AMİP-dən Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbərə tələb

img

28-01-2014 [14:39]


"AMİP hazırda çalışır ki, Demokratik Qüvvələr Birliyi fəaliyyətini genişləndirsin və bu qurumu ölkənin əsas siyasi ağırlıq mərkəzinə çevirsin”.

Bu fikirləri baymedia.az-a açıqlamasında AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib. Ə.Orucov hesab edir ki, bunun üçün potensial və imkanlar mövcuddur. Onun sözlərinə görə, mövqelərin netləşdirilməsi və məqsəd və əsas hədəflərin müəyyənləşdirilməsi bu qurumun müxalifətdaxili inteqrasiyaya təsiri çox böyük olardı.

Məsələ ondadır ki, Demokratik Qüvvələr Birliyində olan bir sıra partiya sərdləri KXCP sədri Mirmahmud Mirəlioğlu və Sülhəddin Əkbər Milli Şurada təmsil olunurlar. Bu səbəbdən də Demokratik Qüvvələr Birliyi ikinci plana keçib. AMİP yetkilisi deyir ki, həmin partiyalar öz mövqelrini dəqiqləşdirməlidirlər ki, hansı siyasi qüvvələrlə hara kimi getmək istəyirlər. "Bu çox vacibdir. Çünki qabaqda bələdiyyə seçkiləri gəlir. Eyni zamanda parlament seçkiləri o qədər də uzaqda deyil. Hər kəs də kiminlə müttəfq, kiminlə dost, kiminlə məsafə saxlamalı oldacağını indidən müəyyənləşdirməlidir. Digər tərəfdən dünyada və regonda baş verən hadisələr, demokratikləşmə prosesləri çevik və praqmatik qərarlar verməyi tələb edir. Məhz bu baxımdan da müxalifət qüvvələrinin təmərküzləşməsi və müəyyən formatlarda birliyi aydınlaşmalıdır. Qeyri-müəyyənlik həmişə ümimi işin ziyanına olur. Bir də bir atalar sözü var,"İki tərəfə baxan çaş qalar", - deyə Ə.Orucov söyləyib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA