Əvəz Temirxan: "Nə qədər İsa Qəmbər Müsavata rəhbərlik edir..."

img

24-01-2014 [15:21]



Müsavat-AXCP münaqişəsində ALP sədri Əvəz Temirxanın cəbhəçilərin haqlı olduğunu iddia etməsi və tərəf tutması polemikanı bir qədər də uzadıb.

ALP sədri baymedia.az-a açıqlamasında Müsavat Partiyasından ona verilən təpkinin yersiz olduğunu bildirib. Onun sözlərinə görə, bu məsələdə tərəf tutmayıb, sadəcə olaraq, real mənəzərni qiymətləndirib: "Mən, müsavatçılıq ideologiyasına və Müsavat Partiyasının çoxminli üzvlərinə böyük hörmətlə yanaşıram. Rəsulzadə başda olmaqla, əski Müsavat Partiyasının Azərbaycan dövlətçiliyinin qurulması üçün misilsiz xidməti olub. İndiki hakimiyyət dönəmində də Müsavatın çoxminli sıravi üzvlərinin və rəhbərlikdəki səmimi insanların, ziyalıların böyük əməyi olub. Amma bu heç də o demək deyil ki, Müsavat rəhbərliyində hamı belədir. Müsavatda bir qaragüruhçu dəstə var və onlarla hər şey məlumdur. Həmin dəstənin atdığı addımları hamı görür və onun şərhə ehtiyacı yoxdur”.

Əvəz Temirxan hesab edir ki, nə qədər İsa Qəmbər Müsavata rəhbərlik edir, qaragüruh dəstənin sözü keçir, partiya layiq olduğuğu yeri tuta bilməyəcək. ALP sədri Müsavatla əməkdaşlıq məsələsinə toxunaraq deyib ki, iki partiyanln müttəfiqliyi Müsavat rəhbərliyinə qaragüruh dəstəsindən olmayan başqa bir şəxs gələcəyi təqdirdə mümkündür. Onun sözlərinə görə. Müsavat Partiyasında belə insanlar yetərincədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA