Mərkəz Bank "AzFinans"  kredit təşkilatına lisenziya verib

img

24-09-2021 [18:11]


Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə "AzFinans" MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 52-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "Azfinans"ı bu ilin iyul ayında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, ev 36 (məhəllə 488/489), nizamnamə kapitalı BOKT-lar üçün müəyyən edilmiş minimum tələbə uyğun - 300 min manat, qanuni təmsilçisi isə İlqar Şükür oğlu Əliyevdir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA