MEDİA KİMLƏRƏ PUL VERDİ: 3 minə göz dikən milyonçular... - Ləman Ələşrəfqızı ilə Afət Telmanqızından sərt açıqlamalar + VİDEO
02-07-2021 [22:21]
Xəbər verdiyimiz kimi, dünən Medianın İnkişafı Agentliyi bir sıra qəzet və saytlara vəsait ayırıb.
Mia.az xəbər verir ki, siyahı ilə tanış olan peşəkar jurnalistlərin bir qismi nəticələrə etiraz edib. Artıq sosial şəbəkələr belə etirazdolu statuslarla aşıb-daşır.
Cəmiyyət birmənalı olaraq böyük maliyyə imkanlarına sahib olan, işlərindən çox, bahalı maşınlarını, geyimlərini, komfort həyatlarını nümayiş etdirən media subyektlərinə əlavə 3 min manat ayrılmasını qəbil etmir və buna uca səslə etiraz edir.
Əksəriyyət hesab edir ki, aylıq dövriyyəsi 20-200 min manatı aşan saytlara əlavə 3 min manat ayrılması etirazları alovlandırmaqla yanaşı, həm də yeni medianın inkişafına, onun şaxələnməsinə mane olacaq, Sözsüz ki, bu, həmçinin mediada rəqabətlliyin daha da pozulmasına rəvac verəcək.
Başaqa sözlə desək, dövlətin çətiri altında olan MEDİA-nın hazırkı mövqeyi, yəni "oliqarx media patronları"na dəstəyi 3-4 nəfərlə pulsuz-parasız 30-40 nəfərin işini görən saytların uzun müddət rəqabətə dözüm gətirməyəcəyini göstərir: "Görünür, dövlətin çətiri altında olan media üzərində qərar verənlərə həqiqətən bu dövlət, xalq, elə iqtidar üçün çalışan sayt və jurnalistlər lazım deyil. Onlara oliqarxlaşmış redaktorlar və onların illərdir bir işə yaramayan media quruluşları lazımdır. Əks halda, illərdir çətin şəraitdə ümidlə yaşayan, gözləyən, pulsuz və ya cüzi maliyyə ilə ayaq üstə durmağa çalışan, bununla belə, aylıq dövriyyəsi 200 min manatı aşan saytlarla dirəşən media subyektlərinə dəstək olardılar. Üzücü məqamlardan biri də odur ki, aylıq dövriyyəsi 100-200 min olan sayt rəhbərləri hər zamankı kimi, bu cüzi məbləğə də tamah salıblar. Onlar bu dəfə də nəfslərinə hakim ola, ehtiyacları olmasa da, 3 minə də iddiadan geri çəkilmədilər".
Bu barədə uzun yazmaq, sosial şəbəkədə qeyd olunan 100-lərlə statusdan misal gətirmək olar.
Maraqlı burasıdır ki, ömrünün böyük hissəsini media sahəsinə həsr edən, yarıac-yarıtox ümidlə yaşayan sayt rəhbərlərinin etirazları anlaşılan olsa da, böyük maliyyə imkanlarına sahib olan və müxtəlif məmurlardan maliyyələşən, hətta şəxsi biznesi olan sayt rəhbərlərinin MEDİA-ya iradları tamamilə gülməlidir. İş o yerə çatıb ki, 3 min yardımı almaqdan usanmayan "milyonçu redaktor"lar, bu pula ehtiyacı olan saytlarla eyni sıyahıda olmağı özlərinə sığışdırmadıqlarını bəyan edirlər. Belə yerdə haqlı tələb çıxır: göstərin gördüyünüz işi, göstərin uğurunuzu, göstərin 100-200 min manat qarşılığında ortaya qoyduğunuz layihələri. Varmı?!...
...Keçmişlərini unudan, Vüqar Səfərliyə biət edən,yaxud aldığı medalı götürüb qaça-qaça Əli Həsənovun yanına gedərək şəkil çəkdirib "görürsünüz, mən Prezidentin köməkçisinin yanındayam", - mesajı verərək, mediada boy göstərənlərdən uzun-uzadı danışmaq bizə yaraşan deyil.
Ən azından ona görə ki, "köhnə komanda"nın ən axırıncı (sözünü bütün mənalarında) şəxsi ilə şəkil çəkdirməkdən ötrü ləyaqətlərini ayaq altına atanlara zaman xərcləmək belə, günahdır. O adamlar ki, indi ilan kimi qabıqlarını dəyişib, artıq yenilikçi kimi gözə girməyə çalışırlar. Və təəssüf ki, buna da böyük ölçüdə nail olublar.
Halbuki, "köhnə komanda" və onun üzvləri tərəfindən Müsavat.com-da gedən materiallara görə (İstinadla Mia.az-da verilib) Mia.az 2015-ci ildə tamamilə haqsız, özü də iki dəfə prokurorluğa verilib, iki ayın içində 2 dəfə rəsmi xəbərdarlıq alıb. Bunun detallarını media əhli bilir, təkrar yazmaq istəmirik. Sadəcə, xatırlatmaq istəyirik ki, elə bu faktdan yola çıxıb, bəlkə də "köhnə komanda"nı ən çox biz "söyməli" idik. Ancaq Vüqar Səfərli ilə bir süfrədə çörək yedikləriini hər dəqiqə gözümüzə soxanlar, hətta buna görə şəxsən bu yazının müəllifi ilə dartışanlar "dostları"nın yıxılmasından dərhal sonra elə iyrənc söyüşlərə başladılar ki, biz onların yerinə utandıq, qınımıza çəkildik. Ki, tanımayanlar onlar kimi simasız olduğumuzu düşünər...
Nə isə. Bu və ya digər məqamlarla bağlı LAF TV-də Ləman Əliəşrəfqızı ilə Afət Telmanqızının maraqlı çxışları var.
Həmin verilişi təqdim edirik:
P.S. Bir daha xatırladaq ki, Mia.az bu və ya digər məqamları əvvəldən təhlil edib, olacaqları proqnozlaşdırdığından MEDİA-ya maliyyə dəstəyi üçün sənəd təqdim etməyib.
Mia.az
Prezidentin köməkçisi, şöbə müdirləri... - PA-nın vəzifəli şəxslərinin qəbulu cədvəli açıqlandı
Qar yağacaq
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir
Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları birgə təlimdə - Açıqlama (FOTOLAR)
DEPUTATLAR TOPLANIR: daha 15 qanun dəyişəcək - SİYAHI
"Güldür Güldür"ün məşhur aktyoru: "Nəzərdən çox qorxuram"
Bu rayonlara qar yağır - Siyahı
İsrail hərbçiləri daha ikisi uşağı həbs edib
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Kəmaləddin Heydərov rəisi vəzifədən azad edib - Yeni təyinat
Azərbaycan və İranın birgə hərbi təlimi başa çatıb - FOTOLAR
MSK bu DSK-lərin hüdudlarında dəyişiklik edib - SİYAHI
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
“Taliban"la əlaqə saxlamaq vacibdir” - Peskov
Kremlin mətbuat katibi: "Ukraynaya nüvə silahı vermək..."
Hikmət Hacıyevdən növbəti paylaşım: ""Politico" nəşri dezinformasiya yaymaqda davam edir"
AFFA "Səbail" klubunu cərimələyib
Qəzzada savaşın 417-ci günü: ölənlərin sayı 44249-a yüksəlib
Borrell: "Müharibəni dayandırın..."
Prezident İlham Əliyev sərəncam imzaladı
Məhkəmə hakimi təqaüdə göndərilib
“Kontakt Home” kredit bataqlığında - MİNLƏRLƏ MƏHKƏMƏ İŞİ VƏ...
BAKIDA DAHA BİR TİKTOKER HƏBS OLUNDU - Məhkəmə 60 sutka cəza kədi
Deputat Milli Məclisdə: "...bunu heç cür ötüşdürmək olmur"
Rəis, yoxsa Baş mühəndis? - Həbs xəbəri yayılan idarə rəisi deyil
Sabah Bakıda yağış, dağlıq rayonlarda qar yağacaq
Məmur, yoxsa biznesmen? - ARB KANALININ BİNASININ SAHİBİ BARƏDƏ ELƏ İDDİALAR YAYILDI Kİ...
BİR QRUP VƏZİFƏLİ ŞƏXS QANDALLANDI - Milyonlarla manatlıq əməliyyatların TƏFƏRRÜATLARI
Elçin Məsiyev UEFA Konfrans Liqası matçına təyinat alıb
İstanbulda terrorçulara qarşı daha bir əməliyyat: saxlanılanlar var
İnstituta direktor əvəzi təyin olunub
Yarımcan olan xəstəyə niyə əlilik verilmir? - Şirvan sakini özbaşınalıqla bağlı Prezident və xanımına üz tutub
Eldar Əzizov özünə niyə müavinlər götürmür? - BŞİH-də 4 müavin poostu hələ də vakant saxlanılıb
Yeni Zelandiyada qəribə olay: sahilə çıxan 30-dan çox balina xilas olunub, 4-ü isə... - FOTO
Qırmızı dənizdə turist gəmisi batıb - 17 nəfər itkin düşüb
Əliyar Ağayev UEFA Avropa Liqasının oyununa təyinat alıb
Mingəçevir su anbarında zəlzələ olub - 3.1 bal gücündə