Conson Belarus müxalifətinin lideri ilə bir arada: "Biz açıq şəkildə sizin tərəfinizdəyik"

img

03-08-2021 [16:13]


Britaniyanın Baş naziri Boris Conson Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya ilə görüşüb.

"ITV News"un verdiyi xəbərə görə, görüş Londonda baş tutub.

Görüş zamanı Baş nazir Bors Conson bildirib ki, Britaniya Belarusda vətəndaş cəmiyyətini və demokratiyanı dəstəkləyir.

"Biz açıq şəkildə sizin tərəfinizdəyik. Etdiyiniz işi fəal şəkildə dəstəkləyirik. Sizi görməyə şadıq", - deyə Boris Conson bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA