SABİQ İCRA BAŞÇISI HAKİM QARŞISINDA: şahidlər ifadə verdi
KRİMİNAL
21.09.2021, 13:45
Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) sabiq başçısı İsmayıl Vəliyev, RİH-nin keçmiş başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və Tikinti Şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil Şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun onunla birgə saxlanılan digər vəzifəli şəxslərin məhkəmə iclası davam etdirilib.
Mia.az Report-a istinadla xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Nizami Quliyevin sədrliyi ilə keçirilən iclasda prosesdə şahid qismində sahibkar Bayram Vəliyev ifadə verib.
Bildirib ki, Neftçalada onun müəssisəsində 3 nəfər işləyib, daha sonra məşğulluqdan işçilər cəlb olunub. Şirkət isə onun özünə məxsus olub.
Daha sonra digər şahid Şahəddin Səmədov dindirilib. O qeyd edib ki, B.Vəliyevin şirkətində müqavilə əsasında işləyib: "Əmək haqqını kartla alırdım. Orada cəmi 1 il işləmişəm. Maaş kartını isə DOST İş Mərkəzindən vermişdilər. "Beton zavod" adlanan sexdə də fəhlə kimi çalışmışam. Ordan da kartla maaşı alırdım. Şənbə və bazar günlərinə görə əlavə pul verilirdi".
Məhkəmədə şahid qismində Səxavət Haqverdiyev, Elçin Hüseynov və Seyran Əsədov da ifadələr verib.
Növbəti məhkəmə prosesi sentyabrın 30-na təyin edilib/Report.
Xatırladaq ki, İsmayıl Vəliyev və digər şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən ötən ilin fevralında həbs edilib.
Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməllərə yol verilməsinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri həyata keçirilməkdədir.
Bu tədbirlərin davamı kimi Neftçala Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında kompleks araşdırma tədbirləri başlanılıb.
Toplanılmış materiallarla rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevin mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.
Həmçinin, İsmayıl Vəliyevin şəxsən, habelə icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, tabeçiliyində olan digər vəzifəli şəxslər vasitəsi ilə rayon ərazisində fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən edilib.
İsmayıl Vəliyevin, Vurğun Əkbərovun, icra başçısının müavini Gültəkin Sadıqovanın, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərovun xidməti otaqlarına məhkəmənin qərarı əsasında keçirilən baxış zamanı müxtəlif yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, külli miqdarda pul vəsaitləri, sənədlər və iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər aşkar edilərək götürülüb.
Aparılan araşdırmalarla İsmayıl Vəliyev tərəfindən təmir-tikinti, abadlıq işlərinə ayrılan dövlət vəsaitlərinin müəyyən hissəsinin nağdlaşdırılaraq mənimsənildiyi, vəzifə səlahiyyətlərindən sui-istifadə edilməklə rayon ərazisində torpaq sahələrinin özbaşına tutulduğu, qanunsuz olaraq şəxsi məqsədlər üçün istifadə edildiyinə, həmin ərazilərdə qanunsuz tikinti işləri aparıldığına əsaslı şübhələr müəyyən edilib.
İstintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd olunan vəzifə səlahiyyətlərindən sui-istifadə faktlarının təhsil, səhiyyə və digər yerli dövlət orqan və müəssisələrində davamlı korrupsiya əməllərinin törədilməsinə yol açdığı təsbit edilib.
Cinayət işləri üzrə İsmayıl Vəliyev vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə faktlarına görə, Vurğun Əkbərov, Anar Cəfərov, Vüqar Nağıyev, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov və digərləri rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılıblar.
İstintaq orqanı tərəfindən İsmayıl Vəliyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə - bu Məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı maddəsi ilə ittiham elan edilib.
Bundan başqa, istintaq orqanı tərəfindən Neftçala rayon İcra Hakimiyyətinin sabiq başçısı İsmayıl Vəliyev, icra hakimiyyəti başçısının birinci müavini Vurğun Əkbərov, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidovun da barəsində Cinayət Məcəlləsinin 179.3.2, 308.2, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri ilə ittiham verilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bugün, 14:39 CƏMİYYƏT
-
Mənsur Yavaş CHP-dən istefa verdi
Bugün, 14:33 SİYASƏT
-
Bəzi bölgələrə yağış yağacaq - Xəbərdarlıq
Bugün, 14:31 GÜNDƏM
-
Əfv sərəncamının icrası başlayıb
Bugün, 14:24 GÜNDƏM
-
Maliyyə Nazirliyi dövlət qurumlarında yoxlama aparıb
Bugün, 14:03 İQTİSADİYYAT
-
"Yüksəliş" müsabiqəsinin qalibi yeni vəzifəyə təyinat aldı
Bugün, 14:02 CƏMİYYƏT
-
Azərbaycanda orta aylıq əməkhaqqı nə qədər qalxacaq? - AÇIQLAMA
Bugün, 13:55 İQTİSADİYYAT
-
40 ilin həkimini işdən çıxaranın özü yola salındı - Yoxlama sonrasında...
Bugün, 13:42 CƏMİYYƏT
-
Türkiyədə 25 yaşlı futbolçu vəfat edib
Bugün, 13:29 İDMAN
-
Türkiyəli aktrisa "Vogue World 2026"ya geyimi ilə "damğa" vurub - FOTOLAR
Bugün, 13:23 ŞOU-BİZNES
-
Masazırda yük maşını maşının üstünə aşdı: ölən və xəsarət alanlar var - FOTO
Bugün, 13:05 KRİMİNAL
-
"Qərbi Azərbaycanda Alban İrsi" adlı seminar keçirilib
Bugün, 12:49 MƏDƏNİYYƏT
-
İqbal Ağazadə "fahişəlik leqallaşdırılmalıdır" dedi - Deputat "Bu cür təkliflərin içi boşdur" cavabını verdi, partiya sədri isə sərt reaksiya verdi
Bugün, 12:38 SİYASƏT
-
Fransa prezidenti: "Ukrayna problemini həll edə biləcək lider Trampdır" - "Putinin sülh istədiyinə inanmıram"
Bugün, 12:27 GÜNDƏM
-
Sabahın hava proqnozu açıqlandı
Bugün, 12:16 CƏMİYYƏT
-
İlham Əliyev yeni səfirlərin etimadnamələrini qəbul edib - FOTOLAR (Yenilənib)
Bugün, 12:14 GÜNDƏM
-
Makron Trampla bağlı sualdan yayındı
Bugün, 12:09 GÜNDƏM
-
Milli Məclisdə dini abidələrlə bağlı dinləmə keçiriləcək
Bugün, 11:44 MƏDƏNİYYƏT
-
Prezident İlham Əliyev Səudiyyə Kralına məktub göndərib - MƏTN
Bugün, 11:26 GÜNDƏM
-
PREZİDENT BU ŞƏXSLƏRİ ƏFV ETDİ - TAM SİYAHI
Bugün, 11:25 GÜNDƏM
-
Bir vəkil kollegiyadan xaric edilib, 2 vəkilə töhmət verilib, daha 2 vəkilin isə...
Bugün, 11:07 CƏMİYYƏT
-
DYP-dən sürücülərə müraciət: "Cənubdan mərkəzə doğru, yəni "Azneft" və "Neftçilər" dairəsinə alternativ kimi..."
Bugün, 11:05 CƏMİYYƏT
-
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar verdi
Bugün, 11:05 İQTİSADİYYAT
-
"Trabzonspor" klubu Almaniya milli komandasının keçmiş futbolçusu ilə anlaşdı
Bugün, 10:49 İDMAN
-
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb - FOTO
Bugün, 10:47 GÜNDƏM
-
Türkiyədə müxalif bələdiyyəyə qarşı növbəti əməliyyat: 9 nəfər saxlanıldı
Bugün, 10:22 DÜNYA
-
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib
Bugün, 10:17 GÜNDƏM
-
PREZİDENT DAHA BİR 3 İLLİK DÖVLƏT PROQRAMINI TƏSDİQLƏDİ: nələr olacaq?
Bugün, 10:12 İQTİSADİYYAT
-
Deputatın baha dərman satan şirkəti cəzalandırıldı - Dövlət Agentliyindən "Azəri Med"lə bağlı sərt qərar
Bugün, 10:05 İQTİSADİYYAT
-
Milli Məclisin pensiya yaşını çoxdan aşan deputatları: onlar kimlərdir? - SİYAHI
Bugün, 10:02 SİYASƏT
-
"Qalatasaray" müğənnidən bir milyon avro tələb etdi - Tarkan geri çəkildi
Bugün, 09:39 ŞOU-BİZNES
-
Azərbaycan nefti bir dollara yaxın bahalaşdı
Bugün, 09:31 İQTİSADİYYAT
-
Ev şəraitində hazırlanan mürəbbələrdən serfitikat tələb olunacaq? - AQTA-dan yayılan məlumatlara reakisya
Bugün, 09:27 İQTİSADİYYAT
-
ABŞ-da dünyanı heyrətləndirən hadisə - FTB agentlərinin şəxsi məlumatları oğurlanıb
Bugün, 09:14 DÜNYA