ANS-in bürosu bağlandı

img

12-02-2014 [12:11]


ANS TV-nin Cəlilabad bürosu da bağlanıb. Bu barədə məlumatı ANS-in Cəlilabad bürosunun müxbiri Rəhman Məlik verib. 

"Nəhayət deyilənlər tədricən reallaşdı. Uzun zamandır gözlədiyimiz xəbər ANS-dən bu gün gəldi. Göyçay bürosunun ardından Cəlilabad bürosu da bağlandı. Şirkətin göstərişi ilə mən və operatorum İlqar Mustafayev işdən xaric edildik. Mən buna heç də təəssüflənmirəm. Üç ilə yaxındır işlədiyim bu kanalda müxbir kimi formalaşmağıma görə yalnız və yalnız ANS TV-nin Vaşinqton Bürosunun rəhbəri Sevinc Osmanqızına minnətdaram” - deyə R.Məlik bildirib(Azadinform) 

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA