MTN generalının məhkəməsində zərərçəkən: "Yaşar Aydəmirov dedi ki, pulu vermək lazımdır"
07-10-2021 [15:44]
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi general Şirinov Nizami Talış oğlu və qurumun tərkibində olan idarələrin rəisləri işləmiş Elcan Abdullayev və Elman Tahirov, əməliyyat müvəkkili işləmiş Nadir Nəzirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə vəsatətlərə baxılıb.
Zərərçəkmişlərdən Rahib Ağayev tərəfindən N.Şirinov və E.Abdullayevə qarşı məhkəməyə 150 min manatlıq mülki iddia daxil olub. Digər zərərçəkmiş Vüqar Ağayevin vəkili isə məhkəməyə 1 milyon 162 min 400 manatlıq mülki iddia ərizəsi təqdim edib. Hər iki ərizə baxılması üçün məhkəmə icraatına qəbul olunub.
Təqsirləndirilən şəxslərin vəkilləri məhkəmədə məxfi məlumatların və dövlətin sirlərinin səsləndirilə biləcəyini əsas gətirərək baxışın qapalı keçirilməsini istəyiblər. Hakimlər, eləcə də prokuror işin dövlət sirri ilə bağlı olmadığını, ona görə də təqsirləndirilən şəxslərin statusunun işin mahiyyətinə aidiyyəti olmadığını əsas gətirərək vəsatəti təmin etməyiblər.
Daha sonra prokuror ittiham aktını elan edib. Məlum olub ki, Nizami Şirinov və digərləri qulluq mövqeyindən sui-istifadə etməklə zərərçəkmiş şəxslərə hədə-qorxu gələrək onların külli miqdarda vəsaitlərini mənimsəyiblər.
Təqsirləndirilən şəxslər MTN Akademiyasına qəbul edilməsi və himayədarlıq olunmasına görə Dilşad Aslanovdan 80 min dollar, ehtiyatda olan Milli Ordunun polkovniki, zərərçəkmiş Mirzəli Yusifovdan 315 min dollar, zərərçəkmiş Vüqar Ağayevdən 1 milyon 857 min manat dəyərində əmlak, zərərçəkmiş Emin Abbasovdan 200 min manat və əlavə olaraq 50 min dollar, zərərçəkmiş Rahib Ağayevdən 150 min dollar alıblar.
Nizami Şirinova Cinayət Məcəlləsinin 182.3.2 (ağırlaşdırıcı hallarda hədə-qorxu ilə tələb etmə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma), 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), Elcan Abdullayev, Elman Tahirov və Nadir Nəzirov həmin Məcəllənin 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələri ilə itiham elan edilib.
Təqsirləndirilən şəxslərdən heç biri özünü ittiham üzrə təqsirli bilməyib. Daha sonra zərərçəkmişlərin ifadələrinin dinlənilməsinə başlanılıb.
Xatırladaq ki, cinayət işinin ibtidai istintaqı zamanı vurulmuş maddi ziyanın bir hissəsinin ödənilməsi təmin edilib, xüsusi müsadirəni təmin etmək məqsədilə məhkəmənin qərarı ilə təqsirləndirilən şəxslərə məxsus daşınmaz əmlak üzərinə həbs qoyulub.
Nizami Şirinov barəsində həbs qətimkan, digər 3 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.
Daha sonra məhkəməyə ifadə verən zərərçəkmiş Rahib Ağayev bildirib ki, 1992-ci ildən 2003-cü illərə kimi ayrı ayrı hərbi hissələrdə sürücü kimi fəaliyyət göstərib, daha sonra ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovun ailə sürücüsü kimi çalışıb: "Təqsirləndirilənlərdən Şirinov Nizami Talış oğlu, Elman Tahirov və Nadir Nəzirovu real həyatda görməmişəm, lakin qurumun tərkibində olan idarələrin rəisi işləmiş Elcan Abdullayevlə görüşmüşəm. Mənə 2012-ci ildə zəng edərək Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinə çağırdılar. Üç gün zəng etdilər ki, gəlməlisən. Mənimlə telefonda danışan mayor rütbəsində Ruhlan Cəfərov idi. Ora gedəndə çağırılmağımın səbəbini soruşduqda dedilər ki, sən bir əsgərə saxta hərbi bilet düzəltdirmisən. Ruhlan məni saldı Elcanın otağına. Elcan qabağıma bir toplu sənəd atdı və dedi ki, bax, bu da sənin cinayət əməllərin. Məni bu yolla şantaj etdilər. Dedilər ki, səni vətən xaini adı ilə tutacağıq. Sonra Ruhlanın otağına girdik, bir kağıza qırmızı rənglə yazılmış 150 min dolları uzatdı və mənə dedi ki, bunu verməlisən. Oradan çıxandan sonra məsələ ilə bağlı general Yaşar Aydəmirova məlumat verdim. Yaşar müəllim məsələni danışacağını dedi. Lakin bir müddət sonra o dedi ki, nə deyirlər elə. Generalın mənə köməkliyi bundan ibarət oldu ki, 10 min manat verdi və 40 min manat da bir yaxından borc almağıma kömək etdi. Pulun 100 min dollarını düzəldərək Hərbi Əks-Kəşfiyyatının İdarəsinə apardım. Həmin pulu elə Ruhlana verdim. Qalan pulu da tələb edirdilər. Yaşar müəllimə məlumat verdim və köməklik etməsini xahiş etdim. O, bir neçə gün sonra Elcan Abdullayev və Ruhlan Cəfərovla “Bulaq” restoranında görüşdü. Mən həmin görüşdə qapının ağzında durdum. İçəridəki söhbətlərdən xəbərsiz idim. Çıxanda Yaşar Aydəmirov dedi ki, pulu vermək lazımdır. Bir müddət keçmədi, zəng etdilər pulu verməsən sənə də, Yaşar Aydəmirova da pis olacaq. Mən bir təhər 27 min dollar pul taparaq "Qələbə" kinoteatrının yaxınlığında Ruhlan Cəfərova verdim. Bir həftə sonra 22 400, bir neçə gün sonra isə 600 dolları eyni məkanda Ruhlan Cəfərova təqdim etmişəm. Ruhlanla hər bir görüşdə cibimdə gizli diktofon aparırdım və bütün səs yazıları durur".
Zərərçəkmişin sözlərinə görə, həmin ərəfədə onun evindən oğurluq edilib: "Evimdən gəlinimin qızılları oğurlandı, oğlumun toyunda Yaşar müəllimin qaynı qızı yoxa çıxdı, toyda tanımadığım şəxsləri gördüm, bundan başqa, hər gün məni qara plyonkalı maşınlar izləyirdi. Mənim qızım bunların ucbatından epilepsiya xəstəliyi tutdu. Qızımdan da nəvəmə keçdi. Oğurluqla bağlı polisə məlumat verdim. İndiyə qədər həmin oğurluğun üstü açılmayıb. Təbii ki, bütün bunlar məni qorxudurdu deyə, mən pulları düzəldib borc-xərclə aparıb vermək məcburiyyətində qalırdım".
Məhkəmə prosesi oktyabrın 14-də davam etdiriləcək.
Ombudsman Səbinə Əliyeva bəyanat yayıb
Sabah yağış yağacaq
Xalq artisti Rasim Balayevin cənazəsi Bakıya gətirildi - Vida mərasimi başlayıb (Yenilənib)
Şirvanda mənzildə partlayış olub, yaralı var - VİDEO
Paşinyan Baş nazir postuna yenidən namizəd oldu
Qazaxda 18 yaşlı qız dəm qazından boğulub
Sultan Süleymana Şah Abbas dərsi - TƏHLİL
Tramp: "Güman edirəm ki, tezliklə razılaşma olacaq" - "İran ABŞ-a 20 neft tankeri hədyyə edib"
Tehran bombalanır - Paytaxt qaranlığa qərq olub (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Şəfiqə Məmmədovadan Rasim Balayevlə bağlı açıqlama: "Çox pisəm, özümə gələ bilmirəm"
Bakıdakı ali məktəblər hara köçürülür? - VİDEO
Hava ilə bağlı əhaliyə - Xəbərdarlıq
ELDAR ƏZİZOV İCRA BAŞÇILARINI TOPLADI: 3 rayonda görülən işlər təqdir olunub, digərləri isə...
Prezident Cəmil Əliyevi təltif etdi - “İstiqlal” ordeni ilə
Rasim Balayev Türkiyədə vəfat edib
"Azərişıq"dan "10 manat yükləyirik, 2-3 manat dərhal silinir" iddialarına cavab verildi - VİDEO
İrana qarşı yeni cəbhə açılır? - Ankara–İslamabad xətti... (TƏHLİL)
Bakıda yağışla bağlı yaranan problem... - 216 nəfər təhlükəsiz əraziyə təxliyə edilib
İran Müdafiə Nazirliyinin rəsmisi həlak olub
İran XİN başçısı Azərbaycana mesaj verdi: "Çətin günlərdə..."
Neçirvan Bərzaninin iqamətgahı dronla vuruldu - Baş nazir hava məkanını qapadılma qərarını uzatdı (FOTO)
Pezeşkian ABŞ-la danışıqları ilk dəfə təsdiqlədi, region ölkələrinə mesaj verdi: "Əgər təhlükəsizlik istəyirsinizsə..."
Kəmaləddin Heydərovun oğulları hansı filmə dəstək verib? - Maraqlı məlumat yayıldı (FOTOLAR)
İran daxilində vəziyyət necədir? - CNN deyir ki...
"Azərişıq"dan Sumqayıtla bağlı açıqlama: "Elektrik enerjisi mərhələli şəkildə bərpa edilir"
Güclü yağışın yaratdığı problemlər... - ADSEA-dakı Operativ Qərargah gücləndirilmiş iş rejiminə keçib + VİDEO
Ağsuda qətl: iki nəfər 43 yaşlı qadının ölümünə görə saxlanılıb
Azərbaycan – Türkiyə Birgə Media Platforması: Birgə İşçi Komissiyası və Komitələr yaradılacaq
Dövlət katibi Zelenskini yalançılıqda ittiham edir: "Bilmirəm niyə o, belə şeylər deyir" - VİDEO
Azərbaycanın təhlükəsizlik orqanlarının yaranmasının 107 il ötür
Sulutəpədə küçələr bu gündədir - VİDEO
Türkiyənin İstanbul şəhərində Beşinci Beynəlxalq Strateji Kommunikasiya Sammiti – “Stratcom Summit 26” keçirilib
Azərbaycan millisi qalib gəldi
BŞİH-i Bakını basan yağış suları ilə bağlı açıqlama yaydı
Sabunçunu su basıb: vəziyyətlə maraqlanan yoxdur - VİDEO
Azərbaycan “orta güc”ə çevrilir: İsrail faktoru (TƏHLİL)
Prezident teatr kollektivinə təbrik məktubu ünvanlayıb
Ceyhun Bayramovla Ermənistan XİN başçısı telefonda danışıb - Nələr müzakirə olunub?
Lənkaranda zəlzələ olub
Xanəndə: "Boş-boş danışırlar"
Həbsdəki sabiq deputatın səhhəti pisləşib
Sabah yağış yağacaq
Prezident İlham Əliyev Gürcüstan səfriliyində - FOTOLAR
İran uduzur, amma... - TƏHLİL
Prezidentin köməkçisi Ərdoğanın baş müşaviri ilə görüşüb - Açıqlama