Nazir oğlu televiziya layihəsinə start verdi

img

06-02-2014 [11:49]


"Azərbaycanın televiziya məkanında ölkədə qolf idmanının populyarlaşdırılmasına yönəlmiş yeni layihə - "Qolf aləmi” verilişi yayımlanmağa başlayıb”.

AzVision.az xəbər verir ki, bu barədə Azərbaycan Qolf Federasiyasının (AQF) prezidenti, iş adamı Anar Məmmədov facebook səhifəsində bildirib.


Qeyd edib ki, efirə gedən yeni verilişin məqsədi ölkəmizdə qolfun inkişafını təmin etmək, Azərbaycan Qolf Federasiyasının tədbirlərini ictimaiyyətin diqqətinə çatdırmaq və 2016-cı ildə keçiriləcək Olimpiya oyunlarında azərbaycanlı qolfçulara dəstək olmaqdır.

"Verilişin çəkilişləri Bakıda yerləşən Qolf Akademiyasında aparılır. "Qolf aləmi” həftənin hər cümə günü saat 21:20-də, təkrarı isə cümə axşamı saat 13:35-də İTV telekanalında yayımlanır. Qolf idmanında da zirvələrə ucalaq!”.

Bundan əlavə Anar Məmmədova məşhur sənətçilərin, idmançı və deputatların Akademiyadakı fotolarını paylaşıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA