MİQRASİYADAN TƏBİB-ə QƏDƏR UZANAN PROBLEM: ölkəmizdə müvəqqəti yaşayan gürcüstanlılar niyə peyvənd olunmur? - RƏYLƏR
27-08-2021 [15:23]
Sentyabrın 1-dən pandemiya ilə bağlı Azərbaycanda tətbiq ediləcək yeni qadağalara görə poliklinikalar qarşısında vaksin vurdurmaq istəyənlərin axını müşahidə olunur. Lakin ölkə ərazisində yaşayan əcnəbilər vaksinasiya prosesindən kənarda saxlanılır.
Belə ki, tələb olunan qaydaya əsasən Azərbaycanda yalnız müvəqqəti və ya daimi yaşama icazəsi olan şəxslər vaksin vurdura bilərlər.
Digər miqrantlar üçün isə belə bir qayda nəzərdə tutulmayıb. Bununla bağlı narazılıqlarını ifadə edən əcnəbilər bildirirlər ki, onlar hansı tibb məntəqəsinə yaxınlaşsalar da, peyvənd vurdura bilmirlər. Bu baxımdan özlərini təhlükədə hiss edirlər və növbəti mərhələdə tətbiq olunacaq qadağaları (restoran, mehmanxana, ictimai iaşə obyektlərinə və digər yerlərə yalnız COVID-19 pasportu əsasında giriş-çıxış) necə dəf edəcəklərini düşünürlər.
Sözügedən problem yoluxmanın sürətlə artdığı bu günlərdə həm əcnəbilərin özü, həm də ətrafdakı insanlar üçün ciddi təhlükə mənbəyidir.
Bəs sərhədlər bağlı olduğu üçün ölkədə qalan digər əcnəbilər nə etməlidirlər? Nə üçün bütün miqrantların vaksinasiya olunmasına icazə verilmir?
Mia.az-ın məlumatına görə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Bakıpost.az-a bildirilıb ki, yalnız Azərbaycanda yaşamaq üçün 5 illik və ya işləmək üçün 1 illik icazəsi olan şəxslər vaksinasiyadan keçə bilərlər: “Bu qaydalar Nazirlər Kabineti tərəfindən qəbul edilir. Onlarla dəqiqləşdirmək lazımdır”.
İcbari Tibbi Sığorta Agentliyi məsələnin onlarla əlaqəli olmadığını qeyd edib:
“İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “COVID-19 vaksin randevu” adlı elektron xidmətin istifadəsi ilə bağlı olan məsələlərə cavabdehdir. Bakı şəhəri üzrə vaksinasiya prosesini Səhiyyə Nazirliyi, digər şəhər və rayonlarda isə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi həyata keçirir”.
Səhiyyə Nazirliyinin məlumatında isə qeyd edilir ki, bu gün ölkəmizdə rəsmi qeydiyyatda olan əcnəbilər Azərbaycanda “COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”nda nəzərdə tutulan kateqoriyaya aid olduqları halda onların peyvənd olunmasında heç bir problem yoxdur:
"Azərbaycanda iş icazəsi əsasında, eləcə də müvəqqəti və daimi yaşama əsasında icazəsi olanlar ərazi üzrə qeydiyyatda olduqları poliklinikalara müraciət edərək vaksin edilə bilərlər. Bunun üçün xarici ölkə vətəndaşı kimliyini təsdiq edən və Azərbaycanda müvəqqəti yaşama icazəsi olduğu sənədi poliklinikaya təqdim etməklə COVID-19 əleyhinə peyvənd edilə bilərlər".
Göründüyü kimi, açıqlamaların heç birində icazəsiz yaşayan əcnəbilərin vaksinasiyası ilə bağlı məlumat yoxdur.
Məsələ ilə bağlı Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın sədri Azər Allahverənov sayta deyib ki, hazırda bu istiqamətdə müzakirələrin aparıldığını deyib:
“Onsuz da dövlətlər peyvədlərin azlığından əziyyət çəkirlər və öz vətəndaşlarına çatdıra bilmirlər. Yalnız bir sıra inkişaf etmiş dövlətlərin vaksin sayları ilə bağlı problemləri yoxdur. Amma böyük əksəriyyətində yerli əhaliyə peyvənd çatmadığına görə bu kimi hallar yaşanılır. Bu prinsipdən irəli gələrək daha çox üstünlük yerli əhaliyə, ölkə ərazisində qalan müvəqqəti və ya daimi yaşama icazəsi olan əcnəbilərə verilir. Bu artıq dünyada qəbul olunmuş bir qaydadır”.
A. Allahverənov vurğulayıb ki, problemin həlli ilə bağlı beynəlxalq praktikada 2 yol var:
“Birincisi, həmin ölkənin səfirliyi vasitəsi ilə peyvəndlənmə həyata keçirilə bilər. Yəni konkret olaraq, söhbət Gürcüstan vətəndaşlarından gedirsə, səfirlik həmin şəxslərin peyvəndlənmə işini həyata keçirə, prosesə başlaya bilər. Təbii ki, öz dövləti bu kimi məsələlərdə səfirliyə dəstək göstərməlidir.
İkincisi, daha geniş şəkildə başqa ölkələrdə tətbiq olunur. Məsələn, diaspor təşkilatları vasitəsi ilə peyvəndlənmə həyata keçirilə bilər. Bu isə nisbətən imkanı geniş olan diaspor təşkilatları vasitəsi ilə baş verən prosesdir. Nəzərə alsaq ki, bu gün Gürcüstanın diaspor təşkilatları yoxdur, ən yaxşı halda səfirlik vasitəsi ilə onlara dəstək oluna bilər.
DMX-ə gəldikdə isə, Miqrasiya xidməti yalnız müvəqqəti və daimi yaşama icazəsi olan şəxslərin peyvəndlənməsi ilə bağlı zəruri tədbirlər həyata keçirir. Təəssüflər olsun ki, digər qisimdə olan insanların peyvəndlənməsində DMX müvafiq dəstək göstərə bilmir. Amma bununla belə, aidiyyəti üzrə müəyyən danışıqlar aparılır. Biz də ictimai şura olaraq aidiyyəti strukturlar qarşısında bu məsələni qaldırmışıq. Təəssüflər olsun ki, ölkədə yaranan peyvənd azlığı və s. məsələlər tək Azərbaycanda deyil, digər ölkələrdə də bu kimi problemlərin həll olunmamasına səbəb olur.
Məsələn, bu yaxınlarda Türkiyədə olarkən çalışdım ki, orada vaksin olunam. Amma alınmadı. Çünki oturum iznim yox idi. Təbii ki, belə bir vəziyyətdə müvafiq qurumları günahlandırmaq olmaz.
Azərbaycanda vaksin müxtəlif ölkələrdən mərhələli şəkildə gətirilir. Hələlik onun sayı imkan vermir ki, sərhədlərin bağlanması nəticəsində ölkə ərazisində ilişib qalan onminlərlə miqrant da müvafiq qayda da peyvəndlənsin. Amma ümumi olaraq, məsələ tam nəzarətdədir. Beynəlxalq təşkilatlarla danışıqlar aparılır, müzakirələr edilir. Mən özüm də bu məsələni dəfələrlə çıxışlarımda bildirmişəm. Çalışmışam ki bu məsələyə diqqət çəkim. Amma hələlik həmin şəxslərlə bağlı müsbət qərar verilməyib”.
Millət vəkili Fazil Mustafa isə qeyd edib ki, bununla bağlı ciddi işlər görülməlidir:
“Bu məsələni aidiyyəti qurumlar qarşısında dəfələrlə qaldırmışam. Elələri var, yol bağlanıb, geri qayıda bilmirlər. Bunların siyahısı çıxarılıb, tibb məntəqəsində vaksinasiyası olunmasını təmin etmək lazımdır. Birinci növbədə statistika baxımından problem həll edilməlidir. Yəni, dəqiq müəyyən olunsun ki, kimlər qeydiyyatdan keçə bilər. Bununla bağlı insanlara geniş, əlçatan formada informasiya verilməlidir. Çünki çox adam bundan xəbərsizdir. İnsanlar müraciət etdikdə isə onları get-gələ salırlar.
Bu məsələdə əsas əziyyət çəkənlər Gürcüstandan olan soydaşlarımızdır. Azərbaycan əsilli qardaşlarımızın, soydaşlarımızın problemini Azərbaycan dövləti həll etməyə çalışmalıdır. Bu həm də bizim borcumuzdur. Onlara sırf əcnəbi statusu ilə yanaşmağımız doğru deyil, kömək etməliyik.
Bəziləri ümumiyyətlə, Gürcüstan vətəndaşı olsalar da, faktiki olaraq Azərbaycanda yaşayırlar və Azərbaycan vətəndaşı kimi fəaliyyət göstərirlər. Onlar nə etsinlər? Artıq illərdir, evləri-eşikləri buradadır, onlara vaksin vurulmur ki, bəs portalda adınız çıxmır. Müvəqqəti yaşamaq hüququ barədə sənəd tələb edirlər. Çoxunda da bu sənəd yoxdur. Faktiki Azərbaycanda yaşayan Gürcüstan vətəndaşı olan soydaşlarımıza vaksin vurulmalıdır. Onlar bizim qanımızdan, canımızdan deyilmi? Bəlkə, onları xəstəxanaya müalicəyə də götürməyək? Bu nə duyarsızlıqdır? Düşünürəm ki, çox ciddi bir məsələdir. Müvafiq qurumlar dərhal reaksiya verməli, tədbir görməlidirlər”.
Axios: "ABŞ və Rusiya START Nüvə Müqaviləsini yeniləyib
Mühasiblər “Bahalı səhvlər”i müzakirə edəcək - Vergi və Mühasibatlıq Zirvəsinə 600-dən yuxarı mütəxəssis qatılacaq
“Kəpəz”in futbolçularına nə qədər mukafat verib? - “Qarabağ”a vurulan qola görə xüsusi jest...
Türkiyədə keçmiş bələdiyyə sədri baltalandı
Almaniyada "Amazon" cəzalandırıldı - 59 milyon avroluq cərimə ilə
"Qurtuluş"un rəhbəri azadlığa buraxılmadı
Ədəbiyyat və tarix fənnlərini birləşdirmək cəhdi yanlışlıqdır - VAHİD TAĞIYEV YAZIR
Vəzifədən çıxarılan adam təkrar geri götürülüb və... - Nazirlikdən qanunsuzluq barədə açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktyor Ufuk Özkan 8 saatlıq əməliyyatdan sonra ayıldı: "Bu qədər sevənimin olduğunu bilmirdim" (FOTO)
"Qarabağ" "Şamaxı"ya uduzub
Prezident İlham Əliyev Ərdoğana məktub göndərib - MƏTN
Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan... - ONLARA BAKIDA ÖMÜRLÜK HƏBS CƏZASI VERİLDİ (YENİLƏNİB)
Mərkəzi Bankın valyuta ehtiyatı 2.5 milyard artdı - Bir həftə içində rekord yeniləndi
Yunanıstan Baş naziri Türkiyəyə gedir - Bu tarixdə
"Oğlum dedi ki, ata, məni öz darvazalarının qabağına apardı, vurub qaçdı aralığa" - Bıçaqlanan 7 yaşlı uşağın atası danışdı
Deputat: "Camaat neyləməlidir, donmalıdır?" - VİDEO
Qadın Liderlər Zirvəsində kimlər toplaşacaq? - “Bizim təşkil etdiyimiz Zirvədə səhnəyə çıxan hər kəsin hekayəsində bir “insanlıq” var”
AYNA-nın aynada görünən tenderləri - SİYAHI VƏ...
İcra başçısı biznesmen-məmuru özünə müavin götürdü
Naxçıvanın muxtariyyəti “de-facto” ləğv edildi, növbəti addım nə oacaq? - Partiya sədrindən açıqlamalar
Əkrəm Həsənov: "Camaatda axı pul yoxdur ki, manatı dollara çevirsin”
İcra başçısının müavinindən sonra qızı da vəzifədən çıxarıldı
"Beşiktaş" Amir Murillonu heyətinə qatır
Rusiya Kiyev və Xarkova ağır zərbələr endirib - Açıqlamalar
Rəsmi Moskva: "Ukrayna ilə danışıqlarda müsbət irəliləyiş var"
Daha bir azərbaycanlı Ukraynada həlak olub
"Azərbaycan "Vahid Çin" mövqeyinə sadiqdir və..." - Ceyhun Bayramov
Tehran Ankaranı masadan necə sildi? - TƏHLİL
Ağcabədidə azyaşlı uşağa bıçaq zərbələri vurulub (Yenilənib)
Xaçmazda qatar avtomobili vurub - Sürücü hadisə yerində ölüb
Sabah Bakıda yağış yağacaq
“By Fateh” müştərilərə saxta məhsullar verilirmiş - FOTOLAR
KLİNTON və ARVADI İFADƏ VERƏCƏK - Tramp sabiq prezidentin "Epşteyn işi"nə cəlbinə belə reaksiya verdi
Kamran Əliyev prokurorluğa yeni qəbuldan danışdı: "Kriminalistik bilikləri çox aşağıdır"
TƏBİB-in vəzifəli şəxsi barədə yeni iddialar yayıldı
Gömrük Akademiyası barədə sərəncam imzalandı
Ali Məhkəmənin sədri: "Etimad və şəffaflığın gücləndirilməsi..." - "Süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir"
3 məktəbə direktor təyin edilib
Güclü külək Bakıda bir nəfərin ölümünə səbəb olub
Epşteyn işi və Qərb demokratiyasının iflası.. - TƏHLİL
AZAL-dan şikayət var - 3 kq artıq baqaja görə 70 avro?
İcra başçısının köməkçisi işdən çıxarıldı: Sərxoş halda... - Deputatın köməkçisi isə... + VİDEO, FOTO (YENİƏNİB)