Çempionlar Liqası: "Neftçi” növbəti mərhələyə yüksəldi

img

14-07-2021 [22:53]


Bu gün “Neftçi” UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyununda Gürcüstanın “Dinamo” (Tbilisi) komandası ilə qarşılaşıb.

Mia.az xəbər verir ki, “Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın qələbəsi ilə başa çatıb - 2:1.

Beləliklə, evdə əzmkar qələbə qazanan “Neftçi” II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos”u olacaq.

İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

“Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR