“Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü tamam olub
İQTİSADİYYAT
20.09.2021, 09:11
Bu gün “Əsrin müqaviləsi”nin imzalanmasının 27-ci ildönümü tamam olur.
Mia.az xatırladır ki, sentyabrın 20-si Azərbaycanda Xəzərin milli sektorunda yerləşən “Azəri-Çıraq-Dərinsulu Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (“Əsrin müqaviləsi”) ildönümü və neft-qaz sahəsində çalışan işçilərin peşə bayramı - Neftçilər Günü kimi qeyd olunur.
Bu günün peşə bayramı kimi qeyd edilməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə rəsmiləşdirilib.
Neftçilər günündə sənayenin bu sahəsində əldə edilən uğurlar və qarşıda duran əsas məsələlər müzakirə edilir, bu sahədə xüsusi xidmətlər və fədakarlıq göstərən fəhlə və mütəxəssislərə dövlət başçısının fərman və sərəncamları ilə fəxri adlar, orden və medallar verilir.
Məhz həmin günün bu sektorda çalışanların peşə bayramı kimi qeyd edilməsi isə 1994-cü il sentyabrın 20-də Bakıda AÇG-nin birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə altı ölkədən olan 11 xarici neft şirkəti arasında müqavilənin imzalanması ilə bağlıdır. İlkin olaraq 30 il müddətinə imzanlanmış AÇG sazişi 12 dekabr 1994-cu il tarixində Milli Məclis tərəfindən qəbul olunub və 14 dekabr 1994-cu il tarixində qüvvəyə minib. Bu saziş keçmiş Sovet İttifaqının hər hansı bir ölkəsinə Qərb transmilli şirkətləri tərəfindən qoyulmuş ilk böyük investisiya olub və “Əsrin müqaviləsi” kimi tanınır.
Saziş ratifikasiya olunduqdan sonra sazişi SOCAR və Azərbaycan hökuməti ilə əməkdaşlıq edən xarici səhmdarlar adından həyata keçirmək üçün Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradılıb. İlkin olaraq ABƏŞ altı ölkəni, yəni Böyük Britaniya, ABŞ, Rusiya, Norveç, Türkiyə və Səudiyyə Ərəbistanını təmsil edən 11 iri xarici neft şirkətindən (BP, “Amoco”, “Unocal”, “LUKoil”, “Statoil”, “Exxon”, TPAO, “Pennzoil”, “McDermott”, “Ramco” “Delta Nimir”) təşkil olunmuşdu.
1999-cu ilin iyun ayından etibarən, BP ABƏŞ üzrə operatorluq fuksiyasını öz üzərinə götürüb.
Hazırda AÇG üzrə iştirak payları aşağıdakı kimidir: BP (30,37 %), SOCAR (25 %), MOL (16 aprel 2020-ci il tarixindən “Chevron” şirkətini əvəz edib (9,57 %), “Inpex” (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), “Itochu” (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,31 %).
AÇG neft yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 km şərqdə dənizdə yerləşir. AÇG meqastrukturu Xəzər dənizinin altında 2000-3500 m dərinlikdə yerləşən Balaxanı VIII və X, həmçinin yuxarı və aşağı Fasilə lay dəstələrini əhatə edir.
Yatağın işlənməsi bir neçə mərhələdə həyata keçirilib: “Çıraq” yatağından hasilat İlkin Neft Layihəsi (İNL) çərçivəsində 1997-ci ildən başlanıb. Bunun ardınca “Azəri” layihəsi “Mərhələ 1” – “Mərkəzi Azəri”dən hasilat 2005-ci ilin əvvəlində başlanıb. Sonrakı 2-ci faza “Qərbi Azəri” və “Şərqi Azəri” platformalarını əhatə edib. Orada hasilat müvafiq olaraq 2005-ci ilin dekabrında və 2006-ci ilin axırlarında başlanıb. AÇG yatağının işlənməsinin növbəti 3-cü fazası çərçivəsində “Dərinsulu Günəşli” platformasından hasilat 2008-ci ilin aprelində başlanıb. Həmin fazalardan sonra “Qərbi Çıraq” platformasını əhatə edən Çıraq Neft Layihəsi davam edib. Həmin platformadan ilk neft 28 yanvar 2014-cü il tarixində əldə olunub. AÇG yatağının işlənməsi ilə əlaqədar ən sonuncu layihə “Mərkəzi-Şərqi Azəri” layihəsidir. Bu layihəyə 2019-cu ildə sanksiya verilib və o, bir hasilat platformasının tikintisindən ibarətdir. Bu layihə hazırda icra mərhələsindədir və orada ilk neft hasilatı 2023-cü ildə gözlənilir.
AÇG yatağının işlənməsinin uğurunu nəzərə alaraq, Azərbaycan Hökuməti və AÇG tərəfdaşları düzəliş edilmiş və yenidən təsdiq edilmiş sazişi 14 sentyabr 2017-ci il tarixində imzalayaraq AÇG sazişinin müddətini əsrin ortalarına qədər uzadıblar.
Yeni saziş hökumətə və investorlara AÇG-nin Azərbaycan və şirkətlər üçün iqtisadi səmərəliliyini növbəti 30 il ərzində maksimum dərəcədə artırmağa və bu dünya səviyyəli yatağa 40 milyard ABŞ dollardan çox kapital qoymağa imkan verir.
Bu il "Əsrin müqaviləsi"nin imzalanmasının 27-ci ildönümü qeyd edilir. İndiyədək AÇG-yə 43 milyard ABŞ dollardan çox sərmayə qoyulub. Bundan sonra da bir o qədər investisiyanın xərclənməsi nəzərdə tutulur.
AÇG sayəsində Azərbaycan strateji enerji təchizatçısı kimi daha mühüm rol oynamağa başlayıb. Energetika Nazirliyinin məlumatlarına əsasən, “Azəri-Çıraq-Günəşli” yataqları istismara veriləndən bu ilin 1 avqust tarixinədək 537 milyon tondan çox neft, çıxarılıb. Bu ilin 1 avqust tarixinədək “Azəri-Çıraq-Günəşli”dən 184 milyard kubmetrdən çox qaz hasil edilib.
2001-ci ildən etibarən bu ilin sentyabrın 1-nə kimi AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlərin həcmi 152 milyard 893 milyon ABŞ dolları olub. Bu ilin əvvəlindən sentyabrın 1-nə kimi AÇG yatağından 3 milyard 488,5 milyon ABŞ dolları gəlir əldə edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Qulu Ağsəs: az sözə bir dünya sığdıran Şair
Bugün, 21:45 MƏDƏNİYYƏT
-
Keçmiş diktor Sevda Saleh vəfat edib
Bugün, 21:37 PRESS
-
Paşinyan: "Mən bu mükafata eyni dərəcədə layiq olan İlham Əliyevə minnətdaram"
Bugün, 19:21 GÜNDƏM
-
Ərdoğanı yenidən prezident olmağa hazırlaşır - Nazir tədbirdə anons verdi
Bugün, 18:01 SİYASƏT
-
Azərbaycan, Özbəkistan və Türkiyə birgə hərbi təlimə başlayır
Bugün, 17:58 GÜNDƏM
-
İki keçmiş prokuror, iki məhkum... - Kəşfiyyatçının ölüm işinə görə bir yerdə qandallandı
Bugün, 17:38 KRİMİNAL
-
Rəsmi Bakıdan bəyanat: "Azərbaycan məhkəmə sisteminə müdaxilə cəhdləri qəbuledilməzdir"
Bugün, 17:23 SİYASƏT
-
Dövlət Sosial Müdafiə Fondunda yoxlama: nöqsanlar üzə çıxdı, rəhbərlik vəd verdi
Bugün, 17:23 İQTİSADİYYAT
-
“Araz” supermarketlərdə innovativ yenilik: ovuc ilə ödənişlər başladı
Bugün, 17:16 İQTİSADİYYAT
-
RUSİYA XİN BAŞÇISINDAN ŞOK İDDİA: "Qərb bizə qarşı güclü hücuma hazırlıq görürür"
Bugün, 17:05 SİYASƏT
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Avstraliyada çimərlikdə faciə: köpəkbalığı bir nəfəri parçaladı
Bugün, 16:45 DÜNYA
-
Rusiya Yaponiya qarşısına elə tələb qoydu ki...
Bugün, 16:37 DÜNYA
-
Alim Qasımovla Üzeyir Mehdizadə duet oxuyub - VİDEO
Bugün, 16:30 MƏDƏNİYYƏT
-
Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - FOTOLAR
Bugün, 16:16 GÜNDƏM
-
"Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Bugün, 16:05 CƏMİYYƏT
-
Diplomatların Qarabağa səfəri ilə bağlı ermənilərin kampaniyası... - QHT-lər birgə bəyanat yaydı
Bugün, 15:52 SİYASƏT
-
"TikTok"un qurucusu Asiyanın ən varlı insanı oldu
Bugün, 15:31 PRESS
-
Deputat: "Qiymət artırılırsa, keyfiyyət də artırılmalıdır, əgər bu qədər pul ödəyirəmsə, niyə mənim telefonum donmalıdır?"
Bugün, 15:12 CƏMİYYƏT
-
İngiltərə yığmasının heyəti açıqlandı - Kimlər çağırıldı?
Bugün, 14:58 İDMAN
-
"Fənərbaxça"nın qapıçısı yğıma komanda ilə vidalaşdı
Bugün, 14:44 İDMAN
-
Bakı Mühəndislik Universiteti iki şirkətlə sövdələşib - 775 minlik hansl işlər görüləcək?
Bugün, 14:42 İQTİSADİYYAT
-
Bloger narkotikdən test verəcək
Bugün, 14:06 PRESS
-
Azərbaycan Kuboku: püşk atıldı
Bugün, 14:02 İDMAN
-
Pakistanda məscid yaxınlığında arda iki terror aktı - Ən azı 15 ölü, 50-dən çox yaralı var
Bugün, 13:56 DÜNYA
-
İran Hörmüz boğazında neft tankerini vurub: "Bizim icazə olmadan..."
Bugün, 13:49 GÜNDƏM
-
Nəcməddin Sadıkova 21 minlik armudu stəkan alan - Polkovnikin məhkəməsi başladı
Bugün, 13:16 KRİMİNAL
-
"Kurtlar Vadisi"nin savcısı "Leyla" ilərə meydan oxuyur - FOTOLAR
Bugün, 12:54 ŞOU-BİZNES
-
Göy üzü ikiyə bölünəcək: 5 bürc problemlə üzləşəcək
Bugün, 12:54 CƏMİYYƏT
-
Sabah yağış yağacaq
Bugün, 12:44 CƏMİYYƏT
-
“Bank Respublika”nın satın aldığı bankın problemli kreditləri çox imiş - Elman Rüstəmovun bundan xəbəri var?
Bugün, 12:30 İQTİSADİYYAT
-
Azərbaycanda toylarla bağlı qayda dəyişəcək? - 120 nəfər qonaq, 2 saat müddət...
Bugün, 12:19 MƏDƏNİYYƏT
-
DİM sədri: "Heç bir alqoritm qəbul edilmiş qərarın ədalətliliyinə görə insanın əvəzinə məsuliyyət daşıya bilməz"
Bugün, 12:04 GÜNDƏM
-
İcra başçıları həbs edilən həmkarlarından dərs alırmı? - "Prezidentin xəbərdarlığını qulaqlarından sırğa kimi asmalı və..."
Bugün, 12:04 SİYASƏT