Azərbaycanda 244 borclu barəsində cinayət işi açılıb

img

02-08-2021 [19:11]


İcradan yayınma hallarının qarşısının alınması ilə bağlı ciddi tədbirlər həyata keçirilib.

Bu barədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəisi - baş icra məmuru İlqar Cəfərov məruzəsində məlumat verib.

Onun sözlərinə görə, 2021-ci ildə belə hallara yol verən 2800 şəxs inzibati məsuliyyətə cəlb olunub, 244 borclu barəsində cinayət işi başlanılıb. İcradan qərəzli yayınan 1562 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb, məhkəmə qərarını icra etmiş 1245 nəfərin üzərindən isə əvvəllər qoyulmuş belə məhdudiyyətlər götürülüb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA