Daha iki şadlıq evinin hər biri 4 min manat cərimələndi - Toya görə

img

20-07-2021 [15:09]


Kürdəmir rayonunda “Miraj” və “Nicat” şadlıq evlərinin sahibləri cərimələnib.

Mia.az xəbər verir ki, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları keçirdikləri reyd zamanı rayon ərazisində fəaliyyət göstərən “Miraj” və “Nicat” şadlıq evlərində karantin rejimi qaydalarının pozulduğunu aşkar ediblər.

Bu səbəbdən hər iki şadlıq evinin sahibinə İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən ayrı-ayrılıqda 4000 manat cərimə tətbiq olunub. Bundan başqa, polis əməkdaşları tərəfindən keçirilən reydlərin davamı zamanı kənd ərazilərində karantin rejimini pozan 24 toy sahibi də İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndinə əsasən 200-400 manat miqdarında cərimə olunub.

Hazırda Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR