Masallı rayon İcra Hakimiyyəti Başçısının adamı həbs olundu

img

10-02-2014 [15:05]


Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

Prokurorluğun mətbuat xidmətindən MİA-ya daxil olan xəbərə görə, aparılan istintaqla Masallı rayon İcra Hakimiyyəti Başçısının Qarğalıq ərazi dairəsi üzrə nümayəndəsi Subhan Zalıyevin rayonun Kürdəbaz bələdiyyəsinin mülkiyyətində olan 1,49 hektar torpaq sahəsini Qarğalıq kənd sakini Ağasənəm Nuriyevaya icarəyə vermək məqsədi ilə xidməti səlahiyyətlərinin hüdudlarından açıq-aşkar surətdə kənara çıxan hərəkətlər edərək icarə müvaqiləsi tərtib edib icra nümayəndəliyinin möhürü ilə təsdiq etməklə sonuncuya təqdim etməsində şübhələr üçün əsaslar olduğundan o, iş üzrə Cinayət Məcəlləsinin 309.1-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Masallı rayon məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:43 03.04.2026

Qurban Qurbanov küsüb?

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA