Bakıda gecə qəzaya uğrayan sürücü jurnalistlərə hücum etdi - FOTOLAR

img

30-01-2014 [11:57]


Bu gecə Bakıda ağır yol qəzası baş verib. Heydər Əliyev prospektində "Mercedes” markalı, 01 BL 348 dövlət nömrə nişanlı avtomobil idarəetməni itirərək yol kәnarındakı arakәsmәyә çırpılıb. Qəza zamanı xoşbəxtlikdən sürüxü Vidadi Pәnah oğlu İsmayılova cidid zərər dəyməyib. Lakin avtomobil yararsız hala düşüb.

Qeyd edək ki, qəzadan sonra qəribə hadisə baş verib. Avtomobili əzilən Vidadi İsmayılov əsəbləşərək, hirsini hadisəni çəkmək istəyən jurnalistlərdən çıxıb. O, qəfil müxbirlərə hücum edib. Orda olan yol polisləri sürücünü birtəhər sakitləşdirə bilib. Deyilənlərə görə, hadisə zamanı kanallardan birinin operatorunun kamerası da sınıb.

Faktla bağlı araşdırma aparılır.

anspress











Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA