Zakir Həsənov Aİ-nin xüsusi nümayəndəsi ilə görüşüb - Sərhəddəki vəziyyətlə bağlı müzakirə aparılıb
SİYASƏT
16.09.2021, 19:08
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin komandanlığı altında Azərbaycan Ordusunun şanlı qələbəsi ilə başa çatan Vətən müharibəsindən sonra azad edilən ərazilərdə Ordumuz tərəfindən görülən işlər barədə məlumat verib.
Sonra Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki vəziyyət barədə danışan nazir Azərbaycan Ordusunun üçtərəfli bəyanatın tələblərinə tam əməl etdiyini bildirib. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində qanunsuz erməni silahlı dəstələri tərəfindən törədilən təxribatların qarşısının alındığı və bundan sonra da baş verə biləcək bu kimi hallara qarşı müvafiq tədbirlərin görüləcəyi xüsusi vurğulanıb.
Ermənistan tərəfinin vəziyyəti gərginləşdirməyə cəhd etməsinin qəbuledilməz olduğunu qeyd edən nazir beynəlxalq ictimaiyyət tərəfindən bu məsələyə layiqli qiymət verilməsinin və müvafiq addımlar atılmasının vacibliyini bildirib.
T.Klaar bölgədə sülhün təmin olunması istiqamətində Avropa İttifaqının müvafiq dəstəyi göstərməyə hazır olduğunu qeyd edib.
Görüşdə həmçinin postmüharibə şəraiti və bir sıra digər məsələlər müzakirə edilib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Si Cinpin Ağ Evdə Trampın gözünün içinə baxa-baxa dedi: "Çin və ABŞ döyüşərsə, itki çox böyük olar"
Bugün, 19:48 GÜNDƏM
-
Dörd bürcə yeni şanslar açılacaq
Bugün, 19:15 MƏDƏNİYYƏT
-
Azərbaycan ordusu təlimdə - VİDEOLAR (Yenilənib)
Bugün, 18:53 GÜNDƏM
-
Xankəndi Mədəniyyət Mərkəzində konsert proqramı təqdim olunub
Bugün, 18:42 MƏDƏNİYYƏT
-
Bank kartları ilə bağlı daha bir qadağa var
Bugün, 18:02 İQTİSADİYYAT
-
Sahib Məmmədovun müavini vəzifədən ayrıldı - AHİK-də kompromat savaşı, yoxsa...
Bugün, 17:47 GÜNDƏM
-
DİN "Formula 1"lə əlaqədar gücləndirilmiş iş rejiminə keçib
Bugün, 17:20 CƏMİYYƏT
-
Müsavat məclisinin sədri oğlu ilə gəlininin saxlanılmasından danışdı: "Mənə və yaxınlarıma qarşı təzyiq və..."
Bugün, 17:09 GÜNDƏM
-
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bugün, 17:00 İQTİSADİYYAT
-
Vilayət Eyvazov xarici ölkələrə ezam olunan kursantlarla görüşdü - FOTOLAR
Bugün, 16:57 CƏMİYYƏT
-
Prezident İlham Əliyev təhsil müəssisələri barədə fərman imzaladı - DETALLAR
Bugün, 16:34 GÜNDƏM
-
Mədəniyyət naziri Naxçıvanda vətəndaş qəbulu keçirib - FOTO
Bugün, 16:34 MƏDƏNİYYƏT
-
“Bakcell”də hədiyyə mövsümü başladı
Bugün, 16:27 İQTİSADİYYAT
-
İCRA BAŞÇISI VƏZİFƏDƏN ÇIXARILDI - Sərəncam
Bugün, 16:10 GÜNDƏM
-
Sabah Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Bugün, 16:05 CƏMİYYƏT
-
Mərkəzi Bankın ehtiyatları azaldı, qızıl ehtiyatı isə... - Bir həftədə 4.3 milyard dollar
Bugün, 16:03 İQTİSADİYYAT
-
“Trendyol” sifarişləri gecikir
Bugün, 16:00 İQTİSADİYYAT
-
Böyük Qayıdışa dair II Dövlət Proqramının layihəsi Prezidentə təqdim olunub
Bugün, 15:20 GÜNDƏM
-
Dövlət Qulluğu Məcəlləsi dəyişir
Bugün, 15:20 GÜNDƏM
-
Arif Hacılının oğlu və gəlini həbs edildi – Saxta sənəd qalmaqalı
Bugün, 15:07 SİYASƏT
-
Ukraynanın işğal olunmuş bölgəsində aclıq hökm sürür - İNSANLAR OT YEYİR, BƏZƏN ÖLÜLƏR GÜNLƏRLƏ DƏFN OLUNMUR!
Bugün, 14:47 GÜNDƏM
-
Zakir Həsənov: "Xəbər məni dərindən kədərləndirdi"
Bugün, 14:29 GÜNDƏM
-
Ərdoğanla Zelenski Nyu-Yorkda bir araya gəldi: "Türkiyədə zirvə görüşü keçirməyə hazırıq"
Bugün, 14:14 DÜNYA
-
Mal əti niyə bahalaşır? - AÇIQLAMA + VİDEO
Bugün, 14:08 İQTİSADİYYAT
-
Pezeşkianın BMT-də çıxışı... - Azərbaycan nümayəndə heyəti zalı tərk edib?
Bugün, 13:59 SİYASƏT
-
Pünhan Priyevin toyunda 2 minə yaxın qonaq iştirak edib
Bugün, 13:46 ŞOU-BİZNES
-
Rusiya Ukraynada PUA bazaları ilə Logistika Mərkəzlərinə zərbə endirib
Bugün, 13:29 GÜNDƏM
-
Naxçıvan Müəllimlər İnstutunun NDU-ya birləşdirilməsi ilə bağlı komissiya yaradıldı
Bugün, 13:20 CƏMİYYƏT
-
Xəzərdə hərbi təlim: Qazaxıstanın 19 hərbçisini axın aparıb, onlardan 9-u həlak olub
Bugün, 13:13 DÜNYA
-
"Qala Sığorta”nın qazancı azaldı - 16.8 milyon manat
Bugün, 12:54 İQTİSADİYYAT
-
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
Bugün, 12:45 GÜNDƏM
-
Qırıcı təyyarə Trampı narahat elədi - Çin liderinin qarşılanma mərasimində maraqlı an + FOTO
Bugün, 12:34 GÜNDƏM
-
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib
Bugün, 12:33 İDMAN
-
Sabah hava necə olacaq? - Proqnoz
Bugün, 12:27 CƏMİYYƏT