Telejurnalistlə cərrah arasında məhkəmə çəkişməsi başlayıb
27-07-2021 [17:12]
Tanınmış telejurnalist Günel Gözəlovanın həyat yoldaşı Anar Gözəlovun uroloq-cərrah Araz Bayramova qarşı iddiası üzrə məhkəmə prosesi keçirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Nərimanov rayon Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi keçirilən prosesdə Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova, onların vəkili Elçin Sadıqov, qarşı tərəfdən isə Araz Bayramovun vəkili Asif Mədətov iştirak edib.
Prosesdə Günel Gözəlovanın vəkili Elçin Sadıqov məhkəməyə əlavə sənədlər təqdim edib. Vəkil, nevroloq Sevinc Ərəbinin və Ailə Tibb Psixoloji Mərkəzlərin arayışlarının, eyni zamanda Səhiyyə Nazirliyinin "Psixi Sağlamlıq Mərkəzi"nin rəylərinin iş materiallarına daxil olunmasını istəyib.
Cavabdehin vəkili Asif Mədətov iddianı qəbul etmədiklərini bildirib.
Daha sonra prosesdə iddiaçı Anar Gözəlovun nümayəndəsi Günel Gözəlova çıxış edib.
G. Gözəlova çıxışında bildirib ki, həyat yoldaşının böyrəyində dəhşətli ağrı və sancı olduğundan 2020-ci ilin oktyabr ayında müayinə üçün həkim Araz Bayramova müraciət ediblər: “Həkimə müraciət edəndə onun böyrəyində mərcanvari urad-oksalat daş olduğu bildirilib. Araz Bayramov əvvəlcə kurs müalicə yazdı və bir müddət sonra Anarın əməliyyat edilməli olduğunu bildirdi. Həmin dövrdə biz həkimin qoyduğu bütün qaydalara riayət etdik. Fevralın 6-da “Buta” klinikasında həyat yoldaşımdan qan analizləri götürülüb. Həmin klinikada ötən ilin noyabr ayında da Anarın qan analizləri götürülmüşdü. Hər iki qan analizlərinin göstəricilərinə görə, əslində Anarı həmin dövr üçün əməliyyat etmək olmazdı. O, planlaşdırılmış əməliyyata hazır olmayıb. Anarın qanında trombositlərin, şəkərin, xolesterinin və s. miqdarı həddindən çox olub. Amma cərrah Araz Bayramov bununla bağlı bizə heç nə deməyib, əməliyyatdan imtina etməyib. Hansı ki, bu problemləri istər cərrah, istər endokrinoloq, istər anestezioloq çox ciddi nəzarətə götürməliydi”.
İddiaçının nümayəndəsi çıxışında bildirib ki, həyat yoldaşı fevralın 18-də əməliyyat edilib: “Həmin günü səhər saat 10-da artıq biz klinikada idik. Müəyyən yoxlanışlar aparıldı. Anar əməliyyata götürüldü. Əməliyyat vaxtı hər 1 saatdan bir maraqlandım. Əməliyyat əslində ən çoxu 2 saat çəkməliydi. Bizə maksimum 40 dəqiqəlik bir əməliyyat olduğu söylənsə də axşama doğru saat 6-ya qalmış həkim əlində bir qabda böyrək daşı ilə bizə yaxınlaşıb çətin olsa da, əməliyyatın bittiyini dedi, xəstənin durumunusa əla olduğunu söylədi. Anar anesteziyadan ayılandan sonra mən onun yanına getdim və vəziyyətdə anormallıq hiss etdim. “Buta” klinikasının baş tibb bacısı Dilarə xanıma bu barədə dəfələrlə dedim, o isə məni bu halın əməliyyatdan sonra normal olduğuna inandırmağa çalışdı, daha sonra yoldaşımı yatırtdılar, onu videoya çəkdim və məni də yola salaraq dedilər ki, saat 11-də zəng edin, sizi yoldaşınızla danışdıracağıq, sabah isə gəlib yoldaşınızı sadəcə çıxararsınız. Axşam saat 11-də zəng etsəm də, Anarla heç nə danışa bilmədim, çünki o, danışa bilmirdi, rabitəsiz, heç nə anlaşılmayan sözlər deyirdi. Hətta Anar telefonu da tuta bilmirdi. Bir sutka sonra - fevralın 19-da mənə yoldaşımı görməyə icazə vermirdilər. Daha sonra Şəhla xanım (red.- Araz Bayramovun köməkçisi) mənə Araz Bayramovun səhər yoldaşıma baxdığını və saat 4-dən sonra evə buraxacaqlarını yazdı. Mən klinikaya gedəndən sonra yoldaşım yanına buraxmadılar. Mən klinikanın baş həkimi, həm də Araz Bayramovun atası Eldar Bayramovun yanına getdim. O iddia etdi ki, yoldaşımda heç bir problem yoxdur, səhər onu görüb. Biz birlikdə Anarın yanına getdik. Anar anlaqsız vəziyyətdə idi. Həyat yoldaşım məni tanımırdı, danışa bilmirdi. Təsəvvür edin, 5 həkim orda bunun fərqində olmayıblar, ya da sadəcə, bizim çıxmağımız üçün sakit dayanıblar. Mən nevropotoloq tələb etdim. Lakin Araz Bayramov xəstəxanada nevroloqun olmadığını dedi. Gündə ən azı 15 şəxsə çoxfunksyalı əməliyyat edilən bir şəxsi klinikada nevropotoloq yox imiş. Başqa bir klinikadan nevropatoloq xanım dəvət olundu. Mən bu gün Anarın həyatını ona borcluyam, hansı ki, Araz Bayramov bu gün bütün günahları onun üstünə atmağa çalışır. O xanım mənə təkidlə MRT müayinəsinin vacib olduğunu və yoldaşımın vəziyyətinin ağır olduğunu dedi. Nə qədər təkid etsək də, bunu etmirdilər. Həmin xanım nə qədər desə də, Anarı MRT yox, KT etdirmişdilər. Bunu mənim özüm etməyim isə mümkün deyildi. Çünki Anara katetr qoşulmuşdu və hələ də ordan qan gəlirdi. Xəstəni özbaşına ayağa qaldırmağımız mümkünsüz idi. Həmin klinikada MRT müayinəsi olmadığına, Araz Bayramovun xəstəyə məsuliyyətsiz yanaşmasına görə biz yalnız fevralın 27-si MRT müayinəsi edilməsinə nail olduq. MRT-nin nəticəsi göstərirdi ki, əməliyyat zamanı Anar işemik, hemorragik insult keçirib. Belə ki, onun beyninin sağ yarımkürəsində geniş zonada, eləcə də sol yarımkürəsində nitq və dərketmə bazası zədələnib. Yəni, Anar əməliyyat zamanı ikitərəfli beyin infarktı keçirsə də, Araz Bayramov bunu gözardı edib".
Prosesdə daha sonra çıxış edən iddiaçının vəkili Elçin Sadıqov çıxış edərək bildirib ki, iş üzrə olan sənədlərə, həmçinin nevroloq Sevinc Ərəbinin verdiyi arayışa əsasən, Anar Gözəlovun əməliyyat olunması düzgün hesab edilmir.
Vəkil həmçinin qeyd edib ki, A. Gözəlov əməliyyat zamanı geriyədönməz xəsarət alıb və əmək qabiliyyətini itirib: “Anar Gözəlov əməliyyata 1 gün qalana qədər iş fəaliyyəti ilə məşğul olub, özəl şirkətdə satınalmalar üzrə müdir müavini vəzifəsində çalışır, hazırda sağlamlıq durumu iş imkanların məhdudlaşdırıb. Tam sağlam şəkildə (böyrək ağrısı istisna) klinikaya daxil olub”.
Elçin Sadıqov Səhiyyə Nazirliyinə də sorğular verdiyini və cavab gözlədiklərini bildirib.
Proses iyulun 30-da davam edəcək.
"Fənərbağça" məşhur oyunçunu satışa çıxarıb
Türkiyə kəşfiyyatından şok əməliyyat - Pakistan-Əfqanıstan sərhədində İŞİD-in liderlərindən biri qandallanıb
Natiq Cavadlı, Aynur Elgünəş, Ramin Deko, Şəmşad Ağa... - Onlar yenə hakim qarşısına çıxarıldı
Bakıda Azərbaycan və Türkiyə Birgə Hökumətlərarası Komissiyanın iclası keçirilib - Müzakirə + FOTO
Kommunal xidmətlərlə bağlı Yol Xəritəsi hazırlanıb
Radikal yəhudilər "Əl-Əqsa"ya basqın edib - Ayin icra ediblər
Ceyhun Bayramov daha bir diplomatla görüşüb
ATV-də gərginlik: mikrofonlar söndürüldü - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
“Bakcell” “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
KOBİA-nın tenderi ləğv edilib
12 yaşlı uşaq məktəb direktorunu güllələdi - Türkiyədə + FOTOLAR
Türkiyə Azərbaycanın bəzi universitetlərinin diplomunu niyə tanımır? - Əli Əsədov iclasda Türkiyənin vitse-prezidentinə səsləndi
Əli Əsədov: "Abşeron" yatağından qazın Türkiyəyə ixracı ilə bağlı danışıqlar aparılır"
Əhməd İsmayılov: "Dezinformasiya qlobal gündəlikdə ciddi təhdidlər sırasında yer alır"
Bu axşam “Nar”da böyük həyəcan – 9-cu avtomobil sahibini tapır
Daha iki məşhur istintaqa çağırıldı - Türkiyədə
Ceyhun Bayramov səfiri qəbul edib - Açıqlama
Ekoloq: "Şikayət edəcəksiniz, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi rüşvət alıb keçəcək” - VİDEO
“Mən nə etdiyimi bilirəm və sən də bilirsən” - Röya Şəbnəmə gözlənilməz an yaşadıb (VİDEO)
Tacikistan prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb - MƏTN
Türkiyənin vitse-prezidenti Fəxri xiyabanı ziyarət edib - FOTO
QARABAĞIN KƏNDLƏRİNƏ KÖÇ DAVAM EDİR (YENİLƏNİB)
Paşinyan Rusiyadan İlham Əliyevə təşəkkür etdi - Ermənistana qarşı blokadanı ləğv etdiyinə görə
Sabah hava necə olacaq? - Proqnoz
Bakıda siqaret satışı məhdudlaşdırıldı - Qiymətlər qalxdı
Fransa Prezidentinin rəsmi iqamətgahı soyulub: qədim tarixi əşyalar aparılıb - Vəzifəli şəxslər saxlanılıb
İcra başçısının sabiq müavini azadlığa çıxdı
Üç gün geomaqnit qasırğası olacaq
"İlhamə Qədimovanın özü də bu sahənin mütəxəssisi deyil" - Ekspert nazir müavininin deputatların qarşısındakı çıxışına belə şərh verdi
Müğənni amnistiya düşdü - Dəniz Əsədova azadlığa buraxıldı
"Bakı Metropoliteni"nin zərəri 3 milyard manatı ötüb - Rəqəmlər
Prezidentin Amnistiya təşəbbüsü: məhkumların azad olunmasına start verildi (Yenilənib)
Vüqar Qurbanov bir neçə gün əvvəl imzaladığı əmri ləğv elədi - Eldar Mahmudovun əmisi oğlu ilə bağlı
"Bu cür saxta reklamlar və şirnikləndirici təkliflərə inanmayın" - DİN-dən xəbərdarlıq
Baş məşqçi "Fənərbağça"ya qapını qapatdı - "O, bizə çox lazımdır"
Bakıda bacı-qardaş dəm qazından zəhərlənərək ölüblər.
XANKƏNDİNİN NÜFUZLU ZİYALISI
Ali Koç Aziz Yıldırıma "ilişdi", "Fənərbağça" prezidentinə tam dəstək verdi: "Yanındayıq"
Ukraynalı Ombusman: "50 ukraynalı zorla Rusiyaya aparılıb"
Mingəçevirdə 43 yaşlı şəxs 36 yaşlı sakini bıçaqlayıb
Kəskin respirator virusu yayılıb - Nazirlikdən xəbərdarlıq