Qazaxıstanda məhkəmə qərarının icrasına etiraz edən şəxs silaha əl atdı: 5 nəfər öldürüldü, ikisi polisdir

img

20-09-2021 [17:39]


Qazaxıstanın Almatı şəhərində baş verən atışma nəticəsində 5 nəfər ölüb.

TASS bildirir ki, bu barədə Almatı Şəhər Polis İdarəsi məlumat yayıb.

Hadisə sentyabrın 20-də baş verib. Ölənlərdən ikisi polis əməkdaşıdır.

Məlumata görə, evdən çıxarılmaya dair məhkəmə qərarının icrası zamanı yerli sakinlərdən biri, 1967-ci ildə anadan olmuş D. adlı şəxs məhkəmə icraçıları, sahə müvəkkili və Fövqəladə Hallar üzrə İdarənin əməkdaşlarına odlu silahdan atəş açıb.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR