MEDİA medianın müstəqiliyinin təmin olunmasına öz töhfəsini versəydi..." - Saytlara yardımla bağlı rəylər
09-08-2021 [11:38]
Xəbər verdiyimiz kimi, Medianın İnkişafı Agentliyi (MEDİA) ölkə mətbuatı tarixində ilk dəfə olaraq xəbər saytlarına maliyyə vəsaiti ayırıb. 39 ictimai-siyasi və idman məzmunlu xəbər portalı agentliyin elan etdiyi müsabiqədə qalib olub.
Artıq xəbər saytlarının maliyyələşməsindən bir ay ötür. AYNA Medianın İnkişafı Agentliyi, qalib sayt rəhbərləri və media ekspertinin müsabiqənin gedişatı ilə bağlı fikirlərini öyrənib.
Agentliyin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədlinin sözlərinə görə, MEDİA-nın icraçı direktoru qalib saytların rəhbərləri ilə görüş keçirib: “Bu görüşlərdə qarşıda duran hədəflər və görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb. Eyni zamanda, Agentliyin texniki heyəti ilə qalib mətbuat orqanlarının texniki işçləri arasında da görüş olub. Saytlara texniki göstəricilərlə bağlı müvafiq təlimatlar verilib”.
Məmmədli qeyd edib ki, artıq elan olunmuş müsabiqənin birinci ayı başa çatıb: “İlk ay üçün ümumi nəticələri qənaətbəxş saymaq olar. Bilirsiniz ki, 95 xəbər saytı müsabiqədə iştirak üçün müraciət edib. 39 informasiya və idman saytı müsabiqənin qalibi olub. Qeyd olunan media resursları elan etdiyimiz müsabiqənin şərtlərinə uyğun gəlib. Agentliyin əsas hədəfləri bəyan etdiyimiz kimi, xəbər portallarının sosial şəraitinin yaxşılaşdırılması, peşəkarlıq vərdişlərinin artırılmasıdır. Müsabiqənin başa çatmasına altı ay qalır. Bu müddətin yekununda nəticələr barədə daha ətraflı danışmaq olacaq”.
Müsabiqədə qalib olan “Publika.az” saytının baş redaktoru Aqil Lətifov deyib ki, ayrılan maliyyə saytın işinə ümumi dəstəkdir: “Bildiyiniz kimi, “Publika.az” saytı uzun müddətdir fəaliyyət göstərir. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, ölkənin aparıcı xəbər resurslarından biriyik. Bu günə qədər onsuz da hər gün 50-60 özəl xəbər istehsal edirdik. Halbuki MEDİA Agentliyinin müsabiqə şərtlərində bu rəqəm 20-dir. Eyni zamanda üç daimi işçi tələbi var. Bizim əməkdaşlarımızın sayı da bundan qat-qat çoxdur. Yəni, biz uzun illərdir bundan da artıq fəaliyyət göstərmişik. MEDİA Agentliyinin vəsait ayırması isə bizim üçün əlavə stimuldur”.
Lətifovun sözlərinə görə, ayrılan vəsaiti saytın inkişafına sərf edəcəklər: “Biz ayrılan vəsaiti saytın maddi-texniki bazasının gücləndirilməsinə, işçilərin əmək şəraitinin daha da yaxşılaşdırılmasına yönəldəcəyik. Eyni zamanda üzərimizə götürdüyümüz öhdəlikləri də yerinə yetirəcəyik”.
Müsabiqənin daha bir qalib saytı “Qaynar.info”nun baş redaktoru Zahir Əzəmətin bildirdiyinə görə, ayrılan məbləğ onlar üçün yüksək məbləğ deyil: “Açıq etiraf etməliyəm ki, “Qaynar.info”da təkcə əməkhaqlarına ayrılan vəsait Agentliyin ayırdığı məbləğdən üç dəfə çoxdur. Lakin bütün hallarda bu da dəstəkdir. Biz MEDİA Agentliyinin bu addımını dəstəkləyirik. Qoyulan şərtlər hesab etmirəm ki, ağırdır. Çünki gün ərzində 20 yazı istehsal etməyən portal aparıcı media resursu sayıla bilməz. Biz müsabiqə zamanı üzərimizə götürdüyümüz öhədlikləri təbii ki, yerinə yetirəcəyik. İşçilərin əməkhaqlarının rəsmiləşdirilməsi və digər məqamlara xüsusi diqqət ayırırıq. Hazırda 10 işçimiz var ki, onların hamısı əmək müqaviləsi ilə çalışır”.
Əzəmət hesab edir ki, kiçik saytlara da maliyyə mexanizmləri nəzərdə tutulmalıdır: “Bununla kifayətlənmək olmaz. Digər dəstək mexanizmləri də hazırlamalıdır. Ümid edirəm ki, gələcəkdə MEDİA Agentliyinin fəaliyyəti ilə bağlı müsbət fikirlər söyləyə biləcəyik. Uzun müddətdir mətbuatda hökm sürən problemlərin aradan qaldırılmasına şahid olacağıq. Daha “bu müsabiqələr də faydasız oldu” deyib, narahatlıqlarımızı dilə gətirməyəcəyik”.
Əməkdar jurnalist, professor Qulu Məhərrəmli isə fərqli düşünür. Onun fikrincə, MEDİA Agentliyinin işi mətbuata pul paylamaq olmamalıdır: “Hesab edirəm ki, MEDİA Agentliyinin saytların maliyyələşməsi ilə bağlı qərarı yenilik deyil. Buna qədər uzun müddət çap nəşrləri dövlət tərəfindən maliyyələşdirilib. Bu gün də davam edir. Bu, uğurlu siyasət deyil və fəsadlarını görmüşük. Agentlik medianın müstəqiliyinin təmin olunmasına öz töhfəsini versəydi, bu, daha yaxşı olardı. Məhz bu istiqamətdə addımlar atılmalıdır. Əgər bunlar olsaydı, ölkə mətbuatının inkişafından danışmaq olardı. Hazırda isə bunu müşahidə etmirik”.
Ekspertin qənaətincə, medianı inkişaf etdirmək üçün bir sıra vacib məqamlara aydınlıq gəlməlidir: “Əvvəlcə biz müəyyən etməliyik ki, mətbuatı necə görmək istəyirik. Sözsüz ki, mətbuat müstəqil olmalıdır, reklam bazarı formalaşmalıdır, dövlət mediaya birbaşa maliyyə dəstəyi göstərməməlidir, tənqidçi jurnalistikaya şərait yaradılmalıdır, KİV-ərin mənbələrə çıxışı təmin edilməlidir, mətbuat evləri yaradılmalıdır və s. Siyahını uzatmaq da olar. Medianı inkişaf etdirməyin yolları çoxdur. Lakin bunların arasında dövlətin mətbuata birbaşa maliyə dəstəyi olmamamalıdır”.
Pakistanda terror... - Rəsmi Bakı başsağlığı verdi
Azərbaycandan gedən Türkiyənin hərbi yük təyyarəsi Gürcüstanda qəzaya uğradı, şəhidlər var - İlham Əliyev Ərdoğana başsağlığı verdi (Yenilənib)
Cevdet Yılmazla Əli Əsədov arasında telefon danışığı olub
Kəmaləddin Heydərov Gürcüstan daxili işlər naziri ilə telefonla danışıb - Qəza ilə bağlı
Prezident tapşırıq verdi - Əli Əsədov İrakli Kobaxidzeyə zəng etdi
"Xəbər məni dərindən kədərləndirdi" - Zakir Həsənov
Rusiyalı milyarder və arvadı ölü tapıldı - BƏƏ-də həyata keçirilən qətlin təfərrüatı
Bölgələrdən Bakıya dönməyə hazırlşan sürücülərə xəbərdarlıq olunub
Azərbaycan nefti cüzi ucuzlaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ət ucuzlaşıb? - VİDEO
Bəylər Əyyubovla Fərid Əsgərov bir yerdə - FOTO
FUTBOL QUMARI: Türkiyədə mərc oyunlarının aktiv iştirakçısı olan klub rəhbəri və üç hakim tutulub
“Nar”da bu axşam daha bir avtomobil sevinci!
Sabah hava necə olacaq? - Proqnoz
Rəsul Quliyev Bakıya gəlir - "Bir aydan sonra 78 yaşım tamam olur, bu, çox böyük yaşdır"
17 yaşlı azərbaycanlı Rusiyada öldürülüb
Ağdaşda zəlzələ olub - 3.1 bal gücündə
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qarabağ" klubu qazi jurnalistləri təltif edib
"Qarabağ" "Nefçi"ni devirdi - "Nəhayət, biz Premyer liqada bütün biletlərin satılmasının şahidi olduq" (VİDEOLAR)
"Həyat - yalançı ölüm, ölümsə gerçək həyatdı..." - VİDEO
Xəzər sahilində daha 71 ölü suiti aşkarlanıb
Kükü şəhidləri... - Əli Cabbarov yazır
PRAYK sürətlə böyüyür - Kamran Aydınov qadınların təhlükəsizliyini və rəqəmsal mədəniyyəti mərkəzə çevirir
Sabah hava necə olacaq? - Proqnoz
İlham Əliyev paraddan görüntülər paylaşdı - VİDEO
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olub
İsrail ordusu Suriyaya hücum edib - Yol nəzarətə götürülüb
Parada hansı ölkələrin rəsmiləri qatılıb? - SİYAHI
Azərbaycan, Türkiyə prezidentləri və Pakistanın Baş nazirinin üçtərəfli görüşü olub
Əliyev, Ərdoğan, Şərif... - Birgə nahar + FOTO
Direktor Regional Təhsil İdarəsini məhkəməyə verib
Əliyev, Ərdoğan və Şərif paradı izləyənlərlə belə sağollaşdı - VİDEO
Marneulidə biznesmenə xərac kəsmək istəyənlər saxlanıldı - Azərbaycanlılardan ibarət dəstə... (ANBAN VİDEO)
Ərdoğan paradda Məmməd Arazın şeirini oxudu - VİDEO
Hikmət Hacıyevdən paradla bağlı paylaşım - VİDEO
Ərdoğan Azərbaycana gəlib (YENİLƏNİB)
Prezident və xanımı Fəxri xiyabanda - FOTOLAR
Prezidentlə xanımı Şəhidlər xiyabanında - FOTOLAR