AzTV-nin rejissorunun ölümü... - TƏBİB-dən iddialara reaksiya

img

01-09-2021 [16:38]


Avqustun 23-də koronavirusdan dünyasını dəyişdiyi deyilən AzTV-nin rejissoru Arzu Məmmədovanın yaxınları ölüm səbəbi kimi mətbuatda fərqli iddia ilə çıxış ediblər.

Yaxınlarının iddiasına görə, rejissor vaksin vurdurduqdan sonra vəfat edib.

TƏBİB-dən isə bildirilib ki, Arzu Məmmədova 3 avqust 2021-ci il tarixində ilk doza vaksin üçün müraciət edib və peyvənd olunub:

“Daha sonra 23 avqust tarixində A.Məmmədovanın PCR testi müsbət nəticə olaraq qeydə alınıb. Heç bir ekspertiza rəyi olmadan vaksin olunduqdan 20 gün sonra baş verən ağırlaşmanı peyvəndlə əlaqələndirmək doğru deyil”/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR