Alim Qasımov prezident üçün muğam oxudu- Video

img

14-02-2014 [15:26]


Xəbər verdiyimiz kimi, ötən gün prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda Azərbaycan Milli Konservatoriyasının yeni inzibati-tədris kompleksinin açılışında iştirak ediblər. Mərasim zamanı muğam səsləndirilib.

ANS PRESS-in məlumatına görə, bu zaman masa arxasında oturan xalq artisti Alim Qasımov ayağa qalxaraq xanəndəyə qoşulub. Bir neçə dəqiqə ifadan sonra o xanəndəyə müraciətlə "keç təsnifə ay bala" deyərək ifasını bitirib.

A.Qasımovun ifası prezident İlham Əliyev və xanımı tərəfindən alqışlarla qarşılanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR