Cəmil Həsənli Eldar Namazovun istefasından danışdı

img

27-01-2014 [11:18]


"Eldar Namazova uğurlar arzulayıram, istəməzdik belə olsun”. Milli Şura sədri Cəmil Həsənli "EL” hərəkatının rəhbəri Eldar Namazovun qurumdan istefa verməsinə münasibət bildirib.

O, AzVision.az-a açıqlamasında bildirib ki, Eldar Namazov olmasa da Milli Şura fəaliyyətini davam etdirəcək:""EL” hərəkatının xeyli üzvü Milli Şuranın üzvüdür. Onlar bu məsələni fərdi qaydada həll etmək barədə qərar veriblər. Eldar Namazov Milli Şuradan çıxsa da Eldəniz Quliyev, Nurəddin Mustafayev və digərləri Milli Şurada təmsil olunurlar. Hər halda arzu etməzdik ki, Eldar Namazov istefa versin. Amma Milli Şura fəaliyyətini davam etdirəcək. Eldar Namazova uğurlar arzulayıram”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA