14-02-2014 [10:15]
"Elə bilirsən bu halımdan özümün xoşu gəlir” – görüşəndə salamdan öncə bu sözlərlə başladı. Bilirdi ki, ona "niyə belə oldu” sualını verəcəm. Odur ki, hər şeyi özü danışmağa başladı və bir şərt kəsdi: "Çalış çox dərinə getmə. Onsuz da xoşlamadığım suala cavab verməyəcəm”. Razılaşdım, razılaşmaq məcburiyyətində idim. Çünki Naxçıvanda olduğum 6 ay müddətində onu daim axtarmışam. Gördüyüm vaxtda isə danışmaq imkanı olmayıb?! Ölümündən sonra onun haqda yazmaq asan olmadığı kimi, onun fikirlərinə də hörmətlə yanaşmaq bir o qədər çətindir. Çünki jarqonlarla danışmaq Elxan Babayevə heç yaraşmırdı.
Elxan Babayev sıravi bir futbol azarkeşi kimi hər zaman sevdiyim biri olub. Burda məsələ mənim naxçıvanlı olmağımda deyil, sadəcə jurnalist kimi fəaliyyət göstərdiyim dövrdə bütün veteranlar Naxçıvan deyən kimi Elxanın vəziyyətini soruşurdular. Onlar da onun hansı durumda olduğundan xəbərdar idilər, lakin etiraf edək ki, soruşmaqla yanaşı ona yardımcı olmağı belə ağıllarının uclarından keçirməyiblər.
Naxçıvan ilk SSRİ idman ustası, SSRİ çempionu, "Araz”, "Kəpəz” və "Neftçi” kimi komandalarının qapısını qorumuş biri üçün belə münasibət təbii ki, təqdirəlayiq hal deyil. Öz dövrünün yeganə qapıçısı idi ki, topu əli ilə 80 metr atmağı bacarırdı.
Elə söhbətimizə ona qarşı münasibətdən başladıq: "İndi bizim kimi futbol oynamış insanlara hörmət etmirlər, heç tanımırılar da. Yolda görəndə yalnız bizim yaşda olan insanlar hal-əhval tuturlar. Bizlər ölüb gedəcəyik, ancaq adımız hər zaman Naxçıvan futbolu üçün ölməz qalacaq. Çünki yerli uşaqlar "Araz” üçün çox şey edib. Bura canımızı qoymuşuq, oyunlar olub, döyülmüşük, söyülmüşük, lakin komanda naminə hər şey etmişik. Münasibət özüm yaratmaq istəmirəm, boş-boş suallar verirlər. Guya bu halımdan özümün xoşu gəlir?”.
"Araz”dan söz düşmüşkən, Elxan Babayevin oynadığı dövrdə komandada Böyükağa Hacıyev də top qovub. Və deyilənə görə komandanın iki "avtoriteti”, söz sahibi olub ki, bunların da "Zəif”lə Elxan olduğu deyilir. Babayev sözümü yarımçıq kəsərək jarqonlardan istifadə edir:
"Mən olan yerdə heç kim heç nə deyə bilməzdi (gülür). O zaman komandada oynayan futbolçulardan da soruşun: "Zəif”, yoxsa Elxan? Hamısı Elxan deyəcək. Çünki Elxan özünün yox, digərlərinin haqqını tələb edirdi. Bir dəfə səfər oyunlarının birində naxçıvanlı uşaqlar baş məşqçinin yanına girdi. O hamımıza dedi ki, içinizdən biri sizin haqda heç də yaxşı sözlər demir. Hamı bir-birinin üzünə baxdı, həmin adamın kim olduğunu bildik, amma üzünə vurmadıq. Çünki biz naxçıvanlıyıq, ətimizi yesək də, sümüyümüzü kiminsə qabağına atmarıq. 3-4 gün öncə Cıbılını (Canpolad Həsənov – C.M.) gördüm uzaqdan, deyəsən o da məni gördü. Amma görməməzliyə vurdu. Çünki mənim bu halım onların da xoşuna gəlmir. Mən həmin Elxan olmuşam ki, hamısına köməklik etmişəm. "Zəif”ə gəlincə, o, elə mənim yanımda "zəif” olub da, nə deyim onun haqda? Bir dəfə yeni toyu olmuşdu. Toyun səhəri günü isə biz səfərə çıxacaqdıq. Bu hadisənin arxasını Böyükağanın özündən soruşun, o danışacaq. Danışmasa, gələrsiz, mən danışaram”.
Elxan Babayev Naxçıvan futbolu tarixində yetişən ən böyük qapıçıdır. Bu, danılmaz faktdır. Bəs, onun özü yeni formalaşan "Araz-Naxçıvan” barədə nə düşünürdü: "Komandanın oyunlarına baxmamışam, baxmaq da fikrim yoxdur. Çünki məni o zaman futboldan iyrəndiriblər. Ona görə bu suala cavab verməsən, daha yaxşı olar. Bizlər adımızı üçün oynamışıq bu komandada, Naxçıvan naminə oynamışıq. Səfər oyunlarında bizləri söyürdülər, döyürdülər, heç nə demirdik, lakin Naxçıvan barədə nəsə deyəndə dalaşırdıq. Niyə? Çüki bu torpaq üçün hamımız bir olmalıyıq. O zamanlar komandada elələri var idi ki, yalnız pula görə, öz mənafeyinə görə oyun oynayırdı. Özləri də bilir kimləri deyirəm. Bu əlləri görürsən? Bu əllər hər zaman Naxçıvan futbolu üçün çalışıb”.
Elxan Babayevdən Naxçıvan futbolu üçün çalışan əllərindən çıxan əlcəklərin qalıb-qalmadığını soruşduqda "evdə olmalıdı, birini sənə verərəm. Ancaq sən o əlcəkləri geyinməyəcəksən, kiməsə verəcəksən. Versən də həmin adama de ki, əlcək Elxanın ola bilər, amma içindəki əl bu əl (əlini göstərir – C.M.) olmayacaq” dedi. Və daha danışmayacağını bildirdi. Dediyinə əməl etdi.
"Kəpəz”də oyandığı vaxt bir dəfə geyindiyi əlcəyi iki gün sonra verdi və bildirir ki, bu əlcəyi sadəcə bir oyunda geyinib. Onu da "Kəpəz” Naxçıvanda "Araz”a qarşı oynayanda əlinə taxıb. Həmin görüşün son dəqiqələrində qol buraxdığına görə əlcəkləri çıxarıb və bir daha geyinməyəcəyinə söz verib. Elə Babayevdən bu əlcəklərin üzərinə nəsə yazmağı xahiş etdik.
Yazacağı son sözlər isə bunlar oldu: "Əlcək mənimdi, Elxanın. Amma əl mənim olmayacaq”. Doğrudan da, Naxçıvan futbolu böyük qapıçısını, insanını itirdi. Bundan sonra bu torpaq bəlkə Elxandan da istedadlı qapıçılar yetişdirəcək, lakin Elxanın kimi tarixə düşəcəkləri çətin olacaq...
P.S. Şəklini çəkməyə icazə vermədi, daha doğrusu, çəkməməyimi xahiş etdi. Bildirdi ki, şəklini gedib "Zəif”dən ya da İbrahimdən (Rzayev) alım.
arazpfc.com
“Heydər Əliyev və Türk Dünyası” adlı tədbir keçirilib
Ruben Vardanyana Bakıda hökm oxundu - 20 il həbs
Ramazan ayı başlayır - TƏQVİM
Dövlət Agentliyində maaşlar gecikib
Azərbaycan Prezidenti Çin liderinə məktub ünvanlayıb - MƏTN
ADİL ƏLİYEVƏ TÖHMƏT VERİLDİ, RAFİQ QULİYEVƏ İSƏ... - İcra başçılarına yeni tapşırıqlar verildi
Türkiyədə daha 18 FETÖ üzvü saxlanılıb - 16-sı məmurdur
Subsidiya ödənişinin ilkin mərhələsinə start verilib
Azərbaycan neftinin qiyməti 70 dolları ötdü
"Vüqar Qurbanovla Zaur Əliyevin ABŞ səfəri və orada keçirdikləri görüşlər..." - Keçmiş mətbuat katibi elə iddialar irəli sürdü ki...
Məktəbdə şagirdlər zəhərlənib
Ağdam şəhərinə növbəti köç olub - 419 nəfər doğma torpağına qayıtdı
TƏBİB-in icraçı direktoru kim olacaq? - Əsas namizədlə bağl qərar dəyişib, Zaur Əliyev də yol üstədir
ABŞ prezidenti: "Məncə, BMT-ni də səfərbər edə biləcəyik"
Ərdoğan Efiopiyaya gedir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Valideyn məmnunluğu: “Şagirdlərə dəstək və şagird rifahı” - FOTOLAR
X sosial media platformasında problem yaranıb
DÖRD TABUT
"Əl-Əqsa" Məscidinin İmamı saxlanıldı
Mustafa Aşurov yeni vəzifəyə təyinat alıb
GENERAL NİYƏ VƏZİFƏDƏN AZAD EDİLDİ? - FOTO
İlin ilk tutulması halqalı Günəş tutulması olacaq
Bayram Nurlu bu partiyaya üzv olur? - "İşim budur..."
Əli Əhmədovun oğluna yeni vəzifə verildi
AAYDA-da YOXLAMA: KEÇMİŞ SƏDRİN HƏBSİNƏ HAZIRLIQ GEDİR? - Bir neçə vəzifəli şəxs istintaq cəlb olunub
Mikayıl Cabbarov özünə daha bir müşavir götürdü
“Rahat”, “Grandmart”, “Bolmart”...- İşçilərn maaşı niyə verilmir?
Xətainin icra başçısına ağır itki üz verib
“Neftçi”-“Qarabağ” oyununun təxirə salınmasının səbəbkarı kimdi? - Cenk Sümerdən mia.az-a eksklüziv ilginc açıqlama (VİDEO)
Mehriban Əliyeva AGF prezidenti seçildi - Yığıncaq + FOTOLAR
Dini təşkilatlar hesabat verib
"Beşiktaş"a zədə şoku - klub rəsmi açıqlama yaydı
TƏBİB sədri vəzifəsindən azad edildi - Vüqar Qurbanov "Qərara hörmətlə yanaşıram" dedi (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
TƏBİB-in köhnə müavini - yeni sədr əvəzi kimlərə mesaj verdi: "Kadr dəyişikliyi olacaq"
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Cəlilabadda 52 yaşlı kişi öldürülüb
Rubio: Tramp istənilən iqtisadi təhdidləri aradan qaldırmaqda Macarıstana kömək etməyə hazırdır
Çexiyanın Baş naziri apreldə Bakıya səfər etməyi planlaşdırır
Orban: Macarıstan ABŞ-nin sülh təşəbbüslərini dəstəkləyəcək
Putin Qazaxıstana dövlət səfəri edəcək
Okan Buruk: "Bizi çətin matç gözləyir"
Bertuğ Yıldırım əməliyyat olunub