AZƏRBAYCANDA BENZİN YENƏ BAHALAŞDI

img

31-07-2021 [10:30]


“Aİ-95” premium markalı benzinin Azərbaycana idxal qiymətinin artması ilə əlaqədar olaraq bu gün səhər saat 08:00 radələrindən bütün yanacaqdoldurma məntəqələrində 1,40 manata satılan benzin 1,45 manata satılmağa başlanılıb.

Bunu “SOCAR Petroleum” QSC-nin mətbuat katibi Üzeyir Həbibbəyli bildirib.

Onun sözlərinə görə, buna səbəb bu marka benzinin istehsalçı ölkədə bahalaşmasıdır/Report.

Qeyd edək ki, Azərbaycan “Aİ-95” premium markalı benzini əsasən Rumıniyadan idxal edir: “Digər yanacaqlar markalarının satışı köhnə qiymətlərlə davam etdirilir”.

Xatırladaq ki, sonuncu dəfə “Aİ-95” premium markalı benzinin qiyməti 15 qəpik artaraq 1,40 manat olmuşdu.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA