Ərdoğan Zakir Həsənovu qəbul edib - FOTO

img

14-09-2021 [23:05]


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev də iştirak edib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov, Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akarın dəvətilə qardaş ölkədə səfərdədir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
13:26 05.07.2025

Sabah yağış yağacaq