"Bandotdel"dən əməliyyat: özünü 12-ci İmam Mehdi kimi təqdim edən şəxs tutuldu - VİDEO
24-08-2021 [10:55]
Bir qrup şəxs Daxili İşlər Nazirliyinə müraciət edərək paytaxt sakini olan Babayev Aqil Zalış oğlunun 2000-2021-ci illər ərzində dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə onların külli miqdarda pullarını ələ keçirildiyini bildiriblər
DİN-dən Mia.az-a verilən məlumata görə, nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan araşdırmalar zamanı müəyyən edilib ki, Aqil Babayev bu illər ərzində inanclı insanlar arasında özünü zühur etmiş 12-ci İmam Mehdi kimi təqdim edib.
Təşkil etdiyi dini məclislərdə Aqil Babayev guya yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik etmək məqsədi ilə göndərildiyini, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacib olduğunu bildirib. Bu yollarla insanları təsiri altına salan Aqil Babayev hər ay ona pul ödənişləri edilməsini tələb edib və topladığı maddi vəsaitlərin guya kasıb insanlara onun vasitəsi ilə paylanıldığı görüntüsü yaradıb. Hətta Aqil Babayevin zərərçəkənlərin etibarından sui-istifadə edərək Vətən Müharibəsi dövründə şəhid və qazi ailələri üçün guya bina tikib onların mənzillərlə təmin edilməsi adı altında da külli miqdarda pul vəsaitini ələ keçirdiyi ortaya çıxıb.
Qeyd edək ki, bu illər ərzində topladığı vəsaitlər hesabına Aqil Babayev xeyirxah əməllər etmək əvəzinə öz şəxsi güzərarını yaxşılaşdırıb və Bakı şəhərində bahalı mənzillər, avtomobillər alıb. İş üzrə zərərçəkən şəxs qismində tanınan təxminən 50-yə yaxın vətəndaşın hər biri Baş İdarədə dindirilib və onlar ifadələrində həmin şəxs tərəfindən dələduzluq yolu ilə aldadıldıqlarını bildiriblər.
Aqil Babayevin ətrafında aparılan əlavə araşdırmalar zamanı tabeliyində olan insanların onun sözündən çıxdığı təqdirdə onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.
Qeyd edilən faktlarla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində toplanmış ilkin materiallar əsasında Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Aqil Babayev barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Aqil Babayevin törətdiyi qanunsuz əməllərdən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Avropa Liqası: "Fənərbağça" xorvat komandası ilə bacarmadı
İstanbulda vəkil güllələndi - FOTO
Sergen Yalçın qələbədən danışdı: "Rahat qazandıq"
Ankarada gərginlik böyüyür - Mansur Yavaşla sabiq sədr üz-üzə gəldi, bir-birini kompromatla hədələyirlər
Zelenski BMT-nin iclasında: "Rusiya Avropaya hüum planı hazırlayır" - "Moldova və Gürcüsan..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Hakan Fidan Böyük Britaniyanın xarici işlər naziri ilə görüşüb
İlham Əliyev Portuqaliya prezidenti ilə görüşüb - Müzakirə
Prezident ABŞ Ticarət Palatasının baş vitse-prezidenti ilə görüşüb - Nələr müzakirə edilib?
Yəmən İsraili PUA-larla vurdu - 20-dən çox yaralı var
Türkiyə - “Böyük İsrail” savaşı: Azərbaycan nə etməlidir? - TƏHLİL
Qəzzada can itkisi: daha 73 nəfər ölüb
İran Prezidenti BMT tribunasında: "Günahı edən başqası, ancaq..."
İlham Əliyev Nyu-Yorkda Bolqarıstanın Baş naziri ilə görüşüb
Sumqayıtda şok olay: 15 yaşlı uşaq 51 yaşlı kişini bıçaqlayıb
Bakıda kafedə qadın müğənni ilə ofsiant əlbəyaxa olublar
Millimizin heyəti açıqlandı - SİYAHI
İLHAM ƏLİYEVİN BMT-dəki TƏMASLARI... - TƏHLİL
Azercell “Talassemiyasız həyat naminə!” proqramı çərçivəsində qanvermə aksiyası keçirib - FOTOLAR
Roberto Martinesin evində oğurluq hadisəsi baş verib
Türkiyə İranla sərhədin 204 km-ə beton hasar çəkib - 91 km-də isə...
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Trampla İlham Əliyev arasında maraqlı dialoq: "Sizinlə bir yerdə olmaq mənim üçün şərəfdir"
İlham Əliyev və birinci xanım ABŞ-da rəsmi qəbulda - FOTO
Yusif Kazımov yeni vəzifəyə təyin edildi
FİFA penaltilərlə bağlı qaydanı dəyişir
Adnan Əhmədzadə apellyasiya şikayəti verməyib
"Rusiya əsl ayıdır" - Putinin sözçüsündən Trampın "kağız pələng" replikasına cavab gəldi
"Milan"ın İtaliya Kubokunda üzü güldü
Azərbaycan və Pakistan XİN başçıları görüşüb - ABŞ-da
Şahin Şıxlinskinin həbsi ilin sonuna qədər uzadılıb
Agentlik sədri onlara vəzifə verdi - FOTO
Rəsmi Tehran ABŞ-la dialoq yolunu qapatdı: "Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq"
Şahin Mustafayev Təbriz və Culfa şəhərlərində olub
İsrail Qəzzanı atəşə tutub - Daha 33 fələstinlini öldürülüb
“Azercell” qanvermə aksiyası keçirdi - FOTOLAR
İlhamə Elşadqızına 3 il cəza kəsilib
"Kəşfiyyatçı Xanı" Ağdamda qəbiristanlıqda minaya düşərək həlak olub - Üç qurumdan birgə açıqlama (YENİLƏNİB)
Sabah hava necə olacaq? - Proqnoz
EBRD Azərbaycanda ilk istiqraz buraxılışına hazırlaşır
CHP-nin İstanbul təşkilatına konfrans keçirmək qadağan olunub
Joze Mourinyo uğursuzluq zolağından çıxa bilmir
“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşıdır