Kiyevdə Həmkarlar İttifaqının binasında 40 nəfər diri-diri yandı

img

19-02-2014 [18:25]


Kiyevdə Həmkarlar İttifaqı binasında fevralın 18-dən 19-a keçən gecə 40-50 nəfər diri-diri yanıb.

APA-nın "RBK-Ukrayna”ya istinadən verdiyi məlumata görə, bunu müxalif "Batkivşina” partiyasının parlament fraksiyasının sədr müavini Sergey Sobolev deyib.

"Məlumat hər saat yenilənir. Xəstəxanalardan gələn siyahılara əsasən təxminən 40-50 nəfər ölüb. Söhbət Həmkarlar İttifaqı binasında olan və yeriyə bilməyən yaralılardan gedir”, - deyə o vurğulayıb.

S.Sobolev bildirib ki, binaya gələn xüsusi təyinatlılar birinci və doqquzuncu mərtəbələrə qumbara atıblar. Onun sözlərinə görə, bu, məqsədyönlü bir əməliyyat olub. "Axı orada yeriyə bilməyən yaralılar olub. Həmin vaxt onların sayı 100-dən çox idi”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA