MƏHƏMMƏD FÜZULİDƏ TÜRK ANLAYIŞI...
YAZARLAR
12.10.2021, 21:34
ATİF İslam oğlu İSLAMZADƏ
Filologiya üzrə fəlsəfə doktoru, dosent
e-mail: [email protected]
***
Böyük məfkurə və duyğu şairi,eyni zamanda böyük filosof və islam inancı daşıyıcısı M.Füzuli özünün türk, dilinin türk dili olduğunu zaman-zaman bəyan etməsilə diqqət çəkir:
Ey feyzrəsani ərəbi-türki-əcəm!
Qıldın ərəbi əfsəhi-əhli-aləm.
Etdin füsəhayi-əcəmi İsadəm,
Mən türkzəbandan iltifat eyləmə kəm (4, 202).
Bu rübaini kütləvi auditoriya üçün sadə şəkildə şərh edək:
(Ey, ərəbin, türkün, əcəmin bərəkət yetirəni (Allah-Təala). Ərəbi aləmin gözəl, aydın danışan insanı, əcəmi də İsa kimi gözəl, bəlağətli danışan söz sahibi etdin. Mən türk dillidən də iltifatını (lütfünü) əskik etmə).
M.Füzuli nəinki özünü türk adlandırır, eyni zamanda türk dilinin təəssübünü çəkərək öz doğma dili olaraq bu dildə ədəbiyyat yatarmağın vacibliyini də irəli sürür və bu mövqeyi farsdilli ədəbiyyata qarşı qoyur. Halbuki şairin istər ərəb, istər fars, istərsə də türk dilində yazdığı möhtəşəm əsərlər dillər əzbəridir. Eyni zamanda şairin hər üç dildə divanı vardır. Lakin Füzulinin soykökü nə olan tükənməz sevgisi və böyük Vətən anlayışı onu bu dilə biganə qalmağa qoymur. Şair bu barədə bir “qitə”sində yazır:
Ol səbəbdən farsi ləfzilə çoxdur nəzm, kim,
Nəzmi-nazik türk ləfzilə ikən düşvar olur.
Ləhceyi-türki qəbuli-nəzmi-tərkib etməyib,
Əksərən əlfazi namərbutu nahəmvar olur.
Məndə tövfiq olsa bu düşvarı asan eylərəm,
Növbahar olğac tikəndən bərgi – gül izhar olur (4, 190).
(Fars dilində yazılan poeziya örnəkləri ona görə çoxdur ki, türk dilində incə şeir yaratmaq çətindir. Çünki daha çox şairlik istedadı tələb edir. Elə bu səbəbdən də əlinə qələm alan bir çoxları türk ləhcəsinin tərkibinin şairə uyğunluğunu qəbul edə bilmədiyindən bu dildə rabitəsiz və dolaşıq sözlər söyləmişlər. Məndə uyğunluq olsa bu çətini asan edib bu dildə gözəl və incə nümunələr yaradaram. Necə ki, yeni bahar gələndə tikanların üstünü gül yarpaqları örtür ).
Füzulinin bu milli mövqeyi onun bir qitəsi ilə sona yetmir. Bütün Şərq və eləcə də dünya ədəbiyyatının mükəmməl abidəsi olan “Leyli və Məcnun”əsəri də məhz bu ardıcıl münasibətin məntiqi nəticəsi kimi meydana çıxmışdır. Şair özü bu barədə həmin əsərin “kitabın yazılmasının səbəbi” haqqındakı hissəsində məlumat vermişdir:
Leyli-Məcnun əcəmdə çoxdur,
Ətrakdə ol fəsanə yoxdur.
Təqrirə gətir bu dastanı,
Qıl tazə bu əski bustanı (5,13)
Beləliklə Füzuli Leyli və Məcnun əfsanəsinin fars dilində işlənmiş nümunələrinə işarə vurduqdan sonra ona bu əfsanəni türk dilində yazmaq təklifinin verildiyini diqqətə çatdırır. Çünki “ətrak” (türklər)də bu əfsanə doğma dildə işlənməmişdir. Şair bu qəmli dastanı yazmağın çətinliyini də gözə alır, lakin onu yazmaq qərarına gəldiyini, sanki əlinə düşən fürsəti dəyərləndirdiyini elan edir:
Gərçi bilirəm bu bir sitəmdir,
Təklifi bunun qəm üzrə qəmdir.
Əmma necə etmək olur ikrah?
Bir vaqeədir ki, düşdü nagah (5,14).
Füzulinin Azərbaycan dilində yazdığı bu əsəri “türk dilində yazılan əsər” adlandırması dilimizin türk dili olmasından xəbər verməklə bərabər eyni zamanda istər Nizami dövründə, istərsə də ondan sonrakı dövrlərdə gedən türklük mücadiləsinin təsadüfi hadisə olmamasını göstərir. Millət və ümmət məsələsini bir-birinə qarşı qoyan diletantlardan fərqli olaraq məhz Füzuli də mənəvi ustadı Nizami kimi, türk dilinin “geniş söz meydanı” tapmasının vacibliyindən bəhs açır və bu istiqamətdə gözəl ədəbi əsərlər yaradır. Biz eyni mahiyyətdən yanaşaraq ustad Nizaminin də türkcə divanının mövcudluğu ehtimalını irəli sürürük. Daha doğrusu, bu yönümdəki fərziyyələri təsdiq edirik. Ümmət və millət məsələsinə gəlincə, dərin təfəkkürlü görkəmli şəxsiyyətlər soykökü ilə inanc əxlaqını heç zaman bir-birinə qarşı qoymamış, əksinə təsdiq etmişlər. Elə bu baxımdan da Nizami də, Füzuli də həm böyük İslam əxlaqı daşıyan müdrik şəxsiyyətlər olmaqları ilə birlikdə eyni zamanda bir millətin övladı idilər və bunu inkar etmirdilər.
Mia.az
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
RƏSMİ MOSKVADAN ÜÇTƏRƏFLİ GÖRÜŞÜN YERİ BARƏDƏ KİYEVƏ İSMARIC: "Zelenski zəng edərsə, Putin telefona dırhal cavab verəcək"
Bugün, 00:26 GÜNDƏM
-
Zelenski: "Dörd bölgədəki enerji infrastrukturumuz hücuma məruz qalıb"
Bugün, 00:18 GÜNDƏM
-
Ərdoğan Cənubi Koreyaya gedib - 3 günlük
Bugün, 00:12 GÜNDƏM
-
"Amedspor" qarşısıalınmaz komandaya çevrildi - Komanda rəqibini darmadağın etdi
Bugün, 00:07 İDMAN
-
Çempionlar Liqası: "Qalatasaray" - "Ştutqart" matçının hakimi bəlli oldu
Bugün, 00:05 İDMAN
-
"Beşiktaş" yenə xal itirib
Bugün, 00:03 İDMAN
-
Kanada Baş naziri Trampla müzakirə apardı: "Yaxın həftələrdə bu hədəfə doğru çalışağıq"
Bugün, 00:03 DÜNYA
-
Birinci vitse-prezident "Zikra: xatirələr gecəsi" tamaşasında - FOTOLAR
01.11.2026, 22:56 GÜNDƏM
-
"Qalatasaray"da şok qərar: "Ölən anama və..."
01.11.2026, 21:01 İDMAN
-
Ermənistan XİN başçısı: "Cənubi Qafqazda sülh təkcə region ölkələrinə deyil, həm də..."
01.11.2026, 19:19 SİYASƏT
-
Leyla Əliyeva Payız festivalı – “Məhsul bayramı”nda - VİDEO
01.11.2026, 16:21 GÜNDƏM
-
Aqil Abbas və Molla Pənah Vaqif...
01.11.2026, 16:01 CƏMİYYƏT
-
MEDİA JURNALİSTİN DÖYÜLMƏSİ BARƏDƏ SƏRT BƏYANAT YAYDI: "Media nümayəndələrinin hücuma məruz qalması, onlara qarşı fiziki zorakılıq..."
01.11.2026, 15:26 PRESS
-
Sabah hava necə olacaq? - Proqnoz
01.11.2026, 13:37 CƏMİYYƏT
-
Parlamenti qoyub mətbuatın gününə ağlamaq... - Pərviz HƏŞİMLİ YAZIR
01.11.2026, 12:21 YAZARLAR
-
Daha bir jurnalisti hadisə yerində döydülər - VİDEO, FOTOLAR (YENİLƏNİB)
01.11.2026, 12:08 PRESS
-
"Qapını açıb içəri girəndə gördüm ki, Adil Əliyevlə Mehman Hüseynov yeyib-içirlər" - "Adam bilmir buna necə don geyindirsin, deyir ki..."
01.11.2026, 12:01 SİYASƏT
-
Avropa çempionatı: Əjdər Bağırovla Kənan Nəsibov qızıl medal qazandı
01.11.2026, 09:04 İDMAN
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
01.11.2026, 00:05 GÜNDƏM
-
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları bunlardır - SİYAHI
31.10.2026, 18:05 GÜNDƏM
-
Rəsmi Bakıdan türk diplomatın namizədliyinə açıq dəstək: "Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyi..."
31.10.2026, 16:24 SİYASƏT
-
Bakı–Tbilisi–Bakı sürət qatarı: vaqonların sayı artırlldı, qiymətlər isə... - MƏBLƏĞLƏR
31.10.2026, 15:00 GÜNDƏM
-
İcra başçısının nümayəndəsi bələdiyyə sədrinın başına butulka atıb - “Ciyər axşamı”nda dava düşüb
31.10.2026, 13:31 CƏMİYYƏT
-
Haqqında şok iddialar səsləndirilən rektor Məleykə Abbaszadənin yerinə hazırlaşır? - "DİM sədri olacağımla bağlı iddialar..."
31.10.2026, 13:19 CƏMİYYƏT
-
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib - Nələr müzakirə olunub? + FOTOLAR
31.10.2026, 12:54 GÜNDƏM
-
Sabah hava necə olacaq? - Proqnoz
31.10.2026, 12:27 GÜNDƏM
-
Anar Ələkbərov: "İnanıb dəstəkləyən və yanımızda olan hər kəsə təşəkkür edirik"
31.10.2026, 12:24 MƏDƏNİYYƏT
-
“Stop” əvəzinə “dur”, ya da “toxta” olmalıdır..." - Deputat indi də dilçiliyə keçib, yol nişanlarına belə düzəliş təklif edir
31.10.2026, 11:26 SİYASƏT
-
Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında 5 milyonluq siqaret qaçaqmalçılığı... - Ənvər Tağıyev də həbsdən azad edildi
31.10.2026, 11:09 İQTİSADİYYAT
-
Leyla Əliyeva və Alyona Əliyeva "Baku Art Weekend” sərgisində - VİDEO, FOTOLAR
31.10.2026, 10:06 MƏDƏNİYYƏT
-
Qubanın alma bağlarında xəstəlik yayılıb
31.10.2026, 09:54 İQTİSADİYYAT
-
Azərbaycan nefti bahalaşdı - 4 dollar
31.10.2026, 09:02 İQTİSADİYYAT
-
Rusiyalı milyarder Bakıya gəlib - FOTO
31.10.2026, 00:04 SİYASƏT
-
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31.10.2026, 00:00 CƏMİYYƏT