12-02-2014 [14:04]
Kulis.Az-ın yazıçı, şair, tənqidçi və ədəbiyyatşünaslardan ibarət 78 şəxs arasında keçirdiyi sorğu yekunlaşıb.
Sorğuda iştirak edənlərdən "Azərbaycan ədəbiyyatının ən yaxşı üç romanı”nı seçmək xahiş edilmişdi.
60-ci illər nəslini təmsil edən Xalq Yazıçılarımızdan başlayaraq müasir dövrün yazıçılarına son bir neçə ədəbi nəslin rəyi alınmışdır. Siyahıda tənqidçi və ədəbiyyatşünasların geniş şəkildə təmsil edilməsinə də xüsusi fikir verilmişdir. Bəzi şəxslər sorğuda iştirakdan könüllü şəkildə imtina etmiş, bəziləri ilə əlaqə saxlamaq mümkün olmamışdır.
Rəyi soruşulan 78 nəfər 228 səs vermişlər. İştirakçıların bəziləri üç əvəzinə bir, yaxud iki əsərin adını qeyd etməklə kifayətləniblər. Bəzi yazıçılar isə 4 və ya 5 əsərin adını çəkiblər. Ümumilikdə, 70 əsərin adı çəkilib. Sorğuya verilmiş cavablarıburdanoxuya bilərsiniz.
Bəzi şəxslər ədəbiyyatşünaslığın povest kimi qiymətləndirdiyi əsərləri şəxsi mülahizələrinə görə roman hesab etdiklərini deyiblər. Misal üçün, "Danabaş kəndinin əhvalatları”, "Qanköçürmə stansiyası”, "Dəyirman”, "Ağ liman”, "Dantenin yubileyi” və s. Ümumən, povest kimi qəbul edilən əsərlər ayrıca qeyd edilmişdir. Bu kontekstdə iki pyes də roman kimi qəbul edilərək iştirakçıların xahişi ilə qeyd edilmişdi.
Sorğunun nəticələrinə görə Azərbaycan ədəbiyyatının üç ən yaxşı romanı müəyyənləşdirilib.
Birinci yeri Yusif Səmədoğlunun 1984-cü ildə çap edilmiş "Qətl günü” romanı tutub: 40 səs.
Qurban Səid imzası ilə çap edilən "Əli və Nino” romanı isə ikinci olub: 25 səs.
Üçüncü yerdə İsmayıl Şıxlı "Dəli Kür” romanı ilə qərarlaşıb: 16 səs.
Nəticələrə əsasən növbəti yerlər isə bu cür formalaşıb:
4. İsa Hüseynov "İdeal" - 12
5. İsa Hüseynov "Məhşər" - 10
6. Kamal Abdulla "Yarımçıq əlyazma" - 9
7. Cəlil Məmmədquluzadə "Danabaş kəndinin əhvalatları" - 7
8. İsa Hüseynov "Yanar ürək" - 5
9. Sabir Əhmədli "Dünyanın arşını" - 5
10. Anar "Beşmərtəbəli binanın altıncı mərtəbəsi" - 5
11. Yusif Vəzir Çəmənzəminli "Qızlar bulağı" - 5
12. Yusif Vəzir Çəmənzəminli "Qaç içində" - 5
13. Elçin "Mahmud və Məryəm" - 4
14. Məmməd Səid Ordubadi "Dumanlı Təbriz" - 3
15. Məmməd Səid Ordubadi "Qılınc və qələm" - 3
16. Sabir Əhmədli "Qanköçürmə stansiyası" - 3
17. Elçin "Ölüm hökmü" - 3
18. Yusif Vəzir Çəmənzəminli "Studentlər" - 2
19. Mirzə İbrahimov "Gələcək gün" - 2
20. Fərman Kərimzadə "Qarlı aşırım" - 2
21. Ənvər Məmmədxanlı "Babək" - 2
22. İlyas Əfəndiyev "Geriyə baxma, qoca" - 2
23. İsa Hüseynov "Teleqram" - 2
24. Çingiz Hüseynov "Fətəli fəthi" - 2
25. Əkrəm Əylisli "Mənim nəğməkar bibim" - 2
26. Mövlud Süleymanlı "Köç" - 2
27. Seyran Səxavət "Nekroloq" - 3
28. Afaq Məsud "Azadlıq" - 2
29. Səfər Alışarlı "Maestro" - 2
30. Seymur Baycan "18,6 sm" - 2
31. Şərif Ağayar "Haramı" - 2
32. Mirzə Fətəli Axundov "Aldanmış kəvakib" - 1
33. Hacı Zeynalabidin Marağayi "İbrahim bəyin səyahətnaməsi" - 1
34. Yusif Vəzir Çəmənzəminli "Həzrəti Şəhriyar" - 1
35. Məmməd Səid Ordubadi "Qanlı illər" - 1
36. Cəlil Məmmədquluzadə "Ölülər" - 1
37. Süleyman Rəhimov "Saçlı"- 1
38. Əli Vəliyev "Budağın xatirələri" -1
39. Fərman Kərimzadə "Xudafərin körpüsü" - 1
40. Mir Cəlal "Bir gəncin manifesti" - 1
41. Həsən Seyidbəyli "Cəbhədən cəbhəyə" - 1
42. İsi Məlikzadə "Qırmızı yağış" - 1
43. Salam Qədirzadə "46 bənövşə" - 1
44. Sabir Əhmədli "Yamacda nişanə" - 1
45. Sabir Əhmədli "Yasaq edilmiş oyun" - 1
46. Sabir Əhmədli "Yasamal gölündə qayıqlar üzürdü" - 1
47. Sabir Əhmədli "Axirət sevdası" - 1
48. İsa Hüseynov "Saz" - 1
49. İsa Hüseynov "Doğma və yad adamlar" - 1
50. Anar "Macal" - 1
51. Anar "Ağ liman" - 1
52. Anar "Ağ qoç, qara qoç" - 1
53. Anar "Dantenin yubliyeli" - 1
54. Əkrəm Əylisli "Ətirşah Masan" - 1
55. Kamal Abdulla "Sehrbazlar dərəsi" - 1
56. Kamal Abdulla "Unutmağa kimsə yox" - 1
57. Mövlud Süleymanlı "Dəyirman" - 1
58. Natiq Rəsulzadə "Xunxarlar" - 1
59. İlqar Fəhmi "Bakı tarixindən kollaj" - 1
60. Həmid Hersiçi "Nekroloq" - 1
61. Nəriman Əbdülrəhmanlı "Yolçu" - 1
62. Mübariz Cəfərli "Bərpaçı" - 1
63. Seymur Baycan "Quqark" - 1
64. Aleksandr Zöhrabbəyov "Şirvanşahlar" - 1
65. Zahid Sarıtorpaq "Əlifba bayramı" - 1
66. Qan Turalı "Mustafa" - 1
67. Mirmehdi Ağaoğlu "Küləyi dişləyən" - 1
68. Mahir Qarayev "Nobel mükafatı" - 1
69. Aydın Talıbzadə "Kəpənək modeli 102" - 1
70. Aqşin Yenisey "Göləqarğısancan" - 1
İsrail Livanı yenə vurdu: 20 nəfər həlak olub
Sadettin Saran: "Hər sahədə zirvəyə can atırıq"
Tramp İranla savaşı "soyutmağa" çalışır? - "Orada demək olar ki, hər şeyi məhv etdik"
İran futbol üzrə 2026-cı il dünya çempionatında iştirak etməyəcək
Murat Kılıç: "Türkiyə Kuboku bizim üçün çox vacibdir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
PREZİDENT Aİ ŞURASI PREZİDENTİNİ QƏBUL ETDİ, BİRGƏ BƏYANAT VERİLDİ - FOTOLAR (Yenilənib)
Könül Həmzəyeva tutulub
YENİ KOMİSSİYA YARADILDI - Azər Əliyev sədr, onlar üzvləri seçildi
Bakıda "özbək həkim” saxlanıldı
Türkiyə Quru Qoşunları komandanı Naxçıvana gəlib
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
Daha bir tiktoker həbs edildi
"İRANA HÜCUM NƏ QƏDƏR LAZIMDIRSA, O QƏDƏR DAVAM EDƏCƏK" - İsrail müdafiə naziri rejimin devrilməsini vacib sayır
“Qızlara ağ yaraşır” layihəsinin iştirakçıları “Azercell”in qonağı oldular - FOTOLAR
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Bələdiyyələrlə bağlı daha bir qərar verildi
SEPAH ABŞ bazalarına yeni nəsil 2 tonluq raketlərlə zərbələr endirib
Avropa İttifaqı İranın Naxçıvana hücumunu pisləyib
"AAYDA SƏDRİNİN MÜAVİNLƏRİ VƏZİFƏDƏN ÇIXARILMAYIB" - Rəsmi açıqlama yayıldı (YENİLƏNİB)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
QHT işi: daha bir nəfərə hökm oxunub
Politoloq Azər Qasımlıya ağır cəza verildi
"Birləşmiş Sukanal" MMC ləğv olunub
Prezident İlham Əliyev Fərman imzalayıb
Türkiyə Kuboku: 1/4 final mərhələsinin püşkü atıldı
Rüfət Nasosnunun verilişi bağlandı
İran Bəhreynə yeni zərbələr endirib
Avropa İttifaqı Şurasının prezidenti Azərbaycana səfərə gəlib
AFFA bir neçə klubu cəzalandırıb
“Qarabağ”ın məşqçiləri cəzalandırıldı
İrandan daha 23 nəfər Azərbaycana təxliyə olunub
İraq İranı hədələdi: "Hücumlara seyrçi qalmayacağıq, əgər...."
PUTİN İLHAM ƏLİYEVƏ ZƏNG ETDİ - Nələr müzakirə olunub?
Aeroport yolunda maşın iki piyadanı belə vurdu - VİDEO
Hərbçilərin maaşı ilə bağlı qərar verildi - Dəyişiklik
IDEA könüllüləri Zaqatalada kütləvi ağacəkmə aksiyası keçirib
Fransa XİN: "Biz bu müharibədə rol almadıq, iştirak da etməyəcəyik"
Xocavənd şəhərində əmək yarmarkası keçiriləcək
NYT: "İran ABŞ-ın 17 bazasına zərər verib"
Sabahın hava proqnozu açıqlandı
"Şamaxı" əcnəbi futbolçu ilə anlaşıb