Şairə-jurnalist ATV-dəki işindən çıxdı

img

10-02-2014 [12:30]


Şairə-jurnalist Sevinc Çılğın Azad Azərbaycandan (ATV) ayrılıb. Bu barədə onun özü bildirib.

"Çox önəmli qərar verdim. ATV-dən ayrıldım. Çox yaxın zamanlarda müdir havaları ilə qarşınızda olacam”.
ATV-də dizayn və anons şöbəsində redaktor işləyən Sevinc Çılğın Modern.az-a açıqlamasında telekanaldan ayrılmasını yeni iş qurması ilə əlaqələndirib.
"Yeni layihə ilə bağlı hələki açıqlama vermək istəmirəm. Çünki əvvəlcədən danışmaq mənə düşmür. İnşallah yaxın zamanlarda yeni layihə ilə qarşınızda olacam. ATV mənə doğma idi, yaxşı kollektivimiz var idi. Amma bəlli bir yaşdan sonar insan öz işini qurmalıdır. Mən orada yaradıcı qabiliyyətimdən istifadə etmirdim. Sadəcə yazmaq bacarığımı istifadə edirdim. İndi yaradıcılıq istəyirəm. Çünki yaradıcılıqla məşğul olmaq üçün darıxmışam. İnanıram ki, xoşunuza gələcək”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA