Bu gün Milli Aviasiya Akademiyasının rektoru, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın atası Arif Paşayevin 80 illik yubileyidir.
Yubilyarın nəvələri Arzu Əliyeva və Ülviyyə Mahmudova şəxsi İnstagram səhifələrində Arif Paşayevin ad günündə ailə ortamında çəkilmiş şəkillər paylaşıblar.
Şəkillərdən birində prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, professor Nərgiz Paşayeva və yubilyarın nəvələri bir kadrda yer alıblar.
Onu da qeyd edək ki, bu gün prezident İlham Əliyev Azərbaycan Respublikasında səmərəli elmi fəaliyyətinə və təhsilin inkişafında xüsusi xidmətlərinə görə Arif Mir Cəlal oğlu Paşayevi "İstiqlal” ordeni ilə təltif edib.