyini qazanmayınca, təbii ki, nəticə olmayacaq.
- Bəs, müxalifət səmimilik və sabitlik problemini niyə həll edə bilmir?
- Səmimi və sabit birliyin olmamasının səbəbləri var. Amma mən, bu sahədəki problemlərin sayını artırmamaq üçün detallı danışmayacam. Çünki hər bir ittiham yeni polemikalara, mübahisələrə və münasi-bətlərin kəskinləşməsinə səbəb olur. Ümumi qiymətləndirsək, əsas səbəb Azərbaycanda siyasi mədəniyyətin olmamasıdır. Təəssüf ki, bütün siyasi qüvvələrin, iqtidarlı-müxalifətli hamısının yetkinlik səviyyəsi aşağıdır. Bunun da səbəbləri çoxdur. Bu, artıq zamanla həll olunası məsələdir. Görünən odur ki, is-təsək də, bu prosesi sürətləndirmək çox çətindir. Adətən siyasi təcrübənin aşağı olduğu ölkələrdə birləşmək iki halda mümkün olur. Ya ölkədə xalq hərəkatı başlayır, kütləvi ictimai təzyiq olur, qüvvələr bir-ləşmək məcburiyyətində qalır, ya da hər hansı xarici təsir nəticəsində birləşirlər.
- Ancaq hələlik Azərbaycanda bu variantların heç biri real deyil.
- Təəssüf ki, doğru buyurursunuz.
- Sülhəddin bəy, seçkidən sonra müxalifətin əsas birliyi sayılan Milli Şurada qarşıdurmalar, qopmalar oldu. Necə düşünürsünüz, bu dəfə küsənlər qarşıdakı mərhələdə barışmağa ayaq yeri qoyublarmı?
- Siyasət elə bir şeydir ki, orda siyasi maraqlar kəskin olduqda, şəxsi maraqlar arxa planda qalır. Düzdür, şəxsi münasibətlərdəki gərginlik istər-istəməz siyasi münasibətlərə də təsir göstərir. Amma mənə elə gəlir ki, bunu aradan qaldırmaq mümkündür. Bizim siyasi tariximiz o qədər böyük olmasa da, bu cür nümunələr var.
- Bir müddət öncə Milli Şuranın sessiyasında təkliflərlə çıxış elədiniz. İrəli sürdüyünüz təkliflər qəbul olundumu?
- Milli Şuranın fəaliyyəti planı baxımdan təkliflərim nəzərə alınsa da, çox təəssüf ki, formatın yeni şəraitinə uyğunlaşdırılmasında, yeni rəhbərliyin tərkibində nəzərə alınmadı. Amma bunu problemə çevirmək istəmirəm, dostlarımıza uğurlar arzulayıram. Təki, onların təklif elədiyi yol daha uğurlu olsun.
- Ümumiyyətlə, bundan sonra Milli Şuranın perspektivi barədə nə düşünürsünüz? Hazırda cızılan xətt üzrə davam etməklə, nəyəsə nail olmaq mümkündürmü?
- Milli Şuranın potensialı hələ tükənməyib. Mənə elə gəlir ki, ona bir qədər də zaman tanımaq lazımdır. Yazın sonunda, yayın əvvəlində aydın şəkildə bəlli olacaq ki, Milli Şuranın bu formatda potensialı nə qədərdir. Açıq danışsaq, siyasi inkişaf persepektivinin iki yolu var.
Birincisi, yeni birləşdirici format yaranmalıdır, ya da mövcud qruplaşmalar arasında koordinasiya qurulmalıdır. Mən müxalifətin gələcək perspektivini belə görürəm.
- Hazırda müxalifətin durumunu təhlil elədiniz. Bəs, hakimiyyətin vəziyyətini necə qiymətləndirirsiniz?
- Hakimiyyətin durumunu qiymətləndirmək çətindir. Çünki proseslər əsasən qapalı gedir. Amma artıq geopolitik mübarizə Azərbaycanın da daxil olduğu məkanda kəskinləşib.
Bilirsiniz ki, Azərbaycan GUAM-ın üzvüdür. Bu qurum yaradılarkən keçmiş sovet məkanın aralıq formatı kimi yaranmışdı. Yəni, o ölkələri ki, Avroatlantik məkana qəbul eləmək mümkün idi, onlar keçdilər. O ölkələrin bu prosesi keçmələri üçün zamana ehtiyac var idi, onları GUAM-da birləşdirməyə çalışdılar. İndi artıq bu geopolitik keçid formasının tam olaraq, açılmasının zamanı çatıb. GUAM-a daxil olan dörd ölkədən üçü Avropa Birliyi ilə əlaqələr yoluna çıxıb. Gürcüstan və Moldova Avropa Birliyi ilə assosiativ sazişi imzamalamağa hazırdırlar. Ukrayna isə bunlardan daha irəlidə idi və son anda Vilnüs sammiti öncəsi Uk-rayna hakimiyyəti Rusiyanın təzyiqi ilə mövqeyini dəyişdi. İndi də sizə məlum olan mübarizə Ukraynada davam edir. Yəni, post-sovet məkanında geopolitik inkişafın perspektivi Ukrayna ilə bağlıdır. Əgər Uk-raynada Avropaya inteqrasiya xətti qalib gələcəksə, növbə Azərbaycanın olacaq. Onsuz da hazırda Azərbaycana basqılar var. Ukraynada proseslər qeyd etdiyim istiqamətdə davam etsə və yekunlaşsa, təzyiqlər daha da artacaq. Bir tərəfdən Rusiya Azərbaycandan Avrasiya İttifaqı, Gömrük İttifaqı ilə bağlı mövqeyini bildirməyi tələb edir, təbii ki, əks tərəfdən də fərqli təzyiqlər var. Onu əminliklə demək olar ki, bu il ərzində Azərbaycan uğrunda geopolitik mübarizə qızışacaq. Artıq böyük güclərin kəşfiyyat orqanlarının gizli mübarizəsi başlayıb, aylar keçdikcə bu mübarizə daha da güclənəcək. Bu da Azərbaycan hakimiyyətinin manevr sahəsini daraldır. Manevr sahəsi daraldıqca, hakimiyyət daxilində xarici orientasiya ilə bağlı olan qruplar arasında bir tərəfdən gizli mübarizə gedəcək, o biri tərəfdən də hakimiyyətiçi nüfuz savaşı qızışacaq.
- Amma hazırda hakimiyyət monolitliyini qoruyub saxlaya bilir.
- Hakimiyyət indiki halda ona görə monolit görünür ki, geopolitik mübarizə pik həddinə çatmayıb. O mü-barizə pik həddinə çatanda, xaricdən hakimiyyətə təzyiqlər də son həddə olacaq və o zaman daxildəki birləşmə xətləri çatlara çevriləcək. Ancaq siyasi proseslərin hansı istiqamətdə gedəcəyini gələcək göstərəcək. Bu, həm xarici faktorlardan, həm də ölkə daxilində gedən ictimai-siyasi proseslərinin səviyyəsindən asılı olcaq.
- Belə bir məqamda Azərbaycan müxalifəti öz üzərinə düşən funksiyanı yerinə yetirə biləcək, yoxsa kə-nar qüvvələr təşəbbüsü ələ alacaq?
- Təəssüf ki, hazırkı vəziyyətdə müxalifətin həmin funksiyanı yerinə yetirmək potensialı və resursları yoxdur. Əslində, Azərbaycanda proseslərin ləngiməsinin səbəblərindən biri də budur. Ona görə də, əgər Azərbaycan müxalifəti yaranmış vəziyyəti düzgün qiymətləndirməsə, situasiyaya uyğun düzgün addımlar ata bilməsə, uğursuzluq olacaq. Çünki qarşıda proseslər daha da mürəkkəbləşəcək və Azərbaycan müxalifətində daha çevik addımları atılması tələb olunacaq. Əgər müxalifət çeviklik göstərməsə, həm proseslər ləngiyəcək. Digər tərəfdən isə yeni qüvvələrin axtarışı başlayacaq.
- Sülhəddin bəy, vaxtiylə ikinci şəxsi olduğunuz Müsavat Partiyası qurultay gününü təyin edib. Amma məlumunuzdur ki, bu qurultay Müsavat üçün həyati əhəmiyyət daşıyır. Qurultaydan sonrakı Müsavat barədə nə deyə bilərsiniz?
- Müsavatda minlərlə dostlarımız var və inanıram ki, Müsavatın ortaq ağlı qalib gələcək. Təki, bu qurultay baş tutsun. Mənə elə gəlir ki, Müsavat Partiyasının qurultayının bu qədər yubanması partiyanın inkişafının qarşısında əngələ çevrilib. Bütün müsavatçı dostlarıma uğurlar arzulayıram və qurultayın da uğurla başa çatmasını diləyirəm.
Rəsulzadənin anadan olmasından 142 il ötür
Leyla Əliyeva BMT-nin Cenevrədəki ofisinin baş direktoru ilə görüşdü
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hikmət Hacıyevdən İranla bağlı açıqlama: "ABŞ-nin mümkün zərbəsi..." - "Azərbaycan özünü iki qlobal münaqişə arasında hiss edir"
TRAMPDAN TEHRANA DAHA BİR XƏBƏRDARLIQ: "Çoxlu gəmi göndəririk, əgər razılaşma əldə etsək..."
Prezident onları mükafatlandırdı - SİYAHI +FOTOLAR (YENİLƏNİB)
İcra başçısı vəzifədən niyə azad edildi? - Maraqlı iddia yayıldı
16 İLİN İCRA BAŞÇISI YOLA SALINDI - Prezident sərəncam imzaladı
Hacıqabulda palçıq vulkanı püskürüb
Livakoviçin yeni klubu bəlli oldu
Xələf Xələfov Pakistanda XİN başçısı ilə görüşüb - Müzakirə + FOTO
ABŞ Nümayəndələr Palatasının üzvləri Azərbaycana gəlib
Ərdoğan İran XİN başçısı ilə görüşüb
“Veysəloğlu” MMC-nin layihəsi çərçivəsində “OBA MMC liderləri ilə dialoq” mövzusunda panel müzakirəsi keçirilib - FOTOLAR
Umud Mirzəyevin 65 illik yubileyi qeyd edilib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Futbolda mərc/qumar oyunu: daha 304 məşqçi cəzalandırılacaq
Avropa Liqasının pley-off mərhələsinin püşkü atıldı - "Fənərbağça"nın rəqibi bəlli oldu
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Prezident Tədbirlər Planını təsdiqlədi - DETALLAR
DSMF KEÇMİŞ NAZİRİN PENSİYA PULUNA "QARMAQ" ATIB - 5858 manat pensiya alan sabiq nazir nədən narazıdır?
"Bunları etməyin!" - Baş Prokurorluqdan əhaliyə çağırış oldu
Riad Rəfiyev: "Yevlaxda vaxtilə məşq etdiyim meydançada gəzişdim" - "Sumqayıt"ın prezidenti Mia.az-a danışdı (VİDEO)
İran XİN başçısı Hakan Fiddanla brifinqdə: "ABŞ-la müzakirəyə hazırıq" - "Müharibə bütün bölgəyə təhlükə yaradacaq"
Çempionlar Liqası: pley-off mərhələsinin püşkü atıldı, "Qarabağ"ın rəqibi bəlli oldu
Zelenskidən Putinə açıq mesaj: "Ərazi bütövlüyümüz pozula bilməz, digər məsələlərdə isə..."
Fevral ayına olan hava proqnozu açıqlandı
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Hikmət Hacıyevlə BMT rəsmisi görüşüb
"Apple"ın satışları 3 aya 16 faiz artıb, səhmləri isə... - Hesabat
Hərbi prokurora köməkçi təyin olunub
Türkiyədə 379 sosial media hesabı bloklandı
“Kapital Bank”da dəyişklik - Təyinat
Bakıda narkotiacirlər saxlanıldı - VİDEO
YENİ İLİN İLK “ULDUZ”U ÇAP OLUNDU
YPG "Ağ bayrağı" qaldırdı - Suriyada anlaşma əldə olundu
Ceyhun Bayramov BƏƏ-nin XİN başçısı ilə telefonda danışıb
Sabahın hava proqnozu açıqlandı
Xankəndi, Xocalı və Ağdərəyə növbəti köç olub
BAKIDA ŞOK ƏMƏLİYYAT: vəzifəli şəxs 18 kq qızılla saxlanıldı, evindən isə silah çıxdı
Prezident daha bir ölkənin səfirinin etimadnaməsini qəbul edib
Türkiyə PKK-nı bitirdi, CHP ittihamları isə bitmir - TƏHLİL