Canlı efirdə şok: "Sənə rəqqasə paltarı geyindirəcəm" - VİDEO

img

12-02-2014 [10:17]


Türkiyənin özəl telekanallarından birində futbolun müzakirə olunduğu "Sərbəst Vuruş” proqramında böyük gərginlik yaşanıb.

Belə ki, proqramın qonağı olan futbol şərhçisi Adnan Aybaba ilə "Taraf” qəzetinin Türkiyədə qalmaqallar yaratmış köşə yazarı Mehmet Baransu arasında söz dueli baş verib. 

Proqramın aparıcısı fasilə elan etsə də gərginlik azalmayıb və daha sonra tərəflər canlı yayımda birbirini təhqir etməyə başlayıb. 

Aybaba proqrama gətirdiyi çantanı göstərərək orda Baransunu çıxılmaz vəziyyətə salacaq kasetlər və sənədlər olduğunu deyib.

Baransunun bu hadisəyə reaksiyası çox kəskin olub: "Açıqla! Açıqlamasan namərdsən, alçaqsan, şərəfsizsən. Sənə rəqqasə paltarı geyindirəcəyəm”.

Aybaba isə Mehmet Baransuya zabit paltarı geyindirəcəyini deyib. Bundan sonra tərəflər birbirlərini məhkəməyə verməklə hədələyiblər.

 Proqrama xəbər kadrları ilə davam edilməsini istəyən aparıcı tamaşaçılardan üzr istəməli olub(anspress.com).

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:25 06.08.2025

Xorxe Kosta vəfat edib