Prezident İlham Əliyev DP World” şirkətlər qrupunun rəhbərini qəbul edib - Müzakirə + FOTO

img

21-09-2021 [12:53]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də “DP World” şirkətlər qrupunun sədri və icraçı direktoru Sultan Əhməd bin Sulaimi qəbul edib.

Mia.az xəbər verir ki, görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında iqtisadi əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb.

Söhbət zamanı investisiya qoyuluşu, logistika sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.

Eyni zamanda bildirilib ki, Azərbaycanın təşəbbüskarı olduğu yeni nəqliyyat dəhlizlərinin açılması və ölkəmizdə azad ticarət zonasının fəaliyyətə başlaması həm ölkələrimiz arasında, həm də regionda iqtisadi əlaqələrin genişlənməsində mühüm rol oynayacaq.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR