Dostları Vüqar Səfərlinin məhkəməsinə getməyəcək
15-07-2021 [11:13]
Ləğv edilən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) vəzifəli şəxsləri ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində iyulun 23-də başlayacaq. İndi bütün diqqətlər KİVDF-nin həbsdə olan keçmiş icraçı direktoru Vüqar Səfərlinin üzərindədir. Onun kimlərin adını çəkəcəyi, hansı ifadələri verəcəyi maraqla gözlənilir. Xüsusən də jurnalistlərə ev paylanması haqda...
İttihama görə, Vüqar Səfərli və onunla birlikdə həbs edilən şəxslər qabaqcadan əlbir olub vəzifə səlahiyyətlərindən sui-istifadə edərək cinayət yolu ilə əldə edilmiş 5 milyon 700 min manat pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə- xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırma - külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) və digər maddələri ilə ittiham elan edilib, Vüqar Səfərli barəsində məhkəmənin qərarı ilə həbs, digər şəxslər barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Qeyd edək ki, KİVDF-nin fəaliyyəti bir qayda olaraq xeyli media işçiləri tərəfindən tənqid olunub. Xüsusilə jurnalistlər üçün dövlət tərəfindən tikilən evlərin bölünməsi zamanı haqsızlıqlara yol verilməsi ilə bağlı iddialar irəli sürülüb. Bu mənada qaydaların pozulmasında Vüqar Səfərli ilə yanaşı, Prezident Administrasiyasının keçmiş vəzifəli şəxslərinin də adları hallanıb.
Məhkəmə heç şübhəsiz ki, açıq keçiriləcək və aylardır heç nə danışmayan, açıqlama verməyən Vüqar Səfərli danışacaq, ifadələri səsləndiriləcək. İddialara görə, əsl sensasiya o zaman baş verəcək. Vüqar Səfərli o qədər pulu təkbaşına, özündən yuxarı instansiyaların icazəsi olmadan mənimsəyə bilməzdi və ən əsası, yenə də iddialara görə, mənimsənilən pullar onda deyil.
Məlumatlara görə, Vüqar Səfərli ona qarşı haqsızlıq olduğu qənaətindədir və bunun qarşısında da susmayacağını bəyan edib. O zaman cəmiyyət və xüsusilə də media cameəsi sensasion açıqlamalara, ifadə və təfərrüatlara hazır olmalıdır.
Əldə etdiyimiz məlumata görə V.Səfərli özünü qətiyyən təqsirli bilmir. Və buna görə də məhkəmə prosesinin gedişində ən sonda ifadə verməyi məhkəmədən xahiş edəcək.
Bu məqamda bizi maraqlandıran başqa bir sual da var: Vüqar Səfərlinin keçmiş dostları, yaxud da həmkarları, redaktorlar məhkəməyə gedəcəklərmi, onu dəstəkləyəcək, ya da verdiyi ifadələri yayacaqlarmı?
“Bakı-xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə “Vüqar Səfərlinin məhkəmə prosesində iştirak edəcəksinizmi” sualına cavab vermək, bu mövzu haqda danışmaq istəmədiyini bildirdi.
Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri, Mətbuat Şurası sədrinin müavini Umud Mirzəyev də vaxt məhdudiyyəti ilə əlaqədar Vüqar Səfərlinin məhkəmə proseslərində iştirak edə bilməyəcəyini söylədi.
Sosial şəbəkədə keçirdiyimiz sorğuda isə jurnalistlərdən Vüqar Səfərlinin yüksək vəzifəli şəxslərdən kimlərinsə adını çəkib-çəkməyəcəyini soruşduq. Əksər jurnalistlər belə fikirdədir ki, Vüqar Səfərli ehtiyat etdiyi üçün digər şəxslərin adını çəkə bilməyəcək.
V.Səfərlinin məhkəmə prosesində iştirak etmək istəyən media nümayəndələrinin sayı da çoxdur. Həm prosesi işıqlandırmaq, həm də zamanında KİVDF-də baş verənləri həbs edilən şəxslərin və prokurorun dilindən eşitmək üçün... //musavat.com//
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...