Jurnalistlərin binasında ilk toy (FOTO)

img

09-02-2014 [12:17]


Fevralın 8-də jurnalistlərin Bakının Bibiheybət qəsəbəsindəki 16 mərtəbəli yeni evində ilk "Vağzalı” sədaları səslənib. Modern.az-ın məlumatına görə, tanınmış jurnalist, regional "Türkel” TV-nin baş direktoru Nadir Şəfiyev oğlu Allahverdi Şəfiyevi evləndirib.

"Pluton” şadlıq sarayında keçirilən toy mərasimindən sonra yeni evlənən gənclər Şəfiyevlərin jurnalistlərin evindəki üçotaqlı mənzilinə yerləşiblər.

Qeyd edək ki, yeni ailə quran Allahverdi Şəfiyev də atası kimi uzun müddətdir jurnalistika sahəsində çalışır. Əvəllər AzTV və İTV-də çalışmış A.Şəfiyev hazırda "Lider” TV-nin teleoperatorudur.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA