ABŞ səfiri Azərbaycan xalqını təbrik edib

img

18-10-2021 [15:02]


"Müstəqilliyin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Azərbaycan xalqını təbrik edirəm". 

Bu fikirlər ABŞ-ın Azərbaycandakı səfiri Erl Lisenbergerin bəyanatında əksini tapıb. 

"Bu əlamətdar gündə amerikalılar bütün azərbaycanlılara ən xoş arzularını çatdırır. Azərbaycan 30 illik müstəqillik dövründə böyük uğurlar qazandı. ABŞ birlikdə qurduğumuz dostluğu yüksək qiymətləndirir və müstəqil Azərbaycana dəyər verir. Biz təhlükəsizlik, enerji və iqtisadi inkişaf, insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib məsələlərə əhəmiyyət veririk. Müstəqilliyin Bərpası Günündə ABŞ adından Azərbaycan xalqını təbrik edirəm!", - diplomat vurğulayıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR