Telekanalın döyülən operatoru ölüb

img

11-07-2021 [11:40]


Tbilisidə iyulun 5-də cinsi azlıq əleyhdarlarının keçirdiyi aksiyada döyülən “Pirveli” telekanalının operatoru Lekso Laşkarava vəfat edib.

Mia.az Report-a istinadla xəbər verir ki, o, yaşadığı evdə dünyasını dəyişib.

Media nümayəndəsinin dəqiq ölüm səbəbi hələ məlum deyil.

L.Laşkarava bir neçə gün xəstəxanada müalicə olunmuşdu.

Qeyd edək ki, aksiyada 50-yə yaxın media nümayəndəsinə fiziki təzyiq göstərilib. Polis iğtişaşlarda iştirak edən 11 nəfəri saxlayıb. Onların bəziləri barəsində həbs qətimkan tədbiri seçilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR