Millət vəkili ilə parlamentin mühafizəçiləri arasında mübahisə düşdü

img

03-02-2014 [18:10]


Parlamentin bugünkü iclasına gələn deputatların mobil telefonları qurumun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən yoxlanılıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, deputatların "smartfon” tipli telefonlarla parlamentə girişinə məhdudiyyət qoyan rəhbərliyin qərarına münasibət birmənalı olmayıb.

Millət vəkili Fazil Qəzənfəroğlu deputatların telefonlarını yoxlayan təhlükəsizlik xidmətinin əməkdaşları ilə mübahisə edib.

"Samsung” markalı telefon işlətdiyini və onun "Smartfon” olmadığını deyən millət vəkili iki dəfə yoxlanmaya məruz qalıb.

Mühafizəçilər ikinci dəfə telefonu istədikdə millət vəkilinin buna reaksiyası sərt olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA