Azərbaycan mətbuatının dünəni, bu günü və sabahı...
07-07-2021 [15:42]
Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə milli mətbuatın yeni mərhələdə formalaşması prosesi də başlamış oldu, onlarla qəzet, müxtəlif informasiya resursları meydana gəldi. Yeni yaranmış dövlət üçün plüralizmin, söz və ifadə azadlığının təmin olunması olduqca vacib amil idi. 30 illik bir dönəmi arxada qoymuşuq, artıq 2021-ci ildir. Bu illər ərzində ölkə həyatının digər sahələri kimi mətbuat da müxtəlif rənglərə boyandı, dəyişdi, ağır və məsuliyyətli mərhələlərdən keçmiş oldu.
Müstəqllik dövrü Azərbaycan mətbuat tarixini 3 mərhələyə bölmək olar:
Birinci mərhələ 1991-2003-cü illəri əhatə edir. “Qəzetçilik dövrü” adlandırılan bu mərhələdə ölkə mətbuatı iqtidar və müxalifət üçün siyasi tribuna qismində çıxış edə bilirdi. Amma mətbuat hələ bundan sonra yetişməli və böyüməli idi.
2004-2019-cü illəri mətbuatın ikinci mərhələsi adlandırmaq olar. Bu dövrdə yeni qəzetlər, informasiya agentlikləri, xəbər portalları, yutub kanallar ərsəyə gəldi. Ancaq əsl problem də də bundan sonra başladı. Məhz bu dövrdə sosial şəbəkələr “sosial media” statusunu qazandı, vətəndaş jurnalistikası inkişaf etməyə başladı.
Bu həmin dövrdür ki, Dövlət başçısı milli mətbuatın inkişafı üçün mühüm qərarlar qəbul etdi. Çap mediasına dəstək, onların nəşriyyat borclarının silinməsi, dövlətin layihələrində iştirakın təmin olunması, media sahəsi ilə birbaşa məşğul olmaq üçün dövlət qurumlarının yaradılması, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qəzetlərin dövlətdən dəstək alması və s. prezident İlham Əliyevin atdığı mühüm addımlar sırasında idi. Ancaq həqiqi jurnalistlərin az bir qismi bu imtiyazlardan yararlana bildi, bu mərhələdə oliqarxlaşan baş redaktorların qohumları, yaxın ətrafı dövlətin milyonlarla vəsaitinə qənim kəsildi.
Məhz bu dövrdə yüksək vəzifəli bir sıra məmurlar İ.Əliyevin nəcib əməllərinə kölgə salmağa çalışdı. Dövlətin aydın mövqeyi və dövlət başçısının demokratik addımları mediada sabotaj olundu. Media ilə dövlət, dövlətlə vətəndaş arasında dərin çat yaratmaq üçün bu məmurlar bütün mümkün addımları atdılar. Nəticədə mətbuatda azğın bir kütlə formalaşdı: ölkə daxilində şantajla pul qazanan “media əhli” (biz onları “reket” adlandırırıq) və xaricdən Azərbaycan dövlətinə çamur atan təxribatçı qruplar...
Məmurlar, müxtəlif vəzifəli şəxslər özləri üçün media resursları yaradaraq əzələ nümayiş etdirməyə və bu yolla rəqiblərini sıradan çıxarmağa başladılar. İstədiklərinə nail ola bildilərmi? Bildilər! Lakin bir həddə qədər...
Xəbər portalları qəzetləri, sosial şəbəkələr də xəbər portallarını sıradan çıxarmağa başladı. 15 il ərzində mətbuat özünün məcrasını da dəyişdi, müxtəlif ölkələrdə yaşayan mühacirlər Yutub kanallar açaraq Azərbaycan dövlətini tənqid etməyə, bir çox hallarda isə təhqir etməyə başladılar.
Ancaq 2019-cu ildən başlayaraq Azərbaycan mətbuatını rəzil durumdan xilas etmək üçün Prezident İlham Əliyev bu sahədə də islahatlara start verdi. Bəs hazırda bu üçüncü mərhələnin ilk illərini necə xaratkterizə etmək olar?
Birincisi, xaricdən Azərbaycan dövlətinə qarşı başlanan geniş kampaniya artıq öz əhəmiyyətini itirib. Etiraf etmək lazımdır ki, əvvəllər insanlar mühacirlərin çıxışlarını yutub kanallarda səbirsizliklə gözləyirdilərsə, indi insanlarda belə bir istək yoxdur. Səbəbi çox sadədir: dövlət insanların xaricə fokuslanan baxışlarını daxilə yönləndirə bildi, xalq eşitmək istədiyini daha xaricdən yox, elə burdan eşitməyə başladı. Ağıllı və məntiqli plan idi. Xaricdən hakimiyyət əleyhinə səslənən fikirlər daha heç kəs üçün önəmli deyil, daxildə qurulan “tənqidçi” media insanları ovsunlaya bilib. Ancaq bu media resursları da əndazəni aşıb, artıq dövlətin üçün ciddi şantaj subyektinə çevrilib.
İkincisi, köhnə və qüsurlarla zəngin media “prinsiplərini” özündə daşıyan KİVDF ləğv edildi. Media İnkişaf Agentliyi (MEDİA) yaradıldı. Hələki ümidlərimiz böyükdür. İnanmaq istəyirik ki, MEDİA Azərbaycan mətbuatında baş alıb gedən rüsvayçı halalrı aradan qaldıra biləcək. Ancaq bunun üçün ilk növbədə səslənən tənqidləri qəbul etmək lazımdır.
Şəxsən mən, hazırda MEDİA-nın ünvanına səslənən qərəzli fikirlərə bir çox hallarda öz iradımı bildirirəm.Yeni yaranmış qurumdan hələki əlahiddə əlamət, sehrbazlıq da gözləmirəm.
Ancaq çevik və operativ qərarlar verməyin zamanıdır. MEDİA 39 xəbər portalını elan etdiyi müsabiqənin qalibi elan edəndən sonra sular yenidən bulanıb. Nəticələr çıxarmaq lazımdır.
Proses isə birtərəfli qaydada yox, çoxşaxəli və cəsarətli şəkildə aparılmalıdır. Əks halda, Prezidentin etimadını bu dəfə də suya düşürmüş olacağıq. Prezident situasiyanı gördü, dəyərləndirdi və doğru qərar verərək yeni mərhələ başlatdı, yeni qurum yaratdı. Sizin işiniz çərçivədən çıxmaq, bu sahədə inqilabi dəyişiklilər etməkdir.
Buna məhkumsunuz! 30 il işğal altında qalan Qarabağı azad edən İ.Əliyev sizdən ikinci bir Qarabağı azad etməyi istəmir, cəmi bir sahəni düzəltməyi tələb edir.
Bir müddət sonra sosial şəbəkələr də əhəmiyyətli etibarlılığını itirəcək, buna çox qalmayıb. Qəbul etmək lazımdır ki, Azərbaycan indiyə qədər görmədiyi fərqli bir mərhələyə qədəm qoyub. Bütün sahələr bu mərhələyə uymalıdır, elə media da. Əks təqdirdə...
Ən əsası, ölkədəki yeni reallıqlara uyğun media planlanlamaları tətbiq edilməlidir. Ölkənin məntiqli, media təəssübkeşləri, sanballı qələm adamları ilə mütəmadi görüşlər keçirilməli, məsləhətləşmələr aparılmalı, bu sahədəki problemləri aradan qaldırmaq üçün ciddi işlər həyata keçirilməlidir.
Əgər bu dəfə də həqiqi qələm adamları bu məsləhətləşmələrdən kənarda qalacaqsa, deməli, problemlər də həll olunmamış qalacaq.
Samir Feyruzov
Azsiyaset.com
Qubada səkkiz nəfər qidadan zəhərlənib
“Sabah” “Araz-Naxçıvan”ı 4 qolla məğlub etdi
Kinli 4 bürc: onları nədən çox qəzəblənirlər?
Deputat köməkçisi vəzifədən çıxarıldı - Səbəb
Tibb Universiteti 536 min manatı hara xərcləyəcək? - Rektorun yeni tenderi müzakirə yaradıb
Sabah hava necə olacaq? - Proqnoz
Partiya sədri: "Məncə, bu ssenari cəlbedicidir və..." - "Vensin Azərbaycana səfəri ölkəmizin dünya siyasətində..."
Qoy, “Qarabağ” “Neftçi” ilə oyuna özü çıxmasın və texniki məğlubiyyət alsın! - Olmazmı?
Keçmiş deputata vəzifə verildi
"Yaradıcı süni intellekt: hər kəsin kitabı" (150 sual – 150 cavab) - Professor yazır
Leyla Əliyeva və Alena Əliyeva Gəncədə - FOTOLAR (Yenilənib)
Masallı sakini 9 kq narkotiklə tutulub
Qarabağ əlili "Azəriqaz"ı məhkəmədə uddu, SOS verdi - "Məhkəmə qanunsuz qərarı ləğv etdi, mən işimə bərpa olundum"
ABŞ vitse-prezidenti Bakıya gəlir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Beynəlxalq Bank “Bank BTB”ni "ələ keçirir"
Daha dörd nəfər qazdan zəhərləndi
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...