Bakıda 16 mərtəbəli yaşayış binasında yanğın: iki polis, bir hərbçi və sakinlər xəsarət alıblar - VİDEO (YENİLƏNİB)
20-07-2021 [16:35]
Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Fövqəladə Hallar Nazirliyindən Mia.az-a bildirilib ki, ilkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.
Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.
***
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda yerləşən onaltımərtəbəli yaşayış binasında yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Mia.az-a verilən məlumata görə, Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin müvafiq xilasetmə qüvvələri yanğın baş verdiyi ünvana cəlb olunub.
İlkin məlumata əsasən, binanın şaxtasında elektrik kabelləri yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
***
Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 5 nəfər xəsarət alıb.
Mia.az xəbər verir ki Report-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, iki polis əməkdaşı və Fövqəladə Hallar Nazirliyinin (FHN) bir hərbi qulluqçusu vətəndaşların həyatını xilas edərkən tüstüdən boğulma ilə xəstəxanaya çatdırılıb.
Habelə, daha iki vətəndaş (qadınlar) tüstüdən boğulma ilə xəstəxanaya yerləşdirilib.
Onların vəziyyətləri qənaətbəxşdir, həyat təhlükəsi olmadığı bildirilir.
Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətinin əməkdaşları FHN-in və digər aidiyyatı qurumların nümayəndələri ilə birlikdə bir sıra vətəndaşları xilas ediblər.
Qeyd edək ki, yanğınsöndürmə işlərinə cəlb olunan yanğından mühafizə bölmələri yaşayış binasının həyətinə girişdə və həyətində vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən çətinliklə üzləşiblər.
Ermənistanda naməlum şəxslər parlamentdə deputatlara hücum ediblər
ABŞ-də təyyarə qəzası olub, dörd nəfər ölüb
Bəzi yerlərdə yağıntılı və küləkli hava müşahidə olunub
ABŞ bəzi ölkələrə tarif tətbiqinin müddətini daha bir ay uzadıb: "Amma hər an hər şey ola bilər"
Özünü Allah sayan biclər... - Təbriz VƏFALI YAZIR
Biləsuvarda narkotik dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb
Qəzzaya növbəti hücum: daha 58 dinc sakin ölüb
Pentaqon Kiyevə müdafiə silahları göndərmək planlarını təsdiqləyib
Lənkəranda gənc sürücü yol qəzasında ölüb
İcra başçısının nümayəndəsi həbs edilib - Məhkəmə zalında
Netanyahu həbs təhdidinə cavab verdi: "Trampla gedəcəyik" - ABŞ lideri isə "başı böyük bəlaya girər" dedi
Tramp FTB haqqında belə dedi: "Başıpozuq liderlik səbəbiylə..."
TRAMP MOSKVA İLƏ KÖRPÜNÜ YANDIRIR: "Ukraynaya daha çox silah göndərəcəyik" - "Onlar özlərini müdafiə edə bilməlidir"
Tramp: "Şaranın çətin keçmişi var" - Netanyahu Trampı Nobel Sülh Mükafatına namizəd göstərib
ABŞ prezidenti: "İranla danışıqlar olacaq" - "Onlar artıq "ABŞ-a ölüm, İsrailə ölüm" demirlər"
İstanbulda metrobüs yanıb - FOTO
Rusiyada miqrantların uşaqları üçün yeni problem... - Yekaterinburqda əcnəbi uşaqlar birinci sinfə qəbul edilmir
Türkiyədə zəlzələ olub - 5 bal gücündə
Bələdiyyə sədri vəzifədən uzaqlaşdırıldı
“Qarabağ”dan idman jurnalistlərinə yubiley jesti - Həmkarlarımızı futbol turnirinə dəvət etdilər
Premyer Liqada “Misli” müəmması bitdi - Mərc oyun sahibləri niyə sponsorluqdan geri çəkilib?
Abşeron Gənclər şəhərciyində mənzildə partlayış olub
"Bu, saxtadır" - Nazirlik açıqlama yaydı
İrandan Azərbaycana 42 kq narkotik keçirmək istəyiblər
Film istehsalı üçün çəkilmiş xərclər... - Hökumət yeni qərar verdi
Qarabağ zonasında daha 2331.8 hektar ərazi minalardan təmizlənib
Siyəzəndə qadın paraşütlə qayaya çırpılaraq ölüb
Vəzifədən çıxarılan nazir özünü güllələyib
Hindistanda daşqın: ölənlərin sayı 78-ə çatıb, 37 nəfər itkin düşüb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bəzi rayonlara leysan yağacaq - Xəbərdarlıq
Əli Əsədov yeni qərar imzalayıb
Peskovdan Azərbaycan-Rusiya münasibətləri haqda - Açıqlama
Daha 74 nəqliyyat vasitəsi hərraca çıxarıldı
Abşeron magistral kanalında meyit tapılıb
Direktor və direktor müavinlərinin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olundu
"Sumqayıt"ın yeni baş məşqçi bəlli oldu
Diplomatik xidmət orqanları rəhbərlərinin IX müşavirəsi - FOTOLAR
"Saakaşvili əfv edilməyəcək"
Prezident İlham Əliyev bu qanunlara dəyişiklik edib
PROREKTOR REKTOR TƏYİN EDİLDİ - Sərəncam + FOTO
Sabahın hava proqnozu açıqlandı
Metan qazından şəhid olan türk əsgərlərinin sayı artıb
Keçmiş hökumət başçısı özünə qəsd edib
General Kərim Vəliyev Səudiyyə Ərəbistanıa gedib