AXCP İsa Qəmbərin çağırışına cavab verdi

img

28-01-2014 [18:02]


"AXCP ilə Müsavat Partiyası arasında hər hansı həll olunmaz problem yoxdur. AXCP-nin əsas hədəfi mövcud hakimiyyətdir”. Bunu Modern.az saytına AXCP sədrinin müavini Fuad Qəhrəmanlı deyib. O, Müsavat başqanı İsa Qəmbərin müraciətinə münasibət bildirərkən qeyd edib ki, proseslərlə bağlı fikirlər səsləndirilib:

"Bu məsələlər AXCP üçün vaxtı keçmiş, əhəmiyyətini itirmiş məqamlardır. AXCP artıq qalmaqallarla bağlı məsələyə yer ayırmır. Bizim əsas hədəfimiz, diqqətimiz Milli Şuranın bütövlüyünün qorunub saxlanması və mövcud hakimiyyətə qarşı demokratik potensialın sərf olunmasıdır. Kimlər ki, vaxtaşırı hakimiyyətin ssenarilərində yer alıb, onlar barəsində vaxtında münasibət bildirilib. Bunlar olub bitmiş mərhələdir”.

Qeyd edək ki, Müsavat başqanı İsa Qəmbər Məhəmməd Əmin Rəsulzadənin yubileyi ilə bağlı tədbirlər keçilən günlərdə hər iki tərəfə səslənərək qalmaqallar yaratmamağa çağırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA