"Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi olacaq” - Hikmət Hacıyevdən Qarabağla bağlı yeni açıqlamalar
02-07-2021 [18:26]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “The Washington Times” nəşrində Ermənistanla Azərbaycan arasında əməkdaşlıq və sülh perspektivlərinə dair məqaləsi dərc olunub.
Mia.az-ın məlumatına görə, məqalədə Hikmət Hacıyev xatırladıb ki, 2020-ci ilin noyabrında hərbi əməliyyatlar dayandırıldıqdan sonra Azərbaycan ərazisində tutulmuş 15 erməni hərbçisi Ermənistana təhvil verilib, Ermənistan isə bunun əvəzində Azərbaycan torpaqlarında mina yerləşdirdiyi ərazilərin xəritəsini Azərbaycana verib.
Prezidentin köməkçisii bildiirb ki, Azərbaycan etimadın yaradılması üçün növbəti addımları atmağa hazırdır:
"Bu diplomatik irəliləyişə əsaslanaraq qarşıdurmanı əməkdaşlığa çevirməliyik. Çünki bizi qarşıda çox iş gözləyir".
Hikmət Hacıyevin sözlərinə görə, Azərbaycana təhvil verilmiş xəritələrdə yalnız bir azad olunmuş rayondakı minaların yeri göstərilir: “Daha çox xəritə verilməyincə digər rayonlarda minalardan təmizlənmə prosesi sanki kor-koranə davam edəcək. Baş nazir Paşinyan özü də etiraf edib ki, verilmiş xəritələr Ermənistanın əlində olan xəritələrin yalnız kiçik bir hissəsidir”.
Hikmət Hacıyev Azərbaycan ərazilərində hələ nə qədər minanın qaldığının bilinmədiyini qeyd edib: “Qarabağ dünyanın ən intensiv şəkildə minalanmış ərazisi hesab olunur: 1990-cı illərin Birinci Qarabağ müharibəsindən bəri bu yaxınlaradək mövcud olmuş təmas xətti boyunca 1,5 milyard kvadrat metrdən çox ərazidə partlayıcı quraşdırılıb – bu ərazi Şimali və Cənubi Koreya arasında Demilitarizasiya Zonası ilə müqayisədə daha çox partlayıcılarla çirklənib.
Azərbaycanlılar bu torpaqlara artıq qədəm basa bildiklərinə görə, yerli mətbuatda insan faciələri barədə xəbərlər mütəmadi olaraq dərc olunur. Atəşkəs elan olunandan bəri 140 mülki vətəndaş – 30 illik sürgündən sonra evlərinin qalıqlarını görmək istəyən məcburi köçkünlər – bu ərazilərdə həlak olub. Bu yaxınlarda, iki jurnalist onları daşıyan avtomobilin geri çəkilən erməni qüvvələri tərəfindən yerləşdirilmiş tank əleyhinə minaya düşməsi nəticəsində həyatını itirib”.
Hikmət Hacıyev məqaləsində qeyd edib ki, bu kimi hadisələr barışığa böyük əngəl yaradır: “Noyabrda Moskvada hərbi əməliyyatların sona çatmasına dair atəşkəs razılaşmasının imzalanmasına baxmayaraq, azərbaycanlı mülki əhali hələ də həlak olur”.
O həmçinin vurğulayıb ki, Azərbaycan tərəfi Ermənistan hökumətinə əllərində olan mina xəritələrinin sayını açıqlamaq üçün müraciət edib.
Hikmət Hacıyev məqalədə Zəngəzur Dəhlizinə də toxunub: “Azərbaycanı Ermənistanla birləşdirən dəmir yolu və avtomobil yolunun - Zəngəzur Dəhlizinin yenidən açılması həm ölkələrimiz, həm də bütün bölgə üçün iqtisadi fürsətlər yaradacaq”.
Onun sözlərinə görə, Zəngəzur Dəhlizi Naxçıvanın təcridinə son qoyacaq, Ermənistanın paytaxtı Yerevanı quru yolu ilə Moskva və digər paytaxtlarla Azərbaycan ərazisi vasitəsilə birləşdirə biləcək.
Hikmət Hacıyev Minsk Qrupunun fəaliyyətinə də toxunub: “Bölgədə baş verən bu transformasiya prosesində ümid edirik ki, 1992-ci ildə Fransa, Rusiya və ABŞ-ın həmsədrliyi altında yaradılan və vasitəçi orqan olan Minsk Qrupu keçmişin deyil, gələcəyin bir hissəsi olacaq”.
O qeyd edib ki, Minsk Qrupu Ermənistan və Azərbaycan arasında qarşıdakı illərdə etimadın artırılmasında mühüm rol oynaya bilər: “Bu gün bizə sabitlik və bunun nəticəsində birgə rifah şansı təklif olunur. Bir-birimizi tanımaq, birlikdə daha təhlükəsiz böyümək və inkişaf etmək fürsətimiz var. Sonda bütün bu etimadın yaradılması tədbirləri bizi Ermənistanla Azərbaycan arasında yekun sülh müqaviləsinə gətirib çıxara bilər. Ancaq sülh və əməkdaşlıq əvəzinə revanşizmə can atmaq başqa bir fəlakət və faciə gətirə bilər”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ
Türkiyədə güclü zəlzələ olub
Pakistanda məsciddə terror: 24 nəfər ölüb, 100 nəfər isə yaralanıb
"Beşiktaş" kolumbiyalı qapçını heyətinə qatıb
"Karvan-Yevlax", "Kəpəz" və "Turan Tovuz" klubları cərimələnib
"Konyaspor" klubu yeni baş məqşçi ilə anlaşıb
Klinton Tramp və partiyasını qorxuya saldı: "Şounu buraxın, kameralar qarşısında ifadə verək"
"Ruhi Əliyeva və Səidə Bakırqızının aktyorluğu biabırçılıqdır"
Bu məşhurlar da saxlanıldı - FOTOLAR
İcarədar iş adamını ittiham edir: "Kompensasiyanı vermək əvəzinə məni susdurmağa çalışır"
Məşhurların övlad və nəvələri "İdrak"da oxuyurmuş - İllik 10 min manatdan başlayır (YENİLƏNİB)
Agbadou "Beşiktaş"la anlaşdı - Məşhur futbolçu İstanbula gəldi
"Azərlotereya"nın "Binqo" oyununda rekord cekpot qazanılıb
Sabah hava necə olacaq? - Proqnoz
Dövlət Gömrük Komitəsinin sabiq sədrinin köməkçisi həbs edildi - 423 min borc, boşanma, bağ evi və daha nələr....
Bank və dövlət sektorlarına fişinq cəhdi müəyyən olunub